Bölümler 8Şu an: Ağac evin təmiri
Dostlar hazırlaşıb meşəyə ağac evin yanına gəldilər və onun sökülmüş taxtalarını çıxarmağa başladılar.İşə yaraya biləcək taxtaları qırağa qoydular.
Meşənin həzin musiqisi, heyvanların səsi və yarpaqların xışıltı səsi altında bu Bir müddət dəvam etdi.
-Cek:Bütün sökük taxtaları çıxardıq amma bir şeyi unutmuşuq onun təmiri üçün alətimiz yoxdur.İndi isə gərək ağac evin təmiri üçün alət tapaq.
-Cuila:Mən bunu düşünməmişdim.Sizcə alətləri haradan tapa bilərik?
Karl xeyli düşündü.Birdən ağlına Babasının emalatxanasında ola biləcəyi gəldi.
Karlın babasının evi onların evinə yaxın idi.Ora getmək uşaqlara asand olacaqdı.
-Karl:Mənim bir fikrim var.Mənim babamın emalatxanası var.Həm də buraya yaxındır.Oradan alətləri tapa bilərik.
-Culia:superr!onda Karlın babasının emalatxanasına gedək.
Uşaqlar yola düşdülər.Onlar əylənə-əylənə gəlib, Karlın babasının evinə çatdılar.
Babası Karlı görüb, üz-gözündən öpdü.Daha sonra babasının alətlərini işlətmək üçün icazə aldılar.
-Culia:Cənab, bizim sizin alətlərinizə ehtiyacımız var.Siz onları bizə bir neçə günlük verə bilərsiniz? Sonra yenidən sizə qaytaracağıq.
-Karlın babası:Əlbəttə, təki siz istəyin.Alətlərim sizə qurbandır!
Uşaqlar sevinərək xorla "Çox sağ olun" dedilər.
Karlın babası onları emalatxanaya gətirdi.Uşaqlar içəri daxil oldular.Emalatxananın içi qarma-qarışıq idi.Kiçik pəncərədən içəri günəş ışıqları düşürdü.Ətraf səliqəsiz idi, çünkü Karlın babası emalatxananı çoxdandır işlətmirdi.Hər yer alətlərlə dolu idi.Bu alətlərin arasından mavi boya Culia'nın gözünə sataşdı.Bu Culia'nın ən sevdiyi rəng idi.Bunu görən Karl dedi:
-Məncə ağac evimizi maviyə boyamalıyıq.Mavi rəng ağac evimizə gözəllik qatacaq.
-Culia:Urrrrraaa!
Nəhayət uşaqlar onlara lazım olan alətləri götürüb, baba ilə sağollaşdılar.
Meşəyə çatanda əzmlə işləməyə başladılar.Cek ağac evin divarlarını düzəldir,Culia maviyə boyayır,Karl isə ağac evə çıxmaq üçün nərdivanı möhkəmlədirdi.
Axşam düşdü.Uşaqlar evə qayıtdılar.Təmir işləri bir neçə gün dəvam etdi.Onlar böyük həvəslə işləyirdilər.
Nəhayət ağac evin təmiri bitdi.(uşaqlar alətləri Karlın babasına qaytardılar.)Uşaqlar elə gözəl işləmişdilər ki, o, köhnə sökük ağac evdən əsər-əlamət qalmamışdı.Ağac ev təbiətlə bütünləşmişdi.Hətta ağac evin damına qaranquşlar yuva da qurmuşdular.
Uşaqlar ağac evin gözəlliyinə baxıb, yorğunluqlarını unutdular.Xüsusilə Culia ağac evin mavi olması onun könlündən idi.
-Culia:Uşaqlar, bu qədər çalışmağımıza dəydi.
Sonda Uşaqların artıq özlərinə məxsus oyun yeri var idi.
Bölüm etkileşimi
