Bölümler 9Şu an: Növbəti qurban
- 1 Məxluqlar gerçəkdir ?57 kelime
- 2 Tələ1.027 kelime
- 3 Axtarış başlayır409 kelime
- 4 Köhnə rəqiblər564 kelime
- 5 Qusara doğru609 kelime
- 6 Cavabsız Analizlər844 kelime
- 7 Ört-basdır edilməyən izlər1.010 kelime
- 8 Növbəti qurban1.080 kelime · Okuduğun bölüm
- 9 Qaranlığın içinə addım1.458 kelime
Bu aramayla eşleşen bölüm bulunamadı.
16 oktyabr 2025
Qusarın sıx nəmli meşələrini bürüyən duman sanki gələcək fırtınanın xəbərçisi idi. Asfalt yolun üzərinə çökmüş bu ağ pərdənin içindən Dr. Rəşadın qara avtomobili sakitcə, sanki bir kölgə kimi süzülərək qəsəbəyə doğru irəliləyirdi.
Rəşad sükanı təmkinlə tutmuşdu. Ətrafdakı ağacların mənzərəsi dumanın içində yox olur, maşının işıqları yalnız bir neçə metr qabağı çətinliklə yarırdı. Bu sükut və müəmmalı hava onun daxili soyuqqanlılığı ilə tam bir harmoniya təşkil edirdi. Amma qəsəbənin girişinə çatanda bu adət olunmuş sakitlik birdən-birə pozuldu.
Uzaqdan qırmızı və göy işıqların dumanı yararaq bərq vurması və siren səslərinin əks-sədası Rəşadın diqqətini çəkdi. O, ayağını qaz pedalından yavaşca çəkdi. Bir-birinin ardınca şütüyən polis maşınları küçələri bürüyür, qəsəbə camaatı isə həyəcanla yol kənarlarına toplaşırdı.
Rəşad maşını daha da yavaşladıb yol kənarına yaxınlaşdı. Əlini uzadıb düyməni basdı və elektron şüşə sakitcə aşağı endi. Sərin, rütubətli meşə havası ilə birgə qəsəbə camaatının həyəcanlı pıçıltıları da salona dolmağa başladı:
— Bu nə məsələdir belə? Bu qədər polis maşını hardan çıxdı?
— Eşitməmisən? Bakıdan gələn iki gənc qız itkin düşüb. Deyirlər meşədə də yanmış maşınlarını tapıblar...
Rəşadın gözləri bir anlıq daraldı, amma üzündəki peşəkar həkim təmkinini heç nə pozmadı. Dodaqları həfifcə gərilsə də, nə bir reaksiya verdi, nə də təşviş bəlirtisi göstərdi. İti baxışları camaatın arasından süzülüb kənarda dayanan Elxana dikildi. Onun əlləri cibində idi, çənəsi gərilmişdi və gözlərində qəribə bir təşviş dalğası vardı. Elə həmin anda Elxan başını çevirib, Rəşadı gordü.
Rəşad bir anlıq duruxdu, Elxanın bu gərgin və donuq halı ona çox qəribə gəldi. Amma Rəşad bu fikrin üzərində çox durmadı. " Əlbəttə, belə kiçik qəsəbədə bu qədər polis maşını görən hər kəs həyəcanlanar" – deyə düşündü.
O anda Elxan da tez addımlarla ordan uzaqlaşdı.
Şüşəni yavaşca yuxarı qaldırdı, ayağını qaz pedalına basıb maşını irəli sürdü. Qəsəbənin xəstəxanasına getməli idi. Ağlında isə hələ də o sual fırlanırdı: meşədə yanan maşın kimin idi?
♠
Beş dəqiqə sonra o artıq xstəxananın qarşısında idi. Avtomobili qapının ağzında saxlayıb xəstəxananın həyətinə daxil oldu. Duman ağacların budaqları arasında süzülüb toprağa yatırdı. Həyətdə su arxının yanında əlində hərzə qayçısı tutmuş yaşlı bir kişi var idi. Yəqin ki, bağban idi.
Rəşad onun yanına yaxınlaşıb söhbətə başladı:
— Salam, yorulmayasınız.
— Sağ ol oğlum. Buyur?
Rəşad soyuqqanlı, amma nəzakətli bir təbəssümlə cavab verdi:
— Səhiyyə Nazirliyindən məni bura göndəriblər. Bu yeni yayılan xəstəliyə görə.Mən Dr.Rəşad Mustafayev.
— Lap yaxşı, xoş gəlmisiniz. Məndə bu xəstəxananın bağbanıyam. Adım Cəlaldır.
— Tanış olduğuma şad oldum.
— Bu nə xəstəlikdir belə görəsən?
— İndi onun araştırmağa gəlmişəm. Ümid edirəm bu xəstəlik ilə baş apara bilərəm. Yaxşı mən sizi tumuyum işiniz var. Sağ olun.
— Sağ olun.
Rəşad pilləkənləri qalxıb binanın ağır qapısını itələdi. İçəridə spirt və dezinfeksiya dərmanlarının kəskin qoxusu var idi. Dəhlizdə cəld addımlarla irəliləyən sərt baxışlı, 40-45 yaşlarında bir qadın onun qarşısını kəsdi.
— Buyurun, kimsiniz? Kimi axtarırdınız? – deyə baş tibb bacısı Həmidə diqqətli və sərt baxışlarını Rəşada zillədi.
— Mən Dr. Rəşad Mustafayev. Səhiyyə Nazirliyi tərəfindən göndərilmişəm, – Rəşad sakit və özündənəmin təmkinlə cavab verdi.
Həmidənin sərt sifəti dərhal yumşaldı, gözlərində təəccüb və hörmət qarışığı bir ifadə yarandı.
— Vay, bağışlayın, doktor! Sizi tanımadım, xoş gəlmisiniz. Mən baş tibb bacısı Həmidə Eyvazova.
Həmidə dərhal onu digər personal ilə tanış etdi – təmkinli tibb bacısı Gülər və xadimə Adilə xanım Rəşadı hörmətlə salamladılar. Həmidə Rəşada onun üçün ayrılmış həkim otağını göstərdikdən sonra ətrafına boylandı:
— Bu Aysel hardadır yenə? – deyib narazılıqla dəhlizin sonuna doğru getdi.
O an 22 yaşlı təcrübəçi-həkim Aysel Qəhrəmanlı dəhlizin küncündə həyəcanla telefonla danışırdı. Tibb Universitetinin 6-cı kurs tələbəsi olan Aysel bu kiçik qəsəbə xəstəxanasına gələndən hələ bir həftə keçməmişdi. O, uşaqlıq dostu Leylanın anasına ürək dirək verirdi:
— Xala, narahat olmayın, vallah artıq polislər buradadırlar, meşəni də axtarırlar. Leyla çox zəkalı qızdır, tapılacaqlar, özünüzü üzməyin...
Həmidə xanım onun yanına çatan kimi Aysel tez söhbəti bitirdi:
— Yaxşı oldu, Rəna xala, mənim işim var sonra danışarıq.
Həmidə hiddətlə səsini qaldırdı:
— Doktor, Qəhrəmanlı! Universitetdə sizə iş vaxtı şəxsi zənglər etməyi belə öyrədirlər? Təcrübəçi olmağınız sizə işin başını buraxmağa haqq vermir!
— Həmidə xanım, and olsun, Leyla mənim uşaqlıq dostumdur! Anası zəng eləmişdi, dəhşətli vəziyyətdədirlər... – deyə Aysel özünə haqq qazandırmağa çalışdı.
— Yaxşı, düş qabağıma. Nazirlikdən yeni gələn həkimin yanına gedirik. O, sizin kuratorunuz olacaq, – deyə Həmidə onu Rəşadın otağına apardı.
Otağın qapısı açılanda Ayselin gözləri Rəşada sataşdı və olduğu yerdə donub qaldı. Uzun boylu, qəhvəyi saçlı, düzgün üz cizgilərinə sahib bu xarizmatik həkim onun təsəvvür etdiyi tiplərdən çox fərqli idi. "Bu nə gözəl, nə xarizmatik adamdır belə... Bir həkim kimi də yəqin ki, mükəmməldir", – deyə Aysel daxilən həyəcanlandı...
— Salam, mən Aysel, Qəhrəmanlı Aysel.
— Təcrübəçi həkimdir. Sizə kömək edəcək, yəni hamımız canla-başla sizə kömək edəcəyik amma o sağ qolunun olacaq – deyə Həmidə əlavə etdi.
— Məmnun oldum, məndə Dr. Rəşad.
Sonra o öz soyuqqanlılığını qoruyaraq dedi:
— Xəstələrin vəziyyətləri necədir, Həmidə xanım?
— Heç bir dəyişiklik yoxdur, eyni simptomlar və sonra ölüm. Artmağa davam edir.
— Başa düşdüm, gedək xəstələrin yanına. Özüm də bir müalicə edim və yeni analizlər götürüm.
— Eee... doktor burda xəstələr yoxdur.
— Necə yəni?
— Heç bir xəstə xəstəxanaya gəlmək istəmir. Biz evlərinə gedib onları müalicə edirik.
— Başa düşmədim, niyə gəlmək istəmirlər ki?
— Orası müəmmadır. – deyə Həmidə xanım dərindən ah çəkdi. — Nə qədər təkid etsək də, sanki bir qüvvə onları bura gəlməyə qoymur. Nəysə, mən gedim indiyə qədər evlərində müayinə etdiyimiz xəstələrin siyahısını və köhnə analizləri gətirim. Siz də onlarla tanış olun.
Həmidə xanım başı ilə işarə edib otaqdan çıxdı və qapını sakitcə bağladı. Otaqda yalnız Rəşad və Aysel qaldı. Sükutu ilk pozan Aysel oldu:
— Həmidə xanım haqlıdır, doktor... Mən də yeni gəlmişəm, amma diqqətimi çəkən ən qəribə şey bu oldu. Xəstələr evdə çarpayıya məhkumdurlar, sanki buraya gəlməkdən, xəstəxana adını eşitməkdən qorxurlar. Yəni... bu adı bir qorxuya da bənzəmir. Sanki zehinləri bloklanıb.
Rəşad masanın arxasında əyləşib diqqətlə Ayselə baxdı. Gənc təcrübəçi-həkimin bu müşahidə qabiliyyəti onun diqqətini çəkmişdi. Soyuqqanlı bir tonla cavab verdi:
— Psixoloji bir kütləvi isteriya da ola bilər, ya da tibbi olaraq izah edə bilmədiyimiz tibbi bir faktor. Amma sənin bu incəliyi sezməyin təqdirəşayandır, Aysel.
Ayselin yanaqları hafifcə qızardı. Rəşadın ona adı ilə müraciət etməsi və verdiyi qiymət daxilindəki həyəcanı daha da artırırdı. " Həm bu qədər karizmatikdir, həm də qarşısındakının fikrinə dəyər verir..." – deyə içindən keçirdi.
Tam o anda otağın qapısı təşvişlə açıldı. Həmidə xanım əlində qovluqla içəri daxil oldu, amma üzündəki ifadə bu dəfə daha da ağır və kədərli idi.
— Doktor... – deyə Həmidənin səsi titrədi.
— Təəssüf ki, bir pis xəbər var. Bir xəstə də vəfat etdi... Balaca Raul. Evində vəziyyəti ağırlaşıb, çata bilmədik...
Bölüm etkileşimi
