1. bölüm · Karl Tomson və dostlarının macəraları

Karlın mərhəməti

Limoncik Əli

Gözəl yay günlərindən biri idi.Yay tətili olduğu üçün Karl məktəbə getmirdi.Artıq günəş çıxmış, təbiət oyanmış, quşların səsi cəh-cəh vururdu.
Ailə üzvləri də oyanmışdı.Karl əl-üzünü yuduqdan sonra yemək masasına oturdu və anasının ləzzətli yeməklərindən yedi.Yemək bitdikdən, sonra hamı öz işi ilə məşğul idi amma Karl darıxdığından Eddy ilə birlikdə evlərinin yanındakı meşəyə getməyə və meyvə yığmağa qərar verdi.Karl bu meşəni çox sevirdi.
-Karl:Ana,mən meşəyə gəzməyə gedirəm, sənin üçün meyvə də yığaram.
-Ana:Get amma gecikmə!
Karl meşəyə çatdı.O,təbiətin gözəlliyi qarşısında donub qaldı.Meşələr həmişə Karla sirli və heyrətamiz gəlirdi.Həmçinin Karl xəyalpərəst idi.Onun bu xüsusiyyətini ailəsi də bəyənirdi amma ən çoxda bacısı, çünkü Karl ona axşam yatmazdan əvvəl müxtəlif maraqlı hekayələr danışır.
O,meşəyə daxil oldu və meyvə yığmağa başladı.Meyvə yığdıqdan, sonra biraz aralıda yaralı bir dovşan gördü.O, çox çarəsiz görünürdü.Karl onu meşədə yaralı halda qoyub gedə bilməzdi.Meyvələrini də götürüb, dovşanla birlikdə evə qayıtdı.Xoşbəxtlikdən onun atası baytar idi.Atası işdən gəldikdən, sonra dovşanın yarasını sardı və dedi:
-Ata: Yarası sağalana kimi bizdə qalsın.
-Karl:Hə, ata o sağalana kimi bizdə qalsın, sonra mən onu yuvasına,meşəyə buraxaram
-Ata:Afərin! oğlum, sən düz deyirsən.Onu yuvasından ayırmaq olmaz.