Lənətli Məxluqlar kitap kapağı

4. bölüm / 9

Axtarış başlayır

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 9Şu an: Axtarış başlayır

14 oktyabr 2025

Leyla və Yasminin Qusara getməklərindən tam iki gün keçmişdi.Qızlardan heç bir xəbər yox idi.Telefonlara cavab vermirdilər.Artıq ailələri narahat olmağa başlamışdı və polisə müraciət etməyə qərar verdilər.Bu işə isə detektiv Anar Yaqubov baxacaq idi.
Dedektiv Anar qızları araşdırmağa başladı:
— Deməli,belə,Kazımov.
— Bəli.
— Bu iki qız haqqında araşdırma apar və mənə onlar haqqında məlumat qeydini gətir.Valideynləri ilə də görüşəcəm.
— Oldu.
Kazımov qızları araşdırmağa başladı və onlar haqqında araşdırma qeydlərini detektivə gətirdi.Valideynlərdə artıq polis şöbəsində idilər.
Anar faylı açdı və qızlar haqqında məlumatı oxumağa başladı:

Cabbarova Yasmin Fuad qızı
21.05.2004,Bakı.
Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, 4-cü kurs tələbəsi.

Abbaszadə Leyla Yaşar qızı
02.07.2004, Bakı.
Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, 4-cü kurs tələbəsi.

Qara BMW X1 model maşın ilə 12 oktyabr tarixində Qusar rayonuna gediblər.Ən son onlardan xəbər günorta saat 14:25-də alınıb.Leyla anası Abbasova Rəna ilə telefonda danışıb, Yasmin ilə yolda olduqlarını bildirib.

Dedektiv bu məlumatları oxuduqdan sonra isə qızların valideynləri ilə görüşdü:
— Salam, mən detektiv Anar Yaqubov.
—Salam, mən Cabbarov Fuad.Yasminin atasıyam.
— Bilirəm.Qızların haqqında biraz məlumatım var.Ən son Leyla anası ilə günorta saatlarında telefon ilə danışıb.Elədir?
— Hə, mən anasıyam.Mənimlə danışdı.
— Hər şey qaydasında idi? Yəni nəsə bir problem yox idi?
_ Yox, hər şey qaydasında idi.Səsi çox yaxşı gəlirdi. Yolda olduqlarını və birazdan çatacaqlarını dedi.
— Qusarda hara gedirdilər?
— Qusar Göl Ailəvi İstirahət Mərkəzinə. Biz özümüz Qusarlıyıq. Leyla uşaq olanda Qusara çox gedirdik. O da rəfiqəsi ilə getmək istədi, oraları gəzəcəkdilər. Rezervasiya da etmişdilər. Amma ora gedib çatmayıblar... Mən çox qorxuram, başlarına nəsə iş gəlib.

O anda Yasminin anası ağlamağa başladı.Atası onu təsəlli edirdi.

— Aygün, ağlama, hər yaxşı olacaq.Qızlar tapılacaq, narahat olma.
— İki gün keçib, tapılardılar da! Qəza olub yüz faiz... Ölüb qızım!
— Anar bəy,xahiş edirəm tapın onları.Qızımı da, rəfiqəsi Yasminidə.
— Narahat olmayın, onlar tapılacaq.

♠

Bu danışıqlardan sonra Anar masasının arxasında əyləşib dərin fikrə getdi.O, hazırda başqa böyük bir işin arxasınca idi.Normalda iki işi birdən aparmaq onun üçün uşaq oyuncağı sayılırdı, çünki illərin təcrübəli detektivi idi.Lakin əlindəki birinci işi bütün vaxtını alırdı – gün ərzində cəmi iki saat yuxu yatırdı.

Qusar hadisəsini diqqətsiz qoymaq istəmirdi, qızların sağ-salamat tapılması onun üçün hər şeydən vacib idi. Əgər özü bu işə fokuslana bilməyəcəksə, onu etibar edəcəyi ən yaxşı kadrlar tapmalı idi.Fikirləşdi və ağlın gələn adlarla gülümsədi.Keçmiş şagirdləri! Onlar da artıq öz sözünü demiş, işinin əhli olan tanınmış detektivlər idilər.

Anar əmin idi ki, onlar bu işin öhdəsindən gələcəklər.Masadakı telefonunu götürüb nömrəni yığdı.
Dəstəkdən gələn zəng səsi otağın sükutunu pozdu...

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

48okunma 5beğeni 1yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…