Bölümler 9Şu an: Cavabsız Analizlər
- 1 Məxluqlar gerçəkdir ?57 kelime
- 2 Tələ1.027 kelime
- 3 Axtarış başlayır409 kelime
- 4 Köhnə rəqiblər564 kelime
- 5 Qusara doğru609 kelime
- 6 Cavabsız Analizlər844 kelime · Okuduğun bölüm
- 7 Ört-basdır edilməyən izlər1.010 kelime
- 8 Növbəti qurban1.080 kelime
- 9 Qaranlığın içinə addım1.458 kelime
Bu aramayla eşleşen bölüm bulunamadı.
15 oktyabr 2025
Bakı Mərkəzi Xəstəxanasının dördüncü mərtəbəsindəki kabinetdə vərəq xışıltısından və divardakı saatın monoton çıqqıltısından başqa heç bir səs eşidilmirdi. Pəncərədən içəri süzülən xəfif işiq masanın üzərinə səpələnmiş tibbi kartların, qan analizi cavablarının və mürəkkəbi hələ tam qurumamış qeydlərin üzərinə düşürdü.
Həkim Rəşad gözlərini mikroskopun obyektivindən çəkmədən, diqqətlə qarşısındakı nümunəni incələyirdi. O, sadəcə verilən diaqnozlarla kifayətlənən həkimlərdən deyildi. Hər bir xəstəlik onun üçün həlli vacib olan mürəkkəb bir tapmaca, hər bir analiz nəticəsi isə gizli bir ipucu idi. Səbri, təmkini və xırda detalları gözündən qaçırmayan analitik zehnə malik olması onu öz sahəsində seçilən mütəxəssislərdən birinə çevirmişdi.
Başını mikroskopdan qaldırıb yorğun gözlərini ovuşdurdu. Dərin bir nəfəs alaraq arxaya – yumşaq dəri kreslosuna söykəndi. Masanın üzərindəki soyumuş qəhvəsindən bir qurtum alıb pəncərədən çöldəki şəhər təlaşını izləməyə başladı. İş günü bitmək üzrə idi və hər şey vərdiş etdiyi sakit axarı ilə davam edirdi. Lakin bu sakitliyin arxasında qəribə bir fırtınanın yaxınlaşdığını hiss etmək çətin deyildi.
Sükutu qapının dalbadal və təcili şəkildə döyülməsi pozdu. Bu, adətən adı xəstə ziyarəti və ya gündəlik məruzə üçün döyülən qapı səsinə bənzəmirdi. Rəşad qamətini düzəldib diqqətini qapıya yönəltdi:
— Gəl!
İçəri həkimin köməkçisi daxil oldu:
— Doktor, bağışlayın sizi narahat edirəm.
— Buyur.
— İndi Səhiyyə Nazirliyindən zəng gəldi. Bir xəbər var.
— Nə xəbər?
— Deyilənə görə Qusar rayonunun Samur qəsəbəsində bir epidemiya yayılıb. Xəstəlik ilk qan azlığı və halsızlıq ilə başlayır. İki üç gün içində də ölümə səbəb olur. Sizin də ora gedib bu xəstəlikin səbəbini araşdırmanız və bunun çarəsini tapmanız istənilir.
— Başa düşdüm Samirə, Nazirlik ilə əlaqə saxlayacam, sağ ol.
— Xoşdur. – deyə o otaqdan çıxdı.
Qəfil qan azlığı və halsızlıq, iki üç gün içində də ölüm. Bu nə ola bilərdi? Anemiya, və ya başqa bir virus?
Rəşad telefonu götürdü və Səhiyyə Nazirliyinə zəng etdi. Bir qadın səsi otaqda eşidildi:
— Alo, buyurun.
— Salam, mən Bakı Mərkəzi Xəstəxanasın həkimi Dr. Rəşad Mustafayev.
— Bəli, doktor.
— Mənə zəng edilib, bir yeni xəstəlik ilə bağlı.
— Anladım, sizi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi ilə bağlıyıram.
— Sağ olun.
Bir qədər sonra telefonda yenidən səs eşidildi.
— Alo, Rəşad doktor.
— Salam, necəsiniz?
— Sağ olun yaxşıyam. Sizin xəstəxanaya zəng edən mən idim. Mən Rəsulov Namiq, mərkəzin şöbə müdiriyəm.
— Tanış olduğuma görə şad oldum. Köməkçim biraz məlumat verdi, ancaq ətraflı məlumat almaq istədim. Bu nə xəstəlikdir belə?
— Məndə doktor. Bizə də elə o maraqlıdır. İndi bir neçə xəstənin analiz nəticələri gəlib. Özüm nəzər saldım, sizə də göndərəcəm. Simptomlar anemiyaya bənzəyir, ancaq tam odu demək olmur. Hemoqlobin və eritrositlər normadan dəfələrlə aşağı düşüb. Yəni çox qəribə haldır. İş o qədər qəliz hal alıb ki, artıq Qusar rayonunun xəstəxanaları bu işlə məşğul ola bilməyib və Səhiyyə Nazirliyinə zəng edib kömək istəyiblər. Məndə istəyirəm ki, ora gedib bu xəstəlik ilə siz məşğul olasınız
— Əlbəttə, canla-başla, bu mənim işimdir.
— Çox sağ olun doktor. Onda indi nəticələri sizə göndərirəm.
— Gözləyirəm.
— Bir daha çox sağ olun, xudafez.
— Xudafez.
Telefonun söndürdükdən sonra Rəşad dərin fikrə getdi. Bu nə ola bilərdi ? 30 yaşı olmasına baxmayaraq öz sahəsində çox uğurlu bir həkim idi. Onlarla xəstəlik ilə məşğul olmuş biri bunu ilk dəfə eşidirdi.
Yarım saat sonra kompüterdən mesaj sesi eşidildi. Rəşad tez masasına əyləşdi və nəticələri açdı. Dörd analiz nəticəsi var idi. İlki ilə başladı:
1-ci analiz nəticəsi:
Xəlilov Rüstəm Hüseyn oğlu
01.01.1980
• Hemoqlobin (Hb): 38 g/L (Kritik dərəcədə aşağı; normaldan 3 dəfə az)
• Eritrositlər (R BC): 1.2 × 10¹²/L
• Trombositlər: 95 × 10⁹/ L
• Qan təzyiqi: 70/40 mmHg
• Qeyd: Arterial qan həcminin təxminən 65%-i itirilib. Bədəndə daxili qan axma izi yoxdur.
2-ci analiz nəticəsi:
Xankişiyev Elnur Əbülfəz oğlu
17.03.1996
• Hemoqlobin (Hb): 42 g/L
• Eritrositlər (R BC): 1.4 × 10¹²/L
• Trombositlər: 110 × 10⁹/L
Qeyd: Ağır dərəcəli kəskin anemiya. Hemoqlobinin parçalanma məhsulları (bilirubin) normadadır, bu da qanın bədən daxilində parçalanmadığını, xaricə çəkildiyini təsdiqləyir.
3-cü analiz nəticəsi:
Babayeva Sona Əli qızı
27.07.1989
• Hemoqlobinin (Hb): 31 g/L (Həyatı təhlükə həddi)
• Eritrositlər (R BC): 0.9 × 10¹²/L
• Ürək döyüntüsü (Nəbiz): 135 vurğu/dəq ( Kompensator taxikardiya)
• Qeyd: Xəstə dərin koma vəziyyətindədir. Dəri həddən artıq solğundur.
4-cü analiz nəticəsi:
Babazadə Raul Mehman oğlu
14.06.2018
• Hemoqlobin (Hb): 28 g/L (Uşaqlar üçün ölümcül hədd)
• Eritrositlər (R BC): 0.8 × 10¹² /L
Qeyd: Orqanizimdəki ümumi qan kütləsinin böyük hissəsi itirilib. Təcili qan köçürülməsinə (transfuziya) baxmayaraq bədən qanı qəbul etməkdə çətinlik çəkir.
Bu... bu... dəhşətdir.
— Necə ola bilər? – deyə Rəşad pıçıldadı. Normalda kəskin anemiya və ya daxili qanaxma zamanı bədən müəyyən siqnallar verərdi. Lakin bu analizlərdə nə bir infeksiya izi, nə də hemoliz (qan hüceyrələrinin parçalanması) əlaməti var idi. Heç bir tibbi xəstəlik, hətda ən ağır xərçəng belə qanı bir neçə saat ərzində bu dərəcəə sıfıra endirə bilməz. Sanki qan bədəndən xaricə "çəkilib" sorulmuşdu.
Rəşad qələmini masaya qoyub ayağa qalxdı. Bakıda oturub sənədlərə baxmaqla heç bir cavab tapa bilməyəcəkdi. Yerindəcə xəstələri müalicə etməli idi. O qan nümunələrini özü götürməli idi.
Artıq iş saatı bitmişdi. Çantasını götürüb geyimini düzəltdi. İndi, dərhal Qusara yola düşməli idi. İtiriləcək tək bir dəqiqə belə yox idi. Samur qəsəbəsində nə baş verdiyini öz gözləri ilə görməli idi...
Bölüm etkileşimi
