Bölümler 9Şu an: Qusara doğru
- 1 Məxluqlar gerçəkdir ?57 kelime
- 2 Tələ1.027 kelime
- 3 Axtarış başlayır409 kelime
- 4 Köhnə rəqiblər564 kelime
- 5 Qusara doğru609 kelime · Okuduğun bölüm
- 6 Cavabsız Analizlər844 kelime
- 7 Ört-basdır edilməyən izlər1.010 kelime
- 8 Növbəti qurban1.080 kelime
- 9 Qaranlığın içinə addım1.458 kelime
Bu aramayla eşleşen bölüm bulunamadı.
15 oktyabr 2025
Səhər açılmışdı.Dünənki, söhbətdən sonra Humay və Murad birlikdə işləməyə razı olmuşdular.
Səhər saat 8-də Humay ofisə daxil oldu.Masasına əyləşdi və qızlar haqqında məlumatı oxumağa başladı, Muradı gözləmədən.Bir saat sonra Murad gəldi.İlk sözə başlayan o oldu.
— Sabahın xeyir.
— Hər vaxtın xeyir.
— Məni gözləmədən başlamısan artıq.
— Gecikmisən.Səni gözləmək vaxt itgisi olardı.Mən də başladım.
— Eybi yoxdur, vaxt gələcək mən də səni gözləməyəcəm.
— Hər zaman geridə qalan sən olmusan, indi də sənsən, gələcəkdə də sən olacaqsan.Yəni elə bir şey olmayacaq.
— Yenə sataşırsan amma Anar müəllimə söz vermişəm, ona görə də sənə əhəmiyyət vermirəm.
— Mən sataşıram?
— Bəs kim?
— Mən də müəllimə söz vermişəm, səninlə işləyən müddət də heç bir narazılıq eləməyəcəm.Mənimlə söz güləşdirənə qədər məlumatı aç və oxumağa başla.Hə, bu arada, sən mənimlə söz də güləşdirə bilmərsən çünkü o güləşidə mən qazanaram.
— Ya səbir.
— Necə?
— Heç deyirəm işim yaman çətin olacaq.
— Hə, elə olacaq.
Murad başını bulayıb stula əyləşdi sonra isə qızlar haqqında məlumatı oxumağa başladı.İlk sözə başlayan yenə o oldu.
— Yol kameraları qızların maşınını hara qədər çəkib görəsən?
— Qusara giriş edənə qədər.
— Sən hardan bilirsən?
— Axşam biraz araşdırma elədim.
— Məlumatlardan əlavə də axtarış eləmisən.
— Hər zaman kı kimi.
— Hə, hər zaman kı kimi.
— Harada qalmışdıq? Hə, Qusara giriş edənə qədər kameralarda görünürlər, sonra meşə yoluna dönüblər və orada kamera yoxdur.
— Onda belə edək, GPS-i yoxlamaq üçün şəbəkə operatoruna sorğu göndərək.Görək nə çıxır?
— Hə, məndə elə onu fikirləşdim.Kazımova deyim göndərsin onda.
— Göndərsin.
Anar Kazımovu Humay və Murada köməkçi detektiv olaraq təyin etmişdi. Humay telefonla zəng edərək onu otağa çağırdı.Bir az sonra Kazımov qapını döyüb içəri girdi:
— Buyurun, Humay xanım.
— Kazımov qızların yerini öyrənmək üçün maşının GPS-ni yoxlamalıyıq.Zəhmət olmasa, Şəbəkə operatoruna sorğu göndərərsən.
— Nə zəhmət, xoşdur, Humay xanım.
— Çox sağ ol. Hə birdə mənə dərhal "Humay" de, "xanım"a ehtiyac yoxdur. – deyə gülmümsəyərk Humay bildirdi.
— Yaxşı, elə deyərəm, Humay xa...eyy, Humay.
Sonra Kazımov otaqdan çıxdı.Murad isə bu olanları əsəb halda izləyirdi.
— Niyə Kazımovla bu qədər səmimisən?
— Nə səmimiyyət, e? İş yoldaşımdır, həm də ki, eyni işdəyik.Rəsmiyyətə ehtiyac yoxdur.
— Var! Hər zaman rəsmiyyətə ehtiyac var. Sən hər ehtimala qarşı məsafəni saxla.
Humay gülümsədi:
— Məni qısqandın?
— Yox, e, nə qısqanmaq... – Murad bu sualı gözləmirdi, bir anlıq duruxdu.
— Onda?
— Yəni yeni tanış olduğun biri ilə bu qədər səmimi olma deyə dedim. Nə olsun iş yoldaşındır?
Humay onu qıcıq eləmək üçün davam etdi:
— Lap yaxşı! Bundan belə sənə də "Murad bəy" deyərəm, sən də mənə "Humay xanım".Nə olsun iş yoldaşıyıq, rəsmiyyəti saxlamaq lazımdır, elə deyil?
— Mənimlə yox, onunla rəsmiyyətı saxla.Mən sənin köhnə dostunam!
— Yaxşı, əsəbləşmə, köhnə dost. – deyə Humay güldü.
— Harda qalmışdıq, köhnə dost?
— Düşdük dilinə, köhnə dost...GPS-də qalmışdıq.
— Hə, orada qaldıq.Kazımov nəticəni gətirsin, baxaq.
İlk gündən Muradın Kazımovdan xoşu gəlməmişdi. Adını belə eşitmək istəmirdi. Nə qədər boynuna almasa da, Humayı qısqanmışdı. Bir neçə saat sonra Kazımov əlindəki sənədlə geri qayıtdı:
— Kazımov, hardasan? Gün qurtardı, sən gəlib, çıxmadın? – deyə Murad əsəbi halda dedi:
— Bağışlayın gecikdim. Operator sorğuya cavab verdi! Maşının GPS siqnalı Qusar meşə yolunun 12-ci kilometrliyində qəfil kəsilib.Son koordinat oradır.
Humay və Murad eyni anda bir-birinə baxdılar. Aralarındakı zarafat və söz güləşdirmə anında yox oldu, yerinə peşəkar detektiv ciddi-cəhdinə verdi.
— Axtaracaq başqa bir şey qalmadı, – deyə Murad dərhal ayağa qalxdı. – Vaxt itirmədən Qusara gedirik!
Humay da masasının üstündəki sənədləri cəld toplayıb çantasına yığdı:
— Razıyam, Qusar meşəsi təhlükəli yerdir, hər dəqiqə bizim əleyhimizə işləyir.
İkisidə sürətli addımlarla ofisdən çıxdı.Hava yavaş-yavaş qaralırdı və onları qarşıda necə bir qaranlığın gözlədiyindən hələ heç birinin xəbəri yox idi...
Bölüm etkileşimi
