Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 8Şu an: Mavi diyar

Növbəti gün Culia və Cek yenidən saat 12:00-da bu dəfə Eddy ilə birliktə qapının yanına gəldilər.
Karl evə gəlmədiyi üçün ailəsi narahat olmuşdu.Uşaqlardan soruşanda nə deyəcəklərini bilmədilər və bəyaz bir yalan danışdılar.Karlın babasının evində olduğunu dedilər.
Culia Karlı tapa biləcəklərinə inanmırdı.O, düşünürdü ki, qapını aça bilməzlər ya da qapı bir çox diyarlara açılır.Cek'in də tapacaqlarına dair ümüdü yox idi amma Culia'ya bildirməməyə çalışırdı.
Qapını açmağa çalışdılar amma açılmadı.
-Cek:Niyə açılmır?Axı hələ 10 dəqiqə tamam olmayıb.
Culia bir müddət düşündü.Birdən ağlına Karlın əlinin yıxılanda qapının yanındakı balaca yarım dairə simvoluna dəydiyi və sonra ortadan yox olduğu gəldi.
-Culia:Cek,Karl yıxılanda əli qapının yanındakı balaca yarım dairə simvoluna dəymişdi, sonra yox olmuşdu.
-Cek:Yaxşı, gəl sınayaq.
Az da olsa içlərində bir ümüd yarandı.
Qapının yanındakı yarım dairə simvolunun üstünə basdılar.
Keçən dəfəki kimi ətrafa böyük bir ışıq yayıldı və qapı açıldı.
Onlar qapının içərisinə girdilər.Çox çəkmədən özlərini mavi diyarda tapdılar.
-Culia:Cek, bura bir bax gör nə gözəl yerdir.Ömrümün axırına qədər burada qala bilərəm.Hər yer mavidir!
-Cek:Culia, həqiqətən də gözəl yerdir.Onsuzda sənin mavi olan heç bir şeyi bəyənməmə ehtimalın yoxdur.Gəl Karlı axtarmağa başlayaq.
Culia mavi adamları görüb:
-Ayyy mavi adamlar çox şirin görünürlər! Dedi.
Mavi adamlardan biri bunu eşidib onlara yaxınlaşdı və təşəkkür etdi, sonra:
-Mavi adam: Siz burada nə edirsiniz?
-Culia:Biz dostumuzu axtarırıq.Onun adı Karldır.Burada onu görmüsünüz?
-Bəli, keçən həftə onu burada görüblər və saraya aparıb qonaq ediblər.İstəyirsinizsə sizi saraya aparım.
Uşaqların başı qarışdı, çünkü Karl buraya dünən gəlmişdi.Bu haqda mavi adama heç nə demədilər.
-Culia:Əlbəttə, istəyərik çox sağ olun.
Mavi adam Culia və Ceki saraya gətirdi.
Karl dostlarını və Eddy'ni görüb çox sevindi.Onları bərk-bərk qucaqladı.
-Karl:siz buraya necə gəldiniz? Bir həftə ayrı qaldıq.Sizin üçün çox darıxdım.
-Culia:Bizdə sənin üçün darıxdıq.Necə yəni bir həftə axı sən buraya dünən gəlmisən.Biz də Bu gün saat 12:00-də qapının yanına gəldik.Açmağa çalışdıq amma açılmadı, sonra sən yıxılarkən əlinin qapının yanındakı yarım dairə simvoluna dəydiyini xatırladıq.Simvolun üstünə basanda qapı açıldı və buraya gəldik.
-Yəqin diyarlar arasında vaxt fərqi var .Dünyada 1 gün keçəndə burada 1 həftə keçir.İndi isə uşaqlar biz buradan dünyaya qayıtmalıyıq.Bunun üçün də bu diyardan uzaqlaşdırılmış bir cadını məğlub etmək lazımdır.Məğlub etdikdən, sonra onun komasındakı portaldan dünyaya qayıdacağıq.Gəlin kralla sağollaşıb yola düşək.
Uşaqlar kralın yanına gəldilər.
-Karl:Kralım, biz artıq yola düşməliyik.Məni burada qonaq etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm.
-Kral:Təşəkkürə ehtiyac yoxdur.Biz cadını diyardan uzaqlaşdıra bilsək də o yenidən hücum etməyə hazırlaşır.Onu məğlub etsəniz bizi də böyük bir bəladan qurtarmış olarsınız.İstədiyiniz ərzaqları özünüz ilə aparın.Mavi adamlar sizə kömək edəcək.
Uşaqlar kralla sağollaşdıqdan, sonra mavi adamların köməyi ilə lazım olan ərzaqları yığdılar.
-Uşaqlar: Hər şey üçün Çox sağ olun!
Kral uşaqlara cadının komasının təxmini yerini demişdi.Uşaqlar yola düşdülər.Şirin-Şirin söhbət edirdilər.
-Karl:Culia lap bu diyar ilə uyumlu mavi geyinib.
Uşaqlar gülüşdülər.
Uzun bir müddət yol getdilər və yorulub bir ağacın altında dincəlməyə qərar verdilər.Yeməklərini çıxarıb yedilər və növbə ilə nöbət tutaraq yatdılar.

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

42okunma 1beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…