Lənətli Məxluqlar kitap kapağı

5. bölüm / 9

Köhnə rəqiblər

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 9Şu an: Köhnə rəqiblər

14 oktyabr 2025

Anar keçmiş şagirdi Humaya zəng etdi. Bir az sonra o telefonu götürdü.
— Alo?
— Alo, salam, Humay, necəsən?
— Sağ olun,müəllim. Siz necəsiniz?
— Sağ ol, yaxşıyam. Sənə bir işim düşüb.
— Buyurun, eşidirəm.
— Bu gün mənə yeni bir iş gəldi. Qusar rayonuna dincəlməyə gedən iki tələbə qız itkin düşüb.Amma məndə başqa bir vacib işlə məşğulam.Yəni belə desək, başımı qaşımağa vaxtım yoxdur.Sən bu işlə məşğul ola bilərsən?
— Hə, əlbəttə, məşğul olaram.
— Çox sağ ol.
— Siz sağ olun.
— Onda indi Kazımova deyəcəm, sənə məlumatları göndərsin.
— Oldu, müəllim.
— Bir daha çox sağ ol.
— Xoşdur.Həmdə istəyərəm o qızlar tapılsın, tələbədirlər hələ...
—Hə, məndə onu istəyirəm.Yaxşı, sağ ol.
—Sağ olun.
Detektiv Anar Humayla danışdıqdan sonra digər şagirdi Murada zəng etdi. Bir qədər sonra telefon açıldı.
— Alo?
— Alo,salam.
— Salam, müəllim, necəsiniz?
— Sağ ol,Murad, sən necəsən?
— Sağ olun,yaxşıyam.
— Sənə bir işim düşüb.
— Buyurun,eşidirəm.
— Bu gün mənə bir iş gəldi.Qusara dincəlməyə gedən iki tələbə qız itkin düşüb. Özum başqa bir işlə çox yoğun məşğulam, amma o qızların da sağ-salamat tapılmasınıda istəyirəm.Bu işə baxa bilərsən?
— Əlbəttə, baxacaqam.
— Çox sağ ol.Onda Kazımova deyəcəm sənə məlumatları göndərsin.
— Oldu, müəllim.
— Bir daha çox sağ ol.
— Siz sağ olun müəllim.
— Oldu, xudafez.
— Xudafez.
Anar hər iki şagirdinə zəng etmişdi, amma heç birinin digərinin bu işdə olmasından xəbəri yox idi.Anar bunu bilə-bilə etmişdi.Çünki onlar ikisi birlikdə yola gedə bilməsələr də, birgə işləyəndə ortaya əla nəticələr çıxır. Humay və Muradın müəllimi o idi.Onları tanıyırdı.Hər ikisinin analitik zəkası yüksək idi.Universitetdə "ən yaxşı" olmaq uğrunda araları pozulmasaydı, hər şey yaxşı daha fərqli ola bilərdi.Amma eybi yoxdur, bəlkə bu iş sayəsində aralarındakı buzlar əriyərdi...

♠

Artıq yavaş-yavaş axşam olurdu.Murad və Humay Anarın ofisinə gəlmişdilər.Mübarizə elə qapıda başladı.Humay qarşısında Muradı görən kimi qaşlarını çatdı:

— Sənin burda nə işin var?
— Anar müəllim çağırıb gəlmişəm. Əslində sənin nə işin var burada?
— Məni də çağırıb!
— Səni də?
— Hə!
— Gedək görək nə baş verir...
— Görək...Eyni vaxtda çağırıb ki, sənin sifətini görmək məcburiyyətində qalım.
— Sanırsan mən ölürdüm sənin sifətini görməkdən ötrü?
— Yaxşı eləyirsən.
— İnsan kimi danışdım səninlə, sən yenə həmişəki kimi kobudluq elədin.
— Mənəm kobud?
— Yox, mənəm!
— Deyəsən tələbə vaxtların yadından çıxıb.Kobud tərəf hər zaman sən olmusan.
— Mən...

Otağın qapısı açıldı və Anar müəllim içərdən onlara baxdı:

— Uşaqlar,bəsdir!
— Amma müəllim,görmürsünüz necə danışır?
— Dedim bəsdir! Heç dəyişməmisiniz, yenə də kimsinizsə osunuz.
— Mən dəyişmişəm, müəllim, problemi odu – deyə Humay narazı halda dilləndi.
— Humay bəsdir!
— Yaxşı susdum.
— Mənə zəng etdiniz ki, iş sənə həvalə edirəm,gəl. Gəldim.Bəs o niyə gəlib? – deyə Murad soruşdu.
— Mənə də zəng edib elə deyib!
— Nə?
— Hə, ikinizə də zəng etmişəm.Bu işi ikinizə də həvalə edirəm!

Humay dərhal etiraz etdi:
— Yox, müəllim, olmaz!
— Hə,məncə də olmaz! – Murad dərhal onu dəstəklədi.
— Niyə?
— Müəllim, bilmirsiz ki, mən Muradla yola getmirəm, oda mənimlə?
— Mənimlə yola getməyən sənsən!
— Bəsdir! Siz artıq universitet tələbəsi şagirdlər deyilsiniz.Özünüzü ələ alın! Tələbə vaxt birlikdə işlədiyiniz uğurlu layihələri nə tez unutdunuz? Birlikdə siz mükəmməl komandasınız.Bunu niyə anlamaq istəmirsiniz?
Humay:
— Axı müəllim...
— Humay bəsdir! Xahişimi yerinə yetirəcəksiniz, ya yox?
— Şüphəniz olmasın, müəllim, yerinə yetirəcəyəm, – deyə Murad birinci dilləndi.
— Humay, bəs sən?
— Razıyam,müəllim.Bu işi layiqincə görməyə çalışacağam.
— Əla.Onda işə başlaya bilərsiniz!

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

38okunma 5beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…