Lənətli Məxluqlar kitap kapağı

10. bölüm / 9

Qaranlığın içinə addım

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 9Şu an: Qaranlığın içinə addım

16 oktyabr 2025

Eyni anlarda meşənin dərinliklərində, yanan maşının tapıldığı ərazidə həyəcan pik həddə idi. Polis əməkdaşları əraziyə sarı lentlər çəkir, dumanın içində cib fənərlərinin işığı ilə ətrafı ələkdən keçirirdilər. Avtomobildən geriyə yalnız kömürə dönmüş, qara karkas qalmışdı.

Murad yanmış maşının ətrafında fırlanıb diz çökdü. Əlcəkli əli ilə dumanlı havanın nəmləndiriyi torpağa toxundu. Sonra ayağa qalxıb gəldikləri izlərə – asfalt yoldan bura qədər sürülən təkər izlərinə sarı baxdı:
— Humay maşını bura gətirib yandıran şəxs izləri ört-basdır etməyə çalışıb, – deyə Murad alçaq səslə bildirdi. — Amma əsas sual başqadır: Leyla və Yasmin haradadır?
Humay cib fənərinin işığını yanmış maşının içinə və ətrafına tuşlayaraq qaşlarını çatdı:
— Yəni deyirsən, əvvəl maşında olub sonra burdan öz istəkləri ilə çıxıb getməyiblər?
— Böyük ehtimalla bəli... Əgər maşında olsaydılar, yanğından geriyə qalanlar arasında nəyisə hiss edərdik. Deməli, qızlar maşın bura sürülməzdən əvvəl – hələ asfalt yoldan ikən eniblər. Onlar bura heç gəlməyiblər.
Humay dumanlı meşənin dərinliklərinə doğru baxıb ürpəndi:
— Bəs , əgər öz istəkləri ilə maşından eniblərsə onda bəlkə kimdənsə kömək istəyiblər?
— Bax bunu dəqiqləşdirmək lazımdır, – deyə Murad qətiyyətlə dilləndi. — İndi qayıdaq asfalt yola. Qızların maşından endiyi ehtimal olunan ərazini və yolun hər iki tərəfini qarış-qarış axtarmalıyıq. Əgər kiminləsə qarşılaşıb kömək istəyiblərsə də yəqin ki, burdakı qəsəbədən biri olar.
— Onda gedək qəsəbə camaatını sorğulayaq – deyə Humay dedi.
— Yaxşı.
Murad baş müfəttiş ilə danışdı və ona qısa məzmun keçdi. Sonra Humay ilə birlikdə qəsəbəyə doğru yol aldılar.

♠

Bir qədər sonra artıq onlar Samur qəsəbəsində idilər. Qəsəbə meydanında maşını saxladılar və maşından endilər.
— Hə, indi hardan və kimdən başlayaq? – deyə Murad soruşdu.
— Orda qoca kişilər oturub, deyəsən çayxanadır. Ordan başlayaq. – deyə Humay danışdı.
— Yaxşı, ordan başlayaq.
Çayxanaya yaxınlaşdılar və içəri daxil oldular.
— Salam. – deyə Murad sözə başladı.
Hamı onu bir ağızdan salamladı.
— Burda itkin düşmüş iki gənc qız üçün burdayıq. Sizdən də soruşmağa gəlmişik ki, bəlkə içinizdən həmin gecə onları görən olub? – deyə Humay ilk sualı verdi.
— Qızlar nə vaxt itkin düşüb? – deyə çayxanada oturan bir kişi dedi:
— 12 oktyabr gecəsi – Murad dedi:
Çayxanadakı hər kəs həmin gecə onları görmədiklərini bildirdi.
— Amma bizim qəsəbə də Həsən kişi var. Onun evi qəsəbədən bir qədər uzaqda meşəyə yaxındır, bəlkə o nəsə görüb.
— O dəli nə görəcək e! – deyə bir başqası dilləndi.
— Bilmək olmaz bəlkə dəlidən doğru xəbər.
— Hardan gedə bilərik Həsən dayının evinə? – Murad soruşdu.
— Elə bu yuxarı yoldan çıxın düz gedin, yolun sonunda onun evidir.
— Oldu, çox sağ olun.
Humay və Murad çayxanadan çıxıb maşına əyləşdilər.
— Ümid edirəm bu Həsən kişi nəsə görmüş olar. – deyə Humay kədərlə bildirdi.
— Ümid edirəm.
Yol ilə düz getdilər və Həsən kişinin evinə gəldilər. Bu ev hündürdə idi və qəsəbəyə yuxarıdan baxa bilirdin.
Murad qapını döydü və ağ saçlı bir kişi qapını açdı.
— Buyurun?
— Salam, mən Murad Paşayev və həmkarım Humay İdrisova. Yəqin ki, eşitmisiniz. Burada iki tələbə qız itkin düşüb. Bizdə onunla əlaqədar olaraq burdayıq və qızları axtarırıq. Bizə dedilər ki, sizin ev meşəyə yaxındır bəlkə siz nəsə görmüsünüz.
— Yox, heç nə görməmişəm.
— 12 oktyabr gecəsində itkin düşüblər. Xatırlamağa çalışın bəlkə nəsə görmüsünüz. – deyə Humay həyəcanla dedi.
— 12 oktyabr gecəsi... O gecə normal gecələrə bənzəmirdi. Belə bir halın o gecə yaşanmağıda o qədər qəribə deyil.
— Necə yəni? – Murad maraqla soruşdu.
— Duman o gecə bura çox yoğun gəldi və günlərdir davam edir. İtlər hürür, quşlar qəribə uçurdu. Sanki bir fəlakətin gəlməyini xəbər edirdilər.
Murad və Humay bir-birinə baxdı. Bu kişi özüdə qəribə idi. Sanki ağlı özündə deyilmiş kimi hərəkət edirdi. Amma dedikləri heç də bir dəlinin cəfəngiyyatlarına bənzəmirdi.
— Bəs bunlardan başqa nəsə qəribə bir hal oldu?
— Yox, başqa heçnə olmadı. Məncə o qızlar da ölüblər. Neçə vaxtdır bu qəsəbədə ölüm adı hal alıb. Naməlum bir xəstəlik insanları öldürür. Onlar da ölüblər.
— Xəstəlik? Nə xəstəliyi? – deyə Humay soruşdu.
— Hə, xəstəlik. Öldürür, hər kəsi öldürür. Arvadımı da öldürdü. Mənə güvənən, mənim dəli olmadığıma inanan tək insanı da öldürdü. Öldürdü...
Sonra o qəfildən qapını çırpdı.
— Nə idi indi bu? – deyə Murad dedi.
— Bilmirəm, amma yazıq kişi kədərlidir.
— Qızları qaçıra bilən və ya bilənlər şüphəlisi kimi siyahıya daxil edək?
— Yox, məncə bu kişi deyil.
— Niyə? İnsanlar onun dəli olduğunu deyir. Bəlkə kriz anında nəsə edib?
— Xeyir o dəli deyil məncə. Görmürsən deyir ki, mənim dəli olmadığıma inanan tək insan o idi. – deyə Humay əminliklə dedi.
— Ona təsəlli olsun deyə elə deyib yəqin həyat yoldaşı. Hər kəsə bu qədər tez inanma. Bu qəsəbədə hamı hal hazırda şübhəli qismindədir.
— Elə bu xüsusiyyətimi sevmirəm də.
— Nəysə başın burax. İndi kimi sorğulayaq?
— Gedək yenə qəsəbəyə. Digər insanları sorğulayaq.

♠

Həmin vaxtlarda Elxan addımlarını yeyinləşdirib qəsəbənin kənarındakı qonaqlama yerinə doğru tələsirdi. Ürəyi köksündən çıxacaqmış kimi vururdu. Bakıdan detektivlərin gəlməsi və yandırdığı maşının bu qədər tez tapılması onun bərk panikaya salmışdı.

Artıq o Nəzakətin işlətdiyi qonaqlama yerinin qarşısında idi. Qapını vurmadan içəri adladı. Nəzakət masanın arxasında əyləşib nəyisə diqqətlə nəzərdən keçirirdi. Elxanı rəngi qaçmış halda içəri girdiyini görəndə qaşlarını çatdı:
— Nə olub, Elxan? Bu nə haldır? – deyə Nəzakət soyuq səslə soruşdu.
Elxan qapını arxadan bağlayıb səsini alçaldaraq təngənəfəs pıçıldadı:
— İşlər pisdir, Nəzakət! Bakıdan xüsusi detektivlər gəlib. Yandırdığım maşını da tapıblar... Bütün polis meşədədir! Qızların malikanəyə aparıldığını və onuda bizim etdiyimizi öyrənsələr, hər şey bərbad olacaq!

Nəzakətin gözlərində ani bir qəzəb qığılcımı çıxdı. Yavaşca ayağa qalxıb Elxana tərəf addımladı:
— Sənə izləri tamamilə itirməyi tapşırmışdım, sarsaq! Bir maşını belə gizlədə bilmədin?
— Mən neyləyim?! Maşını yamdırdım ki, barmaq izləri məhv olsun, amma bu detektivlər çox cəld tərpəndilər! – deyə Elxan özünə bəraət qazanmağa çalışdı.
— İndi nə edəcəyik?! Artıq onlar qızları öz ovuna çeviriblər. Əgər polislər malikanəyə yol tapsalar...
Nəzakət Elxanın sözünü kəsərək istehza ilə gülümsədi. Üzündəki qəzəb yerini qaranlıq bir özünəinama verdi:
— Qorxma. Biz sadəcə öz vəzifəmizi yerinə yetiririk – ağalarımıza xidmət edirik.O detektivlər nə qədər ağıllı olsalar da, qarşılaşacaqları qüvvənin nə olduğunu bilmirlər. Malikanəyə yaxınlaşsalar növbəti yem onlar olacaqlar.

Elxan maraqla soruşdu:
— Bəs polisləri necə yayındıracağıq?
— Polislər dumanın içində kor kimi gəzir. Biz sadəcə detektivlərin hər addımını izləməli və ağalarımıza xəbər çatdırmalıyıq. İndi get, özünü heç bir şey olmamış kimi apar. Sən bu qədər zəif deyilsən. Yavaş-yavaş axşam olur. Detektivlər qalmağa yer axtaracaqlar. Onları bura gətir. Gətir ki, onları yaxşı izləyə bilək.
— Oldu.
Elxan tam çıxan da ağlına bir şey gəldi və yenidən Nəzakətə üz tutdu:
— Hə başqa bir problem daha var.
— O nədir? – deyə Nəzakət bezmişliklə cavab verdi.
— Yolda bura gələndə qadınlardan eşitdim. Səhiyyə Nazirliyi bura yeni həkim göndərib. Bu qəsəbədəkilər demişkən naməlum xəstəliyə görə.
— Hamı bizə qarşıdır, başa düşdüm. Onunla özüm şəxsən məşğul olacam. Detektivlər bir yandan bu həkim bir yandan. Amma inanmıram bu tibbi bir faktor deyil ki, həkim bunu tapa bilə.
— İnsanlara hücum edib onların qanını içmələri tibbi faktor deyil?
— KƏS SƏSİNİ! Yerin də qulağı var. Axmaq-axmaq danışıb və ya hər hansı bir səhv etsən, onların qabağına birinci səni atacam. İndi get. Dediklərimi səhvsiz et. – deyə Nəzakət təhdid edici dilləndi:
— Yaxşı, getdim.

♠

Artıq yavaş-yavaş axşam olurdu. Digər qəsəbə camaatıda heç bir şey görməmişdi. Bu hadisədən polis maşınlarının sürətlə getdiyi vaxt xəbər tutmuşlardı.

Humay məyus halda dilləndi:
— İndi nə edək? Heç kim heç bir şey görməyib. Maşını görməsəm deyəcəm ki, bu qızlar bura heç gəlməyib.
— Sakit ol, məyus olma. Çalışırıq və onları tapacağıq.
— Yaxşı, özümü toplayacam.
— Artıq hava qaralır. Bizə qalmağa yer lazımdır. Görəsən burda otel və ya qonaqlama yeri var? – deyə Murad soruşdu.
— Turistlər bura çox gəlir, məncə olar. – deyə Humay danışdı.
— Yaxşı kimdənsə soruşub öyrənək.

O an Elxan onlara yaxınlaşdı və dedi:
— Salam, xoş gəlmisiniz?
— Xoş gördük, buyurun? – deyə Murad soruşdu.
— Bura gələn detektivlər sizsiniz?
— Bəli bizik. Qızlarla əlaqədar nəsə bilirsiniz? – deyə Humay cəld atıldı.
— Təəssüf ki yox. Hadisəni eşidib çox pis oldum. Çünki Qusar və insanları çox gözəldir. Burda belə bir hadisəni ilk dəfə eşidirəm ki, dincəlməyə gələn iki gənc qızın yanmış maşını tapılıb və özləri də itkin düşüb. Mənim əslində olanlardan xəbərim yox idi. Polis maşınları görüb qəsəbədəkilərdən soruşdum onlar dedi.
— Deyəsən burda xəbər tez yayılır? – deyə Murad maraqla dedi.
— Hə bizim qəsəbə elədir. Telefona ehtiyac yoxdur.
— Siz bizi neyləyirdiniz? – deyə Humay maraqla soruşdu.
— Hə, şey mən sizə deyəcəkdim ki, yəqin sizin qalmağa yeriniz yoxdur. Burda bizim Nəzakət xalanın qonaqlama yeri var. Orda qala bilərsiniz. Qiymətlər də münasibdir.

Murad Humaya baxıb soruşdu:
— Qalaq?
— Hə olar, mənim üçün problem yoxdur.
— Lap yaxşı, narahat olmayın biz qonaqlara çox yaxşı baxırıq. – deyə Elxan gülümsəyərək dedi.
— Şüphəmiz yoxdur. – Murad dilləndi.
— Onda gedək.
— Gedək.

Murad və Humay artıq ilanın yuvasına tərəf gedirdilər...

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

28okunma 1beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…