Karl Tomson və dostlarının macəraları kitap kapağı

8. bölüm / 8

Cadının koması

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 8Şu an: Cadının koması

Səhər oldu.Uşaqlar oyanmışdı. Səhər yeməklərini yedikdən,sonra:
-Karl: Artıq yola düşməliyik.Cadının komasına çatmağa az qalıb.
Uşaqlar yola düşdülər xeyli getdilər və çöllük bir yerə gəlib çatdılar.
-Cek: Kralın dediyinə görə Cadının koması buralarda olmalıdır.
Çöllükdə gəzməyə və cadının komasını axtarmağa başladılar.Birdən vahiməli, sökük, üstündə qarğalar uçan qorxunc bir komaya rast gəldilər.Bu mənzərə qarşısında uşaqlar qorxdular.Cekin ayaqları titrəyirdi.Ürəyi sanki yerindən çıxacaqdı.
Titrək səslə:
-Uşaqlar ,bəlkə, geri qayıdaq.Bu koma təhlükəli görünür.
-Culia:Nə oldu Cek? Yoxsa qorxdun?
Deyərək Karla baxıb gülümsədi.
-Karl: Uşaqlar zarafatın vaxtı deyil.Kralın dediyinə görə cadının koması bu ola bilər.Biz artıq cadını tapmalı və məğlub etməliyik.Dünyaya qayıtmasaq ailələrimiz narahat olacaq.
Karl da qorxurdu amma bildirməməyə çalışırdı.
Uşaqlar qorxsalar da qapını döydülər.Qapını açan qadın çox gözəl və mehriban görünürdü.Cadıya heç oxşamırdı.
-Qadın: Uşaqlar nə olub? Siz kimsiniz?
-Karl: Mən və dostlarım gəzintiyə çıxmışdıq amma azmışıq.
-Qadın: Axşam düşür istəyirsiniz mənim komamda qalın.Sabah gedərsiniz.
Karl dostlarını qorumaq üçün yalan danışdığına görə biraz utandı.
Qalacaq yerləri olmadığı üçün təklifi qəbul etməli oldu.Onlar içəri keçdilər.Komanın içi çox gözəl və rahat görünürdü.
Qadın onlara çox mehriban davranırdı.
-Qadın: Acsınızsa sizə yemək verim.
Cek və Culia qadının xoş üzünə, davranışlarına aldandı.
-Cek: Bəli, biz bu gün sadəcə səhər yeməyi yemişik.
Qadın yemək hazırlamağa başladı.
-Culia: Xanım pis başa düşməyin amma siz niyə burada çöllüyün ortasında belə bir evdə qalırsınız?
Qadın köks ötürərək:
- Onlara heç bir şey etməmişəm amma mavi diyarın adamları məni sevmir və pis davranırdı.Mən də dözə bilməyib burada bu evdə hərkəsdən uzaqda yaşamağa başladım.
Karl dostlarına bu qadına inanmamaq lazım olduğunu deyirdi.
Cek pıçıltı ilə: Karl çox abartırsan.Görmürsən nə mehriban qadındır.
Culia da Cekin fikri ilə razı olduğunu dedi.
Qadın yeməyi hazırladı və uşaqların qabağına qoydu.
-Nuş olsun.Doyunca yeyin.
Cek və Culia yeməkləri yeməyə başladı amma Karl qadına güvənmədiyi üçün yemək istəmirdi.Qadının diqqətini cəlb etməmək üçün ondan su istədi.Qadın su gətirməyə gedəndə Karl yeməyi zibilliyə atdı.Qadın suyu gətirəndə Karlın yeməyi bitirməyinə təəccübləndi amma şübhələnmədi.
Qadın suyu gətirəndə əlinə tökülməsin deyə diqqətli davranır sanki sudan qorxurdu.
Nəhayət axşam yeməyi bitdi
Yeməkdən, sonra Culia və Cek yatmaq istədiklərini dedilər.
Karl onların belə yuxulu olmasından şübhələndi.Qadının yeməklərin içinə yuxu dərmanı qoyduğunu düşünüb o da yuxusu varmış kimi davrandı.
Qadın onlara yatmağa yer hazırladı.
Karl gecə hamı yatdıqdan, sonra qadının səsini eşitdi və qadının olduğu otağın qapısına gəlib qapının deşiyindən baxdı.
Gördükləri qarşıdında donub qaldı.Tükləri ürpərdi.
Qadının bir cadıya çevrildiyini gördü.O mehriban qadın qılığına girmişdi.Karlın şübhələri doğru çıxdı.
Cadı pəncərədən bir qarğa ilə danışırdı.
-Deməli, onlar məni məğlub etmək istəyirlər. onları öldürmək üçün iksirə lazım olan ərzaqları gətir.Sabah onları öldürəcəyəm.
Qarğa uçub getdi.Karl da yatağına getdi.
Səhər oldu.Uşaqlar oyandılar.
Cadı yenə mehriban qadın qılığına girmişdi:
-Sabahınız xeyir uşaqlar.Birazdan yemək hazır olacaq.
Karl, Cek və Culia'ya dünən axşam gördüklərini danışdı və qadının başı qarışıq olanda buradan qaçacaqlarını dedi.

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

16okunma 1beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…