2. bölüm · Karl Tomson və dostlarının macəraları
Yeni dostlar
Yeni bir gün.Karl artıq oyanmışdı.O həmişəki kimi əl-üzünü yuyub, yeməyini yedi və meşəyə getdi.O həmişə meşədə Eddy ilə oynayırdı, çünkü onun Eddy'dən başqa dostu yox idi.Bunun birinci səbəbi qonşuluqda uşaqların olmaması, digər səbəbi isə Karlın utancaqlığı idi.O Eddy ilə oynadıqdan sonra xeyli gəzdi.Birdən bir səs eşitdi.Meşədə kiminsə olduğunu düşünüb kolların arasında gizləndi, çünkü meşəyə çox adam gəlməzdi.Yəni demək olar ki, meşəyə sadəcə Karl gəlirdi.O balaca bir qızla oğlanın danışdığını gördü və onlarla tanış olmaq istədi amma çəkindi .Birdən Eddy hürməyə başladı.Səsi eşidən uşaqlar kollara tərəf gəlməyə başladılar.Karlı görüb təəccübləndilər.Daha sonra tanışmağa qərar verdilər.
-Qız:Salam, mən Culia bu da qardaşım Cek. Biz bura təzə köçmüşük və meşəyə gəzməyə çıxmışıq.Bəs sənin adın nədir?
Karl çəkinə-çəkinə dedi:
-Salam, mən Karl bu da itim Eddy.
Cek dedi:
-sən burada nə edirdin?
-Karl:mən burada ailəmlə birlikdə yaşayıram və həmişə bu meşəyə gələr, gəzər və itimlə oynayaram.Bu gün sizin səsinizi eşidib qorxdum və kolların arasına gizləndim.
-Culia:Tanışdığımıza şad olduq.Əminəm ki, yaxşı dost olacağıq amma indi biz gedək,anam nigaran qalar.Görüşərik
-Karl:Görüşərik!
Karl çox sevinirdi, çünkü onunda artıq Eddy'dən başqa dostları da var idi.O, xoşbəxt halda evə qayıtdı və olanları anasına danışdı.Anası da oğlunun dost tapmasına sevindi.
Artıq axşam olmuşdu.Karl çarpayısına uzanıb yeni dostları ilə gələcək günləri düşünərək yatdı.
