3. bölüm · Karl Tomson və dostlarının macəraları

Ağac ev

Limoncik Əli

Səhər açıldı.Karl paltarlarını geyinib, yeni dostları ilə oynamağa getdi .Culia və Cekin evlərinin qapısını döydü. Səs gəlmədi.Öz-özünə fikirləşdi ki, yəqin evdə deyillər.Qəmgin halda meşəyə gəldi və bir daşın üstündə oturdu.Birdən daş hərəkət etməyə başladı.Karl qışqıraraq geri çəkildi.Sən demə daş deyə üstünə oturduğu şey tısbağa imiş.Bu zaman meşənin içindən Culia və Cek gəldi.
-Culia:Karl, nə olub?
-karl: Üstündə oturduğum şey daş deyilmiş tısbağaymış.Hərəkət edəndə qorxdum.Siz burada nə edirsiniz?
-Cek: Meyvə yığırıq ki, anam axşam mürəbbə bişirsin.
Karl dedi:
-Mən sizin qapınızı döydüm amma açan olmadı.
-Culia:Hə, biz meyvə yığırıq, anam isə ola bilsin marketə gedib.
Karl onlara meyvə yığmağa kömək etdi, sonra birlikdə topla oynamağa başladılar.Culia topa elə bərk vurdu ki, top kolların arasında yox oldu.Culia topun dalıca getdi amma qayıtmadı.Narahat olub onlarda arxasınca getdilər.Culia topu tapmışdı və bir də ağac ev tapmışdı.Bu ağac ev köhnə idi.Təməli qalsa da, divarları sökülmüşdü.
Culia həyəcanla:
-Baxın, nə tapdım.Gəlin bu ağac evi təmir edək.Bizim oyun yerimiz olsun.
-Karl:Əla, onda sabahdan təmir etməyə başlayarıq.İndi qaranlıq düşür.Evə gedək.
-Cek və Culia:Sağol Karl sabah görüşərik.
-Karl:Görüşərik!