Bölümler 8Şu an: Meşədəki sirli qapı
Növbəti gün uşaqlar yenə meşəyə ağac evə oynamağa gəldilər.
Bu dəfə özləri ilə onu bəzəmək üçün əşyalar da gətirmişdilər.Cek oturmaq üçün balaca stullar, Culia gül-çiçək, Karl isə müxtəlif oyunlar gətirmişdi.
-Culia:Gəlin əvvəlcə topla oynayaq, sonra digər oyunları da sıra ilə oynayarıq.
Uşaqlar topla oynamağa başladılar.Cekin istəyi ilə futbol oynadılar.Qız olmasına ,baxmayaraq, Culia oğlanlardan daha yaxşı futbol oynayırdı.Karl bunu bilmirdi.Hər Culia qol vuranda təəccüblü və biraz da heyranlıqla ona baxırdı.
Nəhayət oyun bitdi.Puanlara baxmağa belə ehtiyac yox idi.Qazanan bəlli idi-Culia
-Culia:Nə oldu?Bəs yaxşı oynayırdız.
Deyərək gülümsədi.
-Karl:Təbrik edirəm Culia.Çox yaxşı oyun idi.
Cek məğlubiyyəti qəbul etməsə də bacısını o da təbrik etdi.
-Cek:Gələn dəfə yenə oynayaq.Mən Sizə fürsət verdim.
Cekin məğlubuyyəti qəbul etmədiyini görən Karl və Culia gizli-gizli ona gülməyə başladılar.
-Culia:Tamamdır.Deməli, sən uduzmağa doymadın.Gələn dəfə yenə sizi udacam!
Birdən Culia kolların arasında parıldayan, ışıq saçan bir şey olduğunu gördü.
-Culia:Uşaqlar kolların arasında parıldayan bir şey var.Gəlin baxaq.
Culia kolları araladı və gördükləri qarşısında donub qaldı.Bu üstündə müxtəlif simvollar olan bir qapı idi.Işıq isə qapıdan gəlirdi.
Onlar qapını açmağa çalışdılar amma aça bilmədilər.
-Culia:Uşaqlar, sizcə bu qapı hara açılır?
Cek sehirli şeylərə inanmırdı.Bunların nağıl olduğunu düşünürdü.
Cek lovğalıqla Məncə bu köhnə bir qapıdır.Heç bir yerə də açılmır.Görmürsünüz arxası boşdur.dedi.
-Culia:Yaxşı, Cek, onda bu ışıq nədir?O da boş şeydir?
Cek bir şey deyə bilmədi.
Karl əvvəllər anam mənə bu meşədə sehirli və başqa diyarlara açılan bir qapı olduğundan danışmışdı. Anam bunun bir rəvayət olduğunu düşünür. Məncə belə bir qapı var. Danışılan qapı isə budur.dedi.
-Culia:Yaxşı, onda qapını necə açacağıq?
-Karl:Anam deyirdi ki, bu qapının üstündəki simvollar günün hansı vaxtını göstərirsə həmin vaxtda 10 dəqiqəlik qapı açılır.Buna görədə həmin vaxtı düzgün tapmaq lazımdır.
Qapının üzərində yarım dairə var idi.Nə günəşə bənzəyirdi, nə də aya.
-Karl:Məncə biz günün tam ortasında günorta vaxtı gəlməliyik.
-Culia:super! Karl, bu yaxşı fikirdir.Sən dahiymişsən xəbərimiz yoxmuş.
-Cek:Yaxşı, siz deyən olsun.Sabah saat neçədə gələk?
-Karl:mənim fikrimcə günün ortası günorta saat 12:00-dir.
-Culia:Onda sabah saat 12-də görüşərik.
-Karl: Görüşərik. gecikməyin.
Bölüm etkileşimi
