Lənətli Məxluqlar kitap kapağı

3. bölüm / 9

Tələ

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 9Şu an: Tələ

12 oktyabr 2025

Meşənin üzərinə çökmüş sıx duman qara BMW-nin gür işıqlarını adlayıb keçməyə imkan vermirdi; Yasmin sükanı iki əli bərk-bərk sıxaraq sürəti bir az da azaltdı.Sonra o dedi:
— Sən əminsən biz düz yoldayıq ?
— Hə əminəm, uşaq olanda yüz dəfə gəlmişəm bura.
— Hədə problem odur ki, uşaq olanda gəlmisən.Bu yollar indiyə kimi çox dəyişilər.Həmdə ki, uşaq olmusan yadında qalmaz axı.
— Ay qız deyirəm ki, hamısı yadımdadır.Özüdə mənim yaddaşım güclüdür bilirsən.
Yasmin güldü.
— Hə hə bilirəm.
— Bıy nədi şüphən var ?
— Bəli var.
— Nə var ?
— Azz sənin 7-ci sinifdə şeir deməyin yadında deyil ? Tədbirdən iki ay qabaq əzbərləmişdin.Tədbir günü fəlakət.Müəllimə də ordan sənə deyir ki,"Leyla,topla özünü,yadına sal."
— Yox e,onda çox pis həyəcanlanmışdım.
— Sən canı yaxşı görüm.
— Yox e..
Tam o anda maşın silkələndi.Maşın az qala yoldan çıxırdı.Yasmin güc bəla ilə sükanı düzlətdi.Sonra maşın dayandı.
Qızlar maşından düşdülər.Problemin nə olduğunu anlamağa çalışırdılar.Leyla təkərin partladığını gördü.
— Yasmin təkər partlayıb.
— Ay da,yox...
— Ehtiyat təkər var da dəyişək, niyə narahat olursan?
— Mən dəyişə bilmirəm.
— Necə yəni?
— Bilmirəm də,bilmirəm!
— Necə sürücüsən sən?
— Hər dəfə sonraya saxlayırdım.Nə bilim mən belə olacaq...
— Eybi yoxdur,internetdən baxarıq indi.Amma burda sənə dərs olsun.
Sonra Leyla telefonunu götürdü.Amma internet yox idi.
— İnternet yoxdur.
— Bu dağın başında internet olar? Gör bizi hara gətirmisən.Allah bilir nə idi batdı təkərə,partladı.Qaldıq bu yolun ortasında.Ayı var görsənən burda?
— Təkəri dəyişə bilməyən sənsən!Əgər bilsəydin,indi çoxdan yolda idik.Ayıya deyəcəm,birinci səni yesin.
— Dedim də gəlməyək bura,tanımırıq, eləmirik.Yavaş-yavaş axşam,olacaq neyniyəcəyik indi ?
—Gəl keçək maşına,mən üşüdüm.Sonra fikirləşərik.
Qızlar maşında əyləşdilər.Nə qədər çalışsalar da, internet yox idi.

♠

Artıq hava qaralmışdı.Tam o anda Yasmin maşının pəncərəsindən meşəyə tərəf baxarkən gözünə nəsə insan siluetində bir şey sataşdı.O qışqırdı,Leyla diksindi.
— Nə olub,niyə qışqırırsan?
Qorxu və şok ilə Yasmin dedi:
— Kimsə bizə baxırdı meşənin içindən.
— İnsan idi ?
— Hə.
— A lap yaxşı,şükür kimisə gördük.Düş maşından.
— Nə xəstəsən sən ?
— Niyə,nə oldu ?
— Nə bilək bu qaranlıq gecədə kimdir bu.
— Bütün gecələr qaranlıqdır.Özüdə buralarda qəsəbələr var,yolda gedəndə görürdük.Bu yolun aşağısında idi,dumandan görünmədi indi.Qəsəbədən biridi yəqin qorxma.
— Bəs niyə bizə durub baxır ? Gecədir, həm də soyuq havadır,getsin də evinə!
— O da yəqin anlamağa çalışır ki, bu gecə vaxtı maşının içində kimdir bu qızlar.Düş gəl,bəlkə bizə kömək etdi.
—Yox,düşmürük.
— Bu qədər qorxaq olma,Yasmin.
— Dedim ki, yox! Tanımırıq eləmirik.Nə bilək kimdir o? Özü də yaxşı da baxmırdı.
—Mən düşürəm,sən özün bilərsən.
— Leyla,dayan..
Leyla qapını açdı və dedi:
—Ee...Salam! Kim var orda?
Heyvanların səslərindən başqa heç nə yox idi.Yasmin maşını qapısını açıb dedi:
— Leyla,gəl maşına!
—Of dayan bir dəqiqə...Saalaam, kimsə var,ya yox?
Yasmin maşından düşüb gəldi.
—Deyirəm gəl maşına!
—Qorxun keçdi,gəldin?
— Sən Allah gəl maşına,qorxuram.
Tam o anda kimsə "Salam" dedi:
Qızlar qışqırdı.
—Qorxmayın,xanımlar.
Leyla dedi:
—Siz kimsiniz ?
—Mən, aşağı qəsəbədənəm.Adım Elxandır,dəmirçiyəm. — Mən də Leyla.
— Adını niyə deyirsən?—Yasmin pıçıldadı.
—Gördün,Yasmin,dedim burda qəsəbə var.
—Adımı niyə deyirsən ?
—Nolsun oda bizə adını dedi.
—Nə bilirsən öz adıdır?
— Ay nə olub e sənə,niyə heç kimə güvənmirsən,başa düşmürəm.Hamı onun kimi olacaq deyə bir şey yoxdur.
—Kəs səsini,əsəbləşdirmə məni.
Elxan dedi:
—Gecə vaxtı burada nə işiniz var ?
Leyla:
— Maşınımızın təkəri partladı, bizdə dəyişə bilmədik deyə yolda qaldıq.
— Hə,başa düşdüm.Tikanlar var burda,bəziləri uzanıb yola qədər gəlir.Keçən dəfə bizim kəndlinində başına gəlmişdi.
—Görürsən,Yasmin,bizdən başqalarınında başına gəlib.
Yasmin zarafat ilə:
— Ay da, nə yaxşı tək deyilik, çox rahatladım...
—Gülməlisən indi ?
—Of bəsdir!
— Narahat olmayın,mənə güvənə bilərsiniz.İstəyirsiniz bu gün gedək bizim qonaqlama yerinə.Nəzakət xala oranı işlədir.Bura çox turistlər gəlir.
—Hə,olar gedək.Otel kimidir?
— Hə,otel də demək olar.
Yasmin Leylanı çimdiklədi.
—Yox,olmaz,çox sağ olun.Onsuzda maşındayıq,heç nə olmaz bizə.
— Yox,mən qorxuram burda,həm də üşüyürəm.
—İıı...Sən susacaqsan,ya yox?
Elxan:
— Narahat olmayın,sizə heçnə edəcək deyiləm.İlk qarşıladığım qonaqlar da siz deyilsiniz.
Leyla:
— Yox,qorxmuruq.Olar,gedək.Çox uzaqdadır qəsəbə?
— Ay qız, nə deyirəm mən ?
— Xəstəsən sən? Gecə vaxtı bu maşının içində qalacaq deyiləm.
— Çox uzaqda deyil qəsəbə.
— Hə,gedək onda.
—LEYLA!
—Sən qalırsan qal,mən gedirəm.Heyvanlara sən yem olarsan.Mənim heç kimin axşam yeməyi olmaq fikrim yoxdur.
—Gəlirsiniz,qızlar?
—Mən gəlirəm, sən gəlirsən?
—Yaxşı,yaxşı,gəlirəm.
—Əla.

♠

Qızlar Elxanın arxası ilə gedirdilər.
Dar bir cığır idi.Heyvanların səsləri qorxulu eşidilirdi.Meşə qaranlıq idi, amma Elxanın əlindəki işıq yolu biraz da olsa aydınladırdı.
— Yaxşı yadıma düşdü, biz ondan soruşmadıq ki, bu gecə vaxtı o burada nə gəzir.
— Az,nə bilək e.Biz nə gəziriksə, o da elə.
— Heç gözüm su içmir bundan.
— Sənin gözün heç kimdən su içmir.
— Kaş sənində gözün balaca çox yox e, hapbalaca su içməzdi.
Tam o anda Elxan dedi:
— Gəldik.
Yasmin və Leyla onun göstərdiyi yerə baxdılar.Burda heç bir qəsəbə yox idi,böyük bir malikanə var idi.
Yasmin dedi:
— Bəs bizi qəsəbəyə aparacaq idin?
— Nəzakət xalanın otelinə gətirəcəyimi dedim.Bu da otel.
Leyla:
— Böyük imiş.Keçək içəri, mən artıq üşüyürəm.
—Olar,keçək.
Yasmin:
— Ümid edirəm sonumuz yaxşı olar.
— Keç görüm.
Qızlar Elxan ilə birlikdə içəri keçdilər.İçəri qaranlıq idi,çox qorxulu görünürdü.
Leyla:
—Elxan,bura niyə qaranlıqdır?
Elxan yox idi.Qızlar ətrafa baxdılar, onu çağırdılar,amma heç bir səs yox idi.Yasmin çöl qapıya yaxınlaşdı və onu açmağa çalışdı, amma qapı açılmadı.Yasmin dəfələrlə sınadı, açılmadı.Leylaya baxdı:
— Hə indi neyləyəcəyik?
— Bizi burda qoyub hara getdi ?
—Dedim ki, sənə gəlməyək.Oturmuşduqda gül kimi maşında.
— Ay da, qorxuram.
— YÜZ GÜN QORX,VAXTINDA QORXMAQ LAZIM İDİ!
—Niyə qışqırırsan e üstümə?
— QIŞQIRARAM!
— Nə olar, bəsdir, Yasmin, onsuzda qorxuram.
— Yaxşı, neyləyək indi?
— Bilmirəm.Ay da, gəl ətrafı gəzək, bəlkə arxa qapı var.
— Yaxşı, görək daha nələr olur.
Qızlar ətrafı gəzməyə başladılar.Bura çox lüks bir yer idi.Bina üç mərtəbə idi .Otaqlarda çox idi.
—Əgər bu Elxan düz deyibsə, Nəzakət xalasının otelidir bura yəqin.
— Hə deyəsən...
—Otelimə xoş gəlmisiniz!
—Aaaa!
—Aaaaa!
Qızlar qışqırdılar.
Qarşılarında 45-50 yaşlarında bir qadın durmuşdu.
Yasmin:
— Siz kimsiniz ?
— Mən Nəzakət, bu qonaqlama yerini sahibiyəm.
— Hə,Elxan demişdi.
— Helə nə oldusa Elxana görə oldu da.
— Yaxşı.Ee, Elxan bizi burda qoyub getdi.Qapınıda bağlayıb.
—O işini yerinə yetirdi.
— Necə ?
— Çox üzr istəyirəm sizdən, amma hamının yaşmaq haqqı var.
— Başa düşmədim...
Yasmin dedi:
Qadın arxasını döndü və getdi.
O anda isə Leyla boynunda bir nəfəs hiss etdi...

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

54okunma 7beğeni 2yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…