Karl Tomson və dostlarının macəraları kitap kapağı

6. bölüm / 8

Qapının sirri

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 8Şu an: Qapının sirri

Növbəti gün uşaqlar günorta saat 12:00-də qapının yanında görüşdülər.
-Culia:Nə fikirləşirsiniz?Sizcə açılacaq?
-Karl:Məncə hə.Yenədə sınamaqdan zərər gəlməz.
-Culia:Bəs açılmasa nə edəcəyik?
-Karl:Açılmasa ya vaxtı düz tapmamışıq, ya da Cekin dediyi kimi köhnə bir qapıdır.
-Cek:Bəli,məncə boşuna vaxt aparırıq Açılmayacaq.
Bu zaman Karlın ayağı daşa ilişdi.Qapının üstünə yıxıldı və əli qapının simvollarından birinə dəydi.Qapı açıldı içəridən elə bir ışıq çıxdı ki, uşaqlar gözlərini aça bilmirdilər.Karl qapının üstünə yıxıldığı üçün ışığın içində gözdən yox oldu.Qapı bağlandı.
Culia və Cek gözlərini açanda Karl yox idi.O qapının içinə düşmüş və yox olmuşdu.Culia həyəcan və qorxu ilə:
-Cek, o..o..... qapının içinə düşdü.Biz nə edəcəyik?
Cek qapını açmağa çalışdı amma açılmadı, çünkü artıq 10 dəqiqə tamam olmuşdu.
Culia çarəsizcə oturub ağlamağa başladı.
-Biz daha Karlı görə bilməyəcəyik.
-Yox Culia ağlama biz onu tapacağıq.
-Necə tapacağıq? Hələ harada olduğunu da bilmirik.
-Onda gəl indi evə gedək. Sabah yenə saat 12:00-da gələrik.
Culia və Cek qəmgin halda evə qayıtdılar.
Karl isə gözünü açanda hər yerin mavi olduğu bir diyarda oyandı.Hər tərəf, quşlar, daşlar, torpaq hətta insanlar belə mavi idi.Bu insanların boyları bizə nisbətən balaca idi.Karl həyəcanla öz özünə:
-Mən haradayam?Cek və Culia meşədə qaldı.dedi.
Bu mavi adamlardan biri Karlı görüb təəccübləndi, çünkü bu mavi diyarda bircə Karl mavi deyildi.
-Mavi adam:Sən kimsən və burada nə edirsən?
-Mənim adım Karldır.Mən və dostlarım meşədə bir qapı tapdıq.Məndə qapı sayəsində buraya gəldim.
-Deməli, sən başqa diyardansan.Diyarınızın adı nədir?
-Dünya
Karl bunu dedikdə mavi adamın üzündə təbəssüm yarandı.
-Hmm bizim diyarın başçısı da dünyadandır.Buraya ilk gələndə o da bir qapı tapdığını və qapı açılanda buraya gəldiyini demişdi.
Mavi adam Karlı açıq mavi divarları olan geniş və gözəl bir saraya gətirdi.Diyarın başçısının yanına gəldilər.Karl Kralı görəndə təəccübləndi, çünkü kral onun dayısı idi.O heç kimə görünmədən illər öncə ortadan yox olmuşdu.
Karlın anası fikirləşirdi ki, yəqin xaricə gedib.
Dayısı Karlı tanımadı, çünkü o, Karl hələ balaca olanda buraya gəlmişdi.Karl onu şəkillərdən tanıyırdı.Daha sonra
Mavi adam baş əyərək:
-Kralım, bu adamı şəhərin yanında tapdım.Bizim diyardan olmadığını anlayanda hansı diyardan olduğunu soruşdum və dünyadan gəldiyini dedi.
Bunu eşidən kral adını soruşdu ki, bəlkə tanıyar.
-De görüm adın nədir?
-Mənim adım Karldır.
Kral adın tanış gəldiyini amma yadına düşmədiyini dedi. Karl dayısını tanıdığını bildirmədi.
-Ola bilər kralım, mənim adımda uşaq çoxdur.
Karl fikirləşdi ki, dayısı burada xoşbəxtdir.Karl ona dünyaya dönməyi təklif etsədə gəlməyəcəyini bilirdi.Buna görə də Karl onu tanıdığını bildirməməyə çalışdı.
Karlı mavi diyarda qonaq etdilər.Mavi adamlar çox qonaqpərvər idi.Onlar mavi, balaca biraz da kök idilər.Onlar belə çox şirin görünürdülər.
Karl içindən kaşki Culia və Cek də burada olsaydı.Culia bu diyarı çox bəyənərdi deyərək ah çəkdi.
Dünyaya necə geri dönəcəyini düşündü amma bu haqda bir fikri yox idi.Anası ona dünyaya necə geri qayıtmaq lazım olduğu haqda danışmamışdı.
Kralın yanına gəldi və baş əyərək:
-Kralım, mən buradan dünyaya necə qayıda bilərəm?
-Bu diyardan uzaqlaşdırılan bir cadı var.Deyilənə görə onun komasında bütün diyarlara açılan portal var.Gərək əvvəlcə cadını məğlub edəsən.Bu isə çox çətindir.
Karl cadını tapmaq qərarına gəldi.Sabah artıq yola düşəcəkdi.

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

69okunma 1beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…