21. bölüm · Zodiakın keşikçiləri
XX. Bölüm.
15 gün sonra.
Eleryadan;
Həyat çox qəribə idi. Sabah nolacağını bilməyərək, necə olacağını bilməyərək yaşayırdıq. Həyatın əsl mənası bu idi zatən; Sabahanı düşünmədən bugününü yaşamalı idi insan. Amma bəzən sabahıda düşünmək lazım gəlirdi. Çoxu insan sabahı düşünür, bugününü necə yaşayacağını unudurdu. Məndə bir zamanlar elə idim. Yaşadıqlarımı deyildə yaşayacaqlarımı düşünərək dəvam edirdim. Amma indi baxırdım ki, buraya gəldiyimdən mən sabah nolacağını düşünməmişəm. Sadəcə bugünümü yaşayırdım.
Qəribə gəlirdi bu bir aralar. Gələcəyi düşünməmək.. Qorxmamaq.. Hər anı doya doya yaşamaq.. çox qəribə olsa da gözəl idi bu. Bir iki ayda çox şey dəyişmişdi. Zodariaya gəldiyimiz artıq iki ay olacaqdı. Buraya öyrəşməyimiz, bu insanlara öyrəşməyimiz asand olmuşdu. Biraz da qəribə.
Amma bunu sorğulamırdım çünki burada keçirtdiyim anları heç nəyə dəyişməzdim. Ən gözəl anlarımı bəzəyən o adam. Həyatıma uşaqlığımdan daxil olmuşdu. Araya ayrılıq girsə də aramızdaki bağ qopmamışdı, əksinə daha da güclənmişdi. Bu çox gözəl idi. Onu çox sevirdim.
Ayılmağımın üstündən düz on beş gün keçmişdi. Bu on beş gündə çox şey olmuşdu. Samelgil buraya yerləşmişdilər, Daryon özünə gəlmişdi. Aurian isə artıq məni bağışlamışdı. Uzatmayacaqdı onsuzda bunu bilirdim. Amma Lumir ilə araları hələ də düzəlməmişdi. Lumirin Auriana gərçekləri danışdığını demişdi Aurian. Amma gərçekləri danışsa da onu bağışlaya bilmədiyini deyirdi. Amma bilirdim yavaş yavaş bağışlayacaqdı onu da. Onsuz da insan nə qədər vaxt sevdiyinə küsülü qala bilərdi ki? Oda qalmayacaq və barışacaqdılar. Bunun üçün əlimdən gələni edəcəm.
Bu on beş gündə heç bir zaman Eryas məni tək qoymamışdı. İlk günlər çətin yeriyirdim amma sonra sonra onun köməyi ilə düzəlməyi bacarmışdım. Ona minnətdar idim.
İndi isə yeməkxana da o böyük masada oturmuş yemək yeyirdik. Başda Eryas, sağ tərəfində mən, sol tərəfində hər zaman ki kimi Daryon vardı. Daryon həmişə orada otururdu. Səbəbini soruşduğumda isə Eryas mənə; " o mənim qardaşımdır, sağ tərəf sənin, sol tərəf onun yeridir." Demişdi.
Aralarında qəribə bir bağ vardı. Qəribə deyildi əslində. Qardaş və ya ailə olmaq üçün eyni qandan eyni candan olmağa ehtiyac yox idi. Onlar, bunu bacarmışdılar.
Eryas ortada olan çörəklərdən və digər yeməklərdən boş qabıma doldurdu yenidən. Ofuldayaraq ona baxdım. " Ee Eryas bəsdi də. Nə qədər yeyəcəm axı!" Masadan bir ballı çörək daha alaraq qaba qoydu. " Qoyma çox olur!"
" Az danış ulduzun qızı. Hamısını yeyəcəksən."
Üzümü turşutdum. " Homosono yoyocokson!" Deyə ağzını əydim.
Güldü. " Nç. Ayıbdı. Adam heç sevgilisinin ağzını əyər?"
" Əsəblərini pozursa əlbəttə əyər!"
" Başa düşmürəm e nə sevgilisi? Mən hələ də sizin sevgili olduğunuzu qəbullanmamışam." Dedi Samel. Gəldiyindən bəri Eryas ilə məni qısqanırdı. Az qalsın, mənimlə eyni otaqda qalacaqdı Eryas ilə qalmayım deyə. Yaxşı ki Arel vardı da ağılsıza ağıl verirdi.
" Qəbullansanda qəbullanmasanda biz sevgiliyik. Hələ bəlkə bir aya toyda oldu." İçdiyim su boğazımda qaldığında öskürməyə başladım. Nə demişdi o? Toy?
Eryas gülərək yavaçca belimdən vurdu.
" Hamısı sənin hamısı sənin."
Boğazımı təmizləyərək ona döndüm. " Nə toyu Eryas?"
" Gəlin və bəy toyu gözəlim. Səninlə mənim toyumuz. Nədi yoxsa evlənmək istəmirsən?" Nə əlaqə axı?
" Yox e. Yəni hələ tez deyil?"
Güldü. " Zarafat edirəm gözəlim. Hər şeyin zamanı var əlbət." Gözlərini qısaraq Samelə baxdı. " Səndə qəbullan artıq. Bacın mənimdi." Ay birdə nöqtə deməsə yaxşıdı.
" Nöqtə. Fso."
Özümü tuta bilməyərək qəh-qəhə çəkdim.
" Ciddisən Eryas? Nöqtə nədi?"
Göz ucu mənə baxdı. " Durğu işarəsi həyatım."
" Ya səbr.. Ya səbr.." dediyini eşitdim Samelin.
Eryas gözlərini qısdı. " Hə, bax məndə hər zaman onu deyirəm. Səndə öyrəşməlisən o sözə."
Samel Arelə baxdı. " Zatən öyrəşmişəm!" Güldüm. Ya hər şey açıq aşkar görünürdü, yada mən başa düşürdüm.
" Nə var e! Mən səni səbr çəkməyə məcbur edirəm?" Dedi Arel.
Samel boğazını təmizlədi. " Mən elə bir şey demədim. Sadəcə deyirəm ki siz əkizlər sayəsində səbr çəkməyə öyrəşmişəm yoxsa başqa heçnə demirəm."
Korin dodaqlarını büzərək Samelə baxdı.
" Elə oldu dostum? Yaxşı."
" Ay zibil sən bir dəqiqə saxla da!" Dedi Samel əsəbləşərək. Bunlar hər gün dava edirdilər. Amma iş bir-birlərini qorumağa gəldiyində davanı unudur bir birinin arxasında dururdular. Əsl dostluq və ailə belə idi.
Onlara qulaq asaraq yeməyimə dəvam etdim. Eryas çörəkləri yediyimi gördüyündə yenidən qaba bir çörək qoydu. Ya səbr. Ya səbr.
Yumruqlarımı sıxaraq Eryasa baxdım.
" Eryas!"
Heçnə olmamış kimi mənə baxdı. " Haycan gözəlim?" Qıcıq!
" Bəsdi də qoyma artıq! Yeyə bilməyəcəm bu qədər şeyi!"
" Yeyərsən yeyərsən."
" Həə. Yeyim kökəlim və səndə başqa qızları sev."
Qəh-qəhə çəkdi. " Yox daha nələr! Mən səni hər halınla sevirəm ulduzum. Həm kökəlsən belə çox şirin olarsan." Yanağımı tutaraq dartdı.
" Eləmə elə demişəm!"
Güldü. " Amma yanaqlarını sevirəm nə edim?"
" Öp səndə. Niyə dartırsan!"
Eryas ilə öncə yemək masasına baxdı. Hər kəsin başı yanındakına qarışmışdı. Tez bir şəkildə mənə tərəf dönərək dartdığı yanağımı öpdü. Gözlərim böyüdü. Ciddi deyildim ki mən!
" Mədəniyyətsiz tərbiyəsiz!"
" Ye ye."
Eryas ilə atışdığımızda qarşımda bir qadın göründü. Masanın yanında durdu. " Elerya necəsən?" Dedi Zeyna ağılsızı. Hər xoş anı pozmalı idi də bu!
" Yaxşıyam." Deyərək ona baxmamağa çalışdım.
" Artıq ayağa da qalxmısan. Halaldı. Axır ki qalxdın." Yaxşı bundan sənə nə axı? Ayağa qalxmağıma sevinmiş deyildə ən çox qıcıq olmuşdu sanki. Nə sankisi? Az qaldı əsəbdən partlasın.
" Təşəkkürlər Eryas sağolsun yanımda oldu hər zaman." Bizim sevgili olduğumuzu bilmirdi bu? Öyrənərdi o zaman. Eryas gülümsəyərək əlimi tutaraq öpdü. Samel xaiş edirəm sakit qal.
Gülərək Eryasa döndü Zeyna. " Həə. Eryas elədi də. Ehtiyacı olanın hər zaman yanında olur."
Eryas ona heç baxmayaraq mənə baxmağa dəvam etdi. " Ehtiyacı olanın deyil, Eleryanın hər zaman yanında oluram." İndi gedə bilərsən Zeyna. Get.
Zeyna pərt olduğunu bildirmədən gülümsədi. " Aa niyə elə deyirsən? Keçən il qışda qızdırmadan yandığım zamanlar ancaq yanımda sən olmurdun?" Qaşlarımı çataraq Eryasa baxdım.
" Elə şey olmayıb. Düzdü sən qızdırmadan yanırdın amma Eryas sənin yanında deyildi. Eleryanın yanında idi yenə." Dedi Daryon.
" Hə." Deyə təsdiqlədi Lucian. Gülümsəyərək Daryon və Luciana baxdım. Daryon mənə göz qırpdı. İşini bilirdi bu uşaq.
" Hə onda mən səhv xatırlayıram demək ki."
" Artıq gedə bilərsən Zeyna? Sevgilimlə yemək yemək istəyirəm." Dedi Eryas. Hələ də Zeynaya dönməmişdi. Onun yaşıl gözlərini görməli deyildi Zeyna.
Zeynaya baxdım. " Zəhmət olmasa."
Zeyna mənə göz süzdürərək masadan ayrıldı. Elə bu? Bu qədər idi onun havası? Başımı iki yana salladım. Əl çəkməliydi Eryasdan.
" Dəvam et yeməyinə ulduzum. Boş insanlara fikir vermə." Gülümsədim.
Üstündən beş on dəqiqə keçmişdi ki, yeməkxanaya digər keşikçilərdən biri gəldi. Eryasın qarşısında duraraq ilk öncə salam verdi. Eryas ona qarşılıq olaraq başını salladı. Karizma karizma.
Sus.
" Nuş olsun başçım."
" Sağol. Nolmuşdu?"
" Başçım şir bürcündən bir qadının halı yaxşı deyil. Siar ona baxıb dedi ki Seraphin çiçəyi lazımdır. Bilirsiniz ki, o çiçək asand tapılmır. Aldren başçı sizdən birilərinin getməyini dedi. Onu deməyə gəlmişdim."
Başını salladı. " Bizdən kim gedə bilər?" Masada oturanlara baxdı.
" Marsiyl ilə Terragon gedəcək başçım. Yerlərini bilirlər." Dedi Aurian gələrək.
Eryas başını salladı. " Yaxşı onda." Keşikçiyə döndü. " Balıq bürcünün ruhu Marsiyl ilə Oğlaq bürcünün ruhu gedəcək. Bir iki saata gətirərlər."
" Yaxşı başçım çox sağolun."
Aurian yanıma gələrək boynuma sarıldı.
" Necəsən ulduz?"
Gülərək qollarımı ona doladım. " Yaxşıyam asi sən necəsən?"
" Yaxşıyam." Başımdan öpərək uzaqlaşdı.
" Bir birimizin ruhlarını görməmək çox pis bir şeydi. İndi Elerya Aurian ilə qucaqlaşdı biz sadəcə Eleryanı görürük. Haqsızlıqdı bu." Dedi Daryon.
Nivera yanında oturan Daryona döndü.
" Haqsız olan heçnə yoxdu Daryon. Olması olan budu. Həm sənin dünyandı bura. Öyrəşmiş olmalı deyilsən?"
" Siz gələnə qədər heç bir ruhun başçısını qucaqladığını görməmişəm."
Qəh-qəhə çəkdim. " Nə gözəl. İlk olmuşuq da. Pisdi ki bu?"
Daryon güldü. " Yox. Amma dəli olmağa səbəbdir."
Lucian Daryona baxaraq gözlərini qısdı.
" Çoxda ağıllı olduğunu düşünmürəm zatən. Dəli olmarsan qorxma."
" Sən qabağına bax ağılsız oğlaq."
" Klassik xərçəng. Cavab verməsə olmur."
" Olmur təbii ki!"
Veyra ilə Nivera da onlara baxıb gülürdü. Bu iki qızı ancaq onlar normal güldürə bilirdi. Məni isə Eryas..
~~~~~~~
Marsiyl ilə Teraggon akademiyadan çıxaraq meşəyə doğru yol almağa başlamışdılar. Seraphin çiçəyi meşənin ən dərinində olan bir mağarada idi. Və o çiçəyi bəzi məxluqlar qoruyurdu. Çiçəyi almaq onlar üçün çətin ola bilərdi.
" Çiçəyi necə götürəcəyimizi planlamısan?" Deyə soruşdu Terragon. Nə zaman bir missiyaya qatılasalar, planı Marsiyl edirdi, Terragon isə onu yerinə yetirirdi.
" Yox. Orda olanda baxacağıq. Çünki bu çiçəyi o məxluqların əlindən almaq çətin olacaq."
Terragon gözlərini qısdı. " Sənin üçün bu həyatda çətin bir şey var?"
Marsiyl gülərək gözlərini süzdürdü. " Niyə olmasın axı? İki həyat yaşamaq bilirsən necə çətindi."
Terragon üzünü turşudaraq önünə döndü.
" İki həyatmış. Sənə hava xoş nəticə də."
Marsiyl qəh-qəhə çəkdi. " Niyə elə deyirsən e?" Çiyni ilə Terragonun çiyninə vurdu.
" Qorxursan məndən ötrü?"
" Yox. Öz axmaqlığının cəzasını çəkəcəksən zamanı gəldiyində. Mən niyə qorxum sən qorx."
" Uzatma axmaq özünsən. Nə sən qorx nə mən. Fso."
Terragon əsəblə olduğu yerdə dayandı.
" Mənə bax Mars!"
Marsiyl da onun kimi dayanaraq sərtcə ona döndü. " Mars nədi?!"
" Mars bilmirsən nədi?"
" Bilirəm. Amma mənim adım Mars deyil Marsiyldı!"
" Ola bilər!"
Marsiyl bir addım arxaya gedərək Terragonu süzdü. " Sənə nə olub e bugün? Gecə yata bilməmisən?"
Terragon dərin nəfəs alaraq özünü toparladı. Qorxduğu şey başına gəlmişdi və nə edəcəyini bilmirdi. Necə davranacağını da bilmirdi. Əlini saçına ataraq arxaya doğru daradı.
" Heçnə olmayıb Marsiyl. Yatmışam gecə."
Marsiyl qaşlarını çataraq əllərini belinə qoydu. " Nəsə olub amma nəysə."Terragon ona baxdıqdan sonra yola dəvam etməyə başladı. " Kaş olmasaydı." Deyə pıçıldadı.
Marsiyl Terragonun yanına gələrək ona yaxınlaşdı. " Anlamadım nə?"
" Marsiyl çəkil heçnə." Terragon gözlərini qaçırtdı.
Yarım saat sonra.
Artıq Marsiyl ilə Terragon mağaranın qarşısında durmuş ora necə girəcəklərini düşünürdülər. İçəri də olan məxluqlar onları zəhərləyərək öldürə bilərdi ruh olsalar belə.
" İndi nə edəcəyik? Düşündün Marsiyl?" Marsiyl çatıq qaşlarla mağaranın girişinə baxırdı. Necə girə bilərdilər? Girdikləri anda o balaca məxluqlar üstlərinə cumacaqdı.
" Qalxan ilə girə bilərik bəlkə?" Dedi.
" Sən ağıllısan Marsiyl? Onlara qalxan təsir etmir. Bunu bilmirsən?" Bilirdi.
Sərtcə nəfəsini verdi Marsiyl. " Ağlıma ilk bu gəldi də! Bir dəqiqə dayan səbrli ol."
" Axşama qədər götürməliyik o çiçəyi Marsiyl. Bu məxluqların anası atası gəlsə biz burdan sağ çıxmarıq." Marsiyl əlini alnına qoyaraq gözlərini yumdu.
" Bir şey deyəcəm bu məxluqlar yemək yeyirlər hə?"
Terragon başını salladı. " Yəni yeməsələr biz burda beş saat düşünmərik."
Marsiyl əsəbləşərək Terragona yaxınlaşdı. Yaxasından tutaraq özünə çəkdi. " Mənə bax tpoy! Əsəblərimlə oynamaq yerinə bir şey düşün! Çox danışırsan və bu məni əsəbləşdirir!" Terragon gülərək Marsiylin əlindən tutdu və yaxasından uzaqlaşdırdı.
" Sakit ol Mars. Nə dedim ki mən. Biraz daha qışqırmağa dəvam etsən çölə çıxacaq onlar." Marsiyl ondan uzaqlaşdı.
" Səninlə sonra görüşəcəyik axmaq."
Terragon güldü. " Gözləyirəm."
" Bu məxluqların ən sevdiyi yeməyi tapmalıyıq. O zaman başları qarışar və çiçəyi götürə bilərik." Dedi Terragon.
Marsiyl mağaraya yaxınlaşdı. " Onların ən sevdiyi yemək biz ruhlarıq Terragon." Sonra isə yavaşça Terragona baxdı. Terragon onun nə edəcəyini anlamışdı.
" Yox!"
Marsiyl gülərək çiynini çəkdi. " Mən onların başını qatacam, arxadan dolanıb o çiçəyi götür. Az vaxtın olacaq çünki hər an ortadan yox ola bilərəm."
Terragon Marsiylə yaxınlaşaraq qolundan tutdu. " Olmaz! Hər cür risklidi sənin üçün!"
" Heçnə riskli deyil! Hər şey sənin əlindədi. Tez olsan qurtulacam," güldü. " Yəni geciksəndə qurtulacam amma qorxan sənsən."
" Marsiyl axmaqlıq etmə. Mən onların başını qatacam sən çiçəyi götürəcəksən."
Marsiyl sərtcə qolunu Terragondan çəkdi.
" Başını qatdıqdan sonra necə qaçacaqsan?! Mən qaça biləcəm də!" Terragon başını iki yana salladı. Marsiyl gözlərini qısdı. " Get mağaranın arxasına. Bilirsən ki dediyimi edəcəm qarşı çıxma boşuna."
Terragon deyinərək mağaranın arxasına getməyə başladı. " Hay inadının mən a! Sənə bir şey olsun o zaman görəcəksən!"
" Olmayacaq!"
" Olmasın da.." dedi öz özünə. Marsiyl yenə anlamamışdı nə dediyini. Qısıq səslə danışır, Marsiyl soruşduğunda cavab vermirdi. Nə danışırdı öz özünə? Söyürdü?
Terragon getdikdən sonra Marsiyl mağaraya yaxınlaşdı yenidən. Dərin nəfəs aldıqdan sonra yavaş-yavaş mağaraya girməyə başladı. Qaranlıq mağaranı aydınladan tək şey Seraphin çiçəyi idi. Ortada durmuş, ətrafında da bir pişik ilə eyni boyda beş məxluq dururdu. Rəngləri qara, gözlərini qırmızı idi. İkisi qabaqda biri arxada üç ayaqları vardı. Marsiyl üzünü turşutdu onları gördüyündə. Ağzılarından hər zaman sarı bir mayə axardı.
Marsiyl boğazını təmizlədiyində məxluqlar ona tərəf döndü. Marsiyl bir addım geri getmək istədiyin də mağaranın arxasında ki qapıya baxdı. Terragon orada durmuşdu. Marsiyl Terragona başını sallayaraq məxluqlara döndü.
" Sənin burada nə işin var ruh?" Dedi məxluqlardan biri pıçıltı şəklində.
Marsiyl dik duraraq qorxmadığını göstərməyə çalışdı." Sizi görməyə gəlmişəm kiçik şey." Məxluqlar Marsiylə yaxınlaşdıqca Marsiyl arxaya doğru addımlayırdı.
" Görməyə gəlmisən?"
Marsiyl başını salladı. " Həm sizin adınız yoxdur? Mən sizə hər zaman məxluq deyirəm." Bu onları daha da əsəbləşdirmişdi.
" Thraxis! Adımız Thraxisdir axmaq!"
Marsiyl mağaranın çıxışına yaxınlaşdıqda Terragon tələsik içəri girdi. Tez olmalı idi. Çiçəyə yaxınlaşdı. Kökündən tutaraq dartmaq istədiyi zaman əlinə tok vurdu.
" Zibil!" Thraxislərdən biri ona tərəf döndü. İndi onu da görüşdülər.
" Hey! O çiçəyə toxunma!" Thraxis Terragona qaçacağı zaman Marsiyl gücü ilə onu yıxdırdı. Thraxisə zərər gəlməsə belə zəifləmişdi. Digərləri Marsiylin üstünə atladı. Marsiyl qaçaraq mağaradan çıxdı.
" Tez ol Terragon!" Thraxislərdən üçü Marsiylin arxasınca qaçanda digər ikisi Terragona yaxınlaşırdı.
" O çiçəyə toxunma ruh. Onsuz da buraya gəldiyin üçün təhlükədəsiniz. Bunu daha çox artırma." Terragonun dodaqları qıvrıldı. Yenidən çiçəyə yaxınlaşaraq əlini tok vurmasına baxmayaraq çiçəyi sərt şəkildə dartdı.
" O çiçəyə toxundum və aldım da!" Deyərək oda mağaranın çıxışına doğru qaçmağa başladı. Çölə çıxdığında nə Thraxislər vardı nə də Marsiyl. " Marsiyl! Hardasan!"
Meşənin ortasından Marsiyl gəldi qaçaraq.
" Gəl gedək tez gələcək indi anaları!" Qaçacaqları zaman Thraxislərdən biri Terragonun qoluna atladı və onu dişləməyə başladı. Terragon onu qolundan çəkməyə çalışsa da məxluq qoluna yapışmışdı.
" Marsiyl zəhərlənirəm.." Terragon dizlərinin üstünə çökdü. O anda bir şey oldu və Marsiylin gözlərinin rəngi qırmızıya döndü. İndi onunda göz rəngi məxluqların gözləri ilə eyni rəng idi. Marsiyl əlində güc yaradaraq Thraxisə tərəf tutdu. Bu güc Thraxisi əridirdi.
" Marsiyl eləmə! Anası hiss edir yaxınlaşır!"
" Ölürsən tpoy kəs səsini!"
Marsiyl bir dəqiqənin içində Terragonun qolundaki Thraxisi əritdi. Digərləri də gəlirdi. Terragonun qolundan tutaraq ayağa qaldırdı. " Dözməlidən Terragon. Biraz döz xaiş edirəm," Terragonun yaralı olmayan qolunun altına girdi. Çiçəyi əlindən alaraq çantasına yerləşdirdi. Terragon dərin nəfəslər alır, yeriməyə çalışırdı.
" Biraz tez yeriməyə çalış Terragon. Gəlirlər." Terragon imtina edərək olduğu yerdə dayandı.
" Sən get. Əsas çiçək idi və onu da aldıq. Belə getsə səndə öləcəksən məni qoy və çiçəyi apar." Marsiyl sərtcə Terragonun qolundan tutaraq yenidən əvvəlki mövqelərinə qayıtdı.
" Kəs səsini! Bir yerdə gəldik bir yerdə gedəcəyik!"
" Bunların zəhərləri öldürücüdü axmaq! Halım qurtarır, birazdan yıxılacam yerə."
" Yıxılacaqsan mən qaldıracam səni. Az danış." Oradan uzaqlaşaraq bir ağacın altına oturdular.
" Marsiyl getməlisən güvənli deyil bura." Marsiyl ikinci dəfə Terragonun yaxasından tutdu.
Dişlərini sıxaraq" Terragon. Səbrimi sınama. Səni burada mən öldürəcəm. Səbrimi sınama." Dedi.
Terragon yorğunca güldü. " Ölümüm sənin əlindən olacaqsa razıyam əsəbi qız."
Marsiyl üzünü turşutdu. " Ölüm ayağında olarkən birdə eşq etirafı et də tam olsun."
" Qəbul eləsən niyə etməyim?" Marsiyl dayanaraq Terragona baxdı. Həqiqətən axmaq idi bu ruh!
Marsiyl gözlərini yumaraq başını iki yana salladı. " Çox danışırsan kəs səsini."
Terragon başını sağa əydi. " Xoşun gəlmir mən belə danışanda?" Marsiyl cavab verməyərək sol əlini Terragonun yarasına basdı. Terragonun gözlərini böyüdü.
" Nə edirsən?! Olmaz düşündüyümü edə bilmərsən! Marsiyl!" Marsiyl ona qulaq asmayaraq qolundaki zəhəri özünə çəkməyə başladı. Gözləri yenidən qırmızı olmuşdu. " Marsiyl!"
Marsiyl Terragona yaxınlaşaraq əli ilə ağzını tutdu. " Sus axmaq. Biraz daha qışqırmağa dəvam etsən onlar gələcək."
Terragon başını iki yana salladı. Nə isə danışırdı amma Marsiyl onun ağzını tutduğu üçün başa düşülmürdü. Terragon susaraq Marsiylin gözlərinə baxdı. Artıq Terragon düzəlmiş, Marsiyl yorğunca baxmağa başlamışdı. Marsiyl əlini Terragondan çəksə də, ondan uzaqlaşmamışdı.
" Yaxşısan?" Deyə pıçıldadı.
" Mən yaxşıyam amma sən indi qan qusacaqsan!" Marsiyl dayanamayaraq alnını Terragonun alnına yasladı. Dərin nəfəslər alaraq özünə gəlməyə çalışırdı. Terragon isə sadəcə Marsiylin nəfəsi ilə özünə gəlmək istəyirdi.
Biraz sonra Terragonun qolundaki yara düzəlmişdi. Marsiyl Terragondan uzaqlaşaraq yerə qan qusmağa başladı. Ondan aldığı zəhəri indi qusurdu. Terragon Marsiylin yanına gələrək saçlarını tutdu.
" Hər zaman bu axmaqlıqlarının cəzasını çəkməlisən də." Marsiyl qusduqdan sonra Terragona baxdı.
" Səni qurtardım belə təşəkkür edəcəksən?" Terragon dilini damağını vurdu. " Nç." Əyilərək Marsiyli qucağına aldı. Marsiyl qarşı çıxmaq istəsə də, bunu etmədi. Qollarını Terragonun boynuna doladı.
" Belə təşəkkür edəcəm." Terragon xəfifcə dodaqlarını Marsiylin alnına toxundurdu.
" Təşəkkürlər gözəlim." Qulağına əyildi.
" Qarşılığında sənə sadəcə sevgimi verə bilərəm birdə canımı. Amma bir şey istəyirsənsə de edim." Deyə pıçıldadı.
Marsiyl gülümsədi. " Sadəcə məni akademiyaya apar görünməz keşikçi. Sonrasına baxarıq."
Terragon güldü. " Baş üstə başçım."
~~~~
2 saat sonra.
Akademiyanın ortasında əllərini belinə qoymuş şəkildə Eloveni gözləyirdi Lorien. Ox atmağa gedəcəkdilər ancaq Eloven gəlmək bilmirdi. Lorien olduğu yerdə bir irəli bir geri gedərək ofuldadı. Pilləkənlərdən addım səsləri gəldiyində başını qaldırdı.
Əllərini yana qaldırdı. " Axır ki gözəlim. Hardasan iki saatdı gözləyirəm səni,"
Eloven gülərək Lorienin yanına gəldi.
" Hazırlaşırdım da, beş dəqiqə gözlədin nolacaq?"
Lorien gözlərini qısdı. " Beş dəqiqə beş ilmiş kimi gəldi. Gəl gedək artıq." Eloven başını salladı.
Akademiyadan çıxaraq ox atılan yerə gəldilər. Ətrafda cürbəcür hədəflər vardı. Hamısı böyükdən kiçiyə şəkildə düzülmüşdü. Lorien yayların olduğu tərəfə gedərək iki yay və iki ox çantasını alaraq Elovenin yanında durdu.
" Gəl görək gözəl. Ümid edirəm öyrəndiklərimi yaxşı qavramısan?"
Eloven çiynini çəkərən ox və yayı aldı.
" Görəcəyik yaraşıqlı." Lorien boğazını təmizləyərək kənara çəkildi.
" At baxaq." Eloven oxu yaya taxaraq orta boyda olan hədəfə nişan aldı.
" Belini dik tut." Eloven onun dediyini edərək belini düzəltdi. Dərin nəfəs alaraq nişan aldığı hədəfə oxu atdı. Ox hədəfdə qırmızı yerə düşdü.
Lorien başını salladı. " Yaxşıdı amma bununla kifayətlənməyəcək, daha yaxşısına çalışacaqsan."
" Sanki müəllimimsən Lorien." Lorien gülərək oda oxunu yaya taxdı. Yayı dartaraq hədəfə nişan aldı və oxu atdı. Ox hədəfin tam ortasına sarı yerə düşmüşdü.
" Müəllimin sayılıram gözəlim." Eloven Lorienin yanına gəldi. Qollarını arxasında bağlayaraq gülümsədi. Lorien qaşlarını çataraq ona tərəf əyildi. " Nəysə istəyirsən gözəl?"
Elovenin gülüşü böyüdü. " Artıq məndə ox ata bilirəm gördüyün kimi," Lorien başını sallayaraq təsdiqləyən bir səs çıxartdı. " O zaman məndə missiyalara qatıla bilərəm də artıq hə?"
Lorien geri çəkilərək dik durdu və dilini damağına vurdu. " Nç. Olmaz hələ sənə."
Eloven ayağını yerə vurdu. " E niyə e! Bilirəm də ox atmağı da məndə istəyirəmm,"
" Olmaz dedim Eloven. Hələ tezdi sənə."
Eloven qollarını sinəsində bağlayaraq dodaqlarını büzdü. " Bəs mən nə zaman həqiqətən bir keşikçi olacam?"
Lorien onun bu halına güldü. " Sən zatən bir keşikçisən gözəlim. Amma bu missiyalara qatılacaqsan demək deyil." Xəfifcə Elovenin burnunu dartdı. " Gəl yenə at."
Eloven çiynini çəkdi. " Atmayacam."
Lorien ona yaxınlaşaraq yenidən ona tərəf əyildi. Eloven ona baxmadığında Lorien çənəsindən tutaraq onu özünə çevirdi.
" Naz edirsən yoxsa mənə elə gəlir?"
Eloven sərt şəkildə ona baxdı. " Naz etmirəm mən! Get özün ox at mən atmayacam."
Lorien gülərək Elovenin yanağından öpdü.
" Nazına qurban gözəlim. Mən sənin üçün deyirəm hər şeyi. Zamanı gəldiyində səndə missiyalara qatılacaqsan," deyə pıçıldayaraq qulağının altından öpdü bir dəfə daha. " Amma indi sadəcə dərslərə qatılaraq mənimlə çalışmalısan. Yaxşı?" Elovenin yanaqları qızarmışdı Lorienin bu hərəkəti qarşısında. Heçnə deməyərək başını salladı. Lorien güldü.
" Siz nə edirsiniz burda?" Deyə Lucian çıxa gəldi. Lorien ofuldayaraq Elovenin qarşısından çəkildi.
" Ox atırıq Lucian."
Lucian çatıq qaşlarla onların yanına gəldi.
" Mən gələndə ox atmırdın bacımı öpürdün." Dedi sərt şəkildə.
Eloven təlaşlansa da, Lorien bir qədər rahat idi. Çiynini çəkdi. " Ola bilər. Sevgilimi öpə bilmərəm?" Eloven dodağını dişləyərək Lorienin qolunu sıxdı. Sus.. Lucian gözlərini yumaraq sakit qalmağa çalışdı.
" Mən sənə deməmişdim bacımın ətrafında dolanma?"
" Məndə sənə demişdim ki bacını sevirəm və ondan əl çəkməyəcəm."
" Dəvamında da nə olduğunu çox yaxşı bilirsən Lorien!"
" N-nə olmuşdu?" Dedi Eloven.
Lucian gözlərini qısaraq ona döndü.
" Yumruğu yemişdi nə olacaq!" Lorienə yaxınlaşdı. " İkincini də istəyir deyəsən?"
Eloven tez onların arasına girdi. " Yox, yox. Danışır da." Lorienə döndü. " Sus da səndə!"
" Yalandı gözəlim? Biz sevgili deyilik?"
" Eloven çəkil!"
Bu zaman Veyra gəldi. Tam vaxtında gəlmişdi. Qaşları çatıq şəkildə Lucianın yanında durdu. " Nə olub Lucian?"
Eloven rahat bir nəfəs alaraq Veyraya döndü. " Al apar bu qardaşımı burdan." Veyra Luciana baxdı. " Lucian?"
Lucian tərs tərs Lorienə baxırdı. Özünü toparlayaraq Veyraya döndü. İndi sərt baxan gözləri Veyraya baxdğında yumuşalmışdı.
" Heçnə olmayıb. Bu mənim bacımı öpdü məndə əsəbləşdim."
Lorien gözlərini süzdürdü. " Sevgilimi öpməyib normaldı."
" Sevgilin? Siz sevgilisiz?" Dedi Veyra çaşqınlıqla. Eloven varla yox arası başını salladı.
" Hə sevgiliyik. Və nədənsə bu Lucian qəbul etmək istəmir."
" Ala hansı qardaş bacısının sevgilisini qəbul edər!" Deyərək yenidən ona yaxınlaşdı. Veyra Lucianın qolundan tutaraq önünə keçdi.
" Lucian gəl biz gedək. Akademiyada hazırlıq vardı. Elerya Samelin ad gününü keçirtmək istəyir."
Lucian ona döndü. " Samelin ad günü keçməyib?"
" Keçib. Lumir ilə eyni gün imiş. Həm Lumirin həm də Samelin ad gününü keçirtmək istədiyini deyib. Gəl bizdə gedək kömək etməyə."
Lucian ofuldadı. " Səndə gəl Eloven."
" Yox. Biz hələ ox atırıq, dərs bitməyib." Dedi Lorien.
" Bitdi. Bəsdi bugünlük bu qədər." Eloven dodaqlarını bir-birinə basdıraraq Luciana baxdı məsum məsum. Lucian qaşlarını çatdı.
" Nə var? Gəl."
Eloven Lucianın yanına gələrək qarşısında durdu. " İcazə ver biraz daha,"
" Yox."
Veyra boğazını təmizlədi. " Lucian."
Lucian Veyraya baxdı. Sonra isə Elovenə döndü. " Bir saata gələcəksən." Eloven gülərək əllərini bir-birinə vurdu və güldü. Lucian ilə Veyra gedəcəyi zaman Lucian Lorienə baxaraq Veyranı göstərdi və yavaşça " Dua elə." Dedi. Lorienin dodaqları qıvrıldı.
Lucian ilə Veyra getdikdən sonra Eloven Lorienə döndü. " Ağılsız! Nə qızışdırırsan e qardaşımı! Dinc dura bilmirsən?"
" Mən nə etdim e? Qardaşın artıq qəbul etməlidi."
" Edər də zamanla."
Lorien Eloveni özünə çəkərək ona sarıldı.
" Etməlidi də. Sən mənimsən başqa açıqlaması ola bilməz." Eloven gülərək qollarını Lorienə doladı. Onların sevgisi də belə idi. Qarşılarına hər nə qədər maneələr çıxsa da yenidən bir birlərinə çəkilirdilər. Amma ikisinin də həm bilib həm də bilmədiyi şey, yalanın ömrü qısa olması idi. İkisi də bunu bilir bəlkə bundan qaçır bəlkə də başlarına gələcəklərə boyun əyirdilər. Hər şeyin bir zamanı vardı, zamanı gəldiyində hər şey dəyişəcəkdi. Hər şey.
~~~~~~
1 saat sonra.
Eleryadan;
Mən qaçırılmadan öncə Auriana acıq olaraq Lumirin ad gününü keçirtmək istədiyimi demişdim. O zaman həqiqətən bunu istəmişdim amma qaçırıldıqdan sonra unudulmuşdu. Lumirin ad gününün boş keçməsini istəmirdim. O gün keçirtməmişdiksə də bugün keçirə bilərdik. Samelində ad günü Lumir ilə eyni gündə idi. Bunu öyrəndiyimdə çox sevinmişdim.
Eryasa bunu dediyim də xoşluqla qəbul etmişdi. Oda Lumir ilə Aurianın arasını düzəltmək istəyirdi. Bunu bacarmalıydıq. İndi isə Eryas akademiyada hər kəsə ad günü keçiriləcəyinin xəbəri vermişdi. Bütün köməkçilər akademiyanı ad gününə hazırlayırdılar.
Mən isə otağımda ad günü üçün hazırlaşırdım. Üzərimə sadə bir geyim geyinmişdim. Çiyinləri açıq, açıq rəngli geniş qollu bir köynək, qara korset və onun altından isə tünd yaşıl rəngli, qat-qatlı uzun süzülən ətək ən altda görünən qara libasa ağırlıq və ciddi bir görkəm qatırdı. Aynada yenidən özümə baxdıqdan sonra bir dəfə ətrafımda fırlandım. Güldüm. Bəzən başımıza gələnlər biz bilməsək belə bir səbəbə xidmət edirdi. Şər dediklərimiz xeyir, xeyir dediklərimiz şər ola bilirdi. Mən buraya gələcəyimizi öyrəndiyimdə şər olaraq düşünmüşdüm. Amma yanılmışdım, şər əksinə xeyir olmuşdu. Buradaki tək xeyir isə Eryas idi.
Təbəssüm edərək Aurianın zamanında mənə hədiyyə etdiyi ətiri götürdüm. İlk dəfə istifadə edəcəkdim. Onun verdiyi gün ətiri saxlamışdım. Uzaqdan üç dəfə üstümə vuraraq geri qoydum. Qapı döyüldü yüngülcə. " Gəl." Gələnə baxdığım zaman Eryas gülümsəyərək içəri girdi.
" Ulduzum? Hazırsan?"
Gülümsədim. " Aha hazıram." Yanıma gələrək qollarını mənə dolayaraq başını boynuma yerləşdirdi.
" Çox gözəlsən ulduzun qızı,"
" Sizdə bu gözəlin yanına yaraşacaq dərəcə də yaraşıqlısınız başçım." Güldü. Ətirin qoxusu almış kimi bir iki dəfə daha qoxladı boynumu.
" Bu ətiri ilk dəfədi hiss edirəm ulduz. Aurianın verdiyi ətirdi?" Qəh-qəhə çəkdim.
" Yox daha nələr. Onu hardan bildin Eryas?" Gülərək başını qaldırdı.
" Auriana mən aldırmışdım bu ətiri sənə versin deyə." Gözlərim böyüdü.
" Ciddisən? Aurian özü düşünərək almadı yəni?" Eryasdan bərk qəh-qəhə səsi yüksəldi.
" Yox təbii ki. Yəni gəldi mənimlə danışdı məndə dedim ona mən ətir alaram sən verərsən. Sənə ətiri mən almaq istədim."
Qaşlarım çatıldı. " Niyə ki? Aurian bəlkə başqa ətir seçəcəkdi?"
Yanağımdan öpərək qulağıma yaxınlaşdı.
" Sənə hansı qoxunun yaraşağını ən çox mən yaxşı bilərəm. Nəticə də qoxuna aşiq olan biriyəm, Aurian nə bilsin hansı sənə yaraşır. Mən daha yaxşı bilirəm."
Gülümsəməmək üçün özümü zor saxlayırdım. Ona göz süzdürdüm. " Hıh. Bilirmiş. Mən bu ətirin qoxusunu heç sevmədim."
" Ona görə üç dəfə vurdun?" 2-ci şok.
" Nə? Onu hardan bildin axı!" Yenidən qəh-qəhə çəkdi. Məni bu qədər yaxşı tanımasına heyran idim.
" Ulduzum mən hər zaman sənin yanında idim. Sən məni unutsan belə mən sənin yanından ayrılmırdım, ətiri neçə dəfə vurduğundan saatdaki cüt rəqəmləri gördüyündə gülümsəməyinə qədər bilirəm səni." Çaşqınlıqla ağzım açıldı. İkincisini mən belə bilmirdim..
" Mən nə zaman cüt rəqəm gördüyümdə gülümsəmişəm?" Dedim təəcüblə.
Gülümsəyərək saçımı qulağımın arxasına sıxışdırdı. " Öz dünyanızda olduğunda tez tez saata baxırdın hər zaman. Sanki cüt rəqəm görmək istəyirdin, gördüyündə isə üzündə özündən asılı olmayaraq kiçik gülümsəmə yaranır, o cüt rəqəmlərə baxırdın ancaq. Sonra məsələn sıxıldığında ya dırnaqlarınla oynayırsan yada dodağını yeyirsən. Bəzən də isə.." güldü. " Bəzən öz özünə sanki nə isə düşünür, reaksiya verirdin. Bu çox xoşuma gəlirdi ulduz. Ciddi deyirəm o anki üzünün halını hər zaman sevmişəm."
" Hmm. Məndə deyirdim ki, görəsən bu Eryas mənə niyə elə baxır? Sən baxırsan deyə əlim ayağıma dolanırdı."
" Ciddən?" İndi çaşdırma sırası bizdə idi.
Başımı salladım həyacanla. " Həə. Məsələn bir dəfə mən xəstə olduğumda mənim otağımda divanda yatmışdın. Üstün açıq olduğu üçün örtmək istəyirdim üşüyərsən deyə amma olmazdı. Ona görə məndə üstümü açırdım amma sən ağılsız hər dəqiqə örtürdün!" Qəh-qəhə çəkdi.
" Sən ciddisən? Məndə düşünürdüm ki yuxuda açırsan üstünü. Axırda səni yorğana bürüyərək yanına yatacaqdım açma deyə."
" Onu etsəydin ürəkdən gedə bilərdim həyacandan."
Alnımdan öpdü. " Etməzdim amma. Sən məni görmürdün və məni görməyərək mənim sənin yanına yatmağım düzgün olmazdı. Mənə yaraşmazdı." Onu sevirəm..
" Hmm," qollarımı sıxıca boynuna dolayaraq yanağından öpdüm. " Bilirəm. Etməyəcəyini bildiyim üçün rahat yatırdım sən olduğun zaman."
Gülümsədi. " Amma kaş məni gördüyünü bilsəydim. Bir yerdə vaxt keçirdərdik. Mən sənə həsrət böyümüşəm ulduz.."
Dodaqlarım büzüldü. Ağlıma gələnlər ilə gözlərim dolmuşdu. Kaş dediyi kimi olardı. Kaş yan yana olsaq belə ayrı keçməsəydi zamanımız. Boynuna sarıldım.
" Kaş amma bilsəydin silinərdin Eryas. Mən buna göz yuma bilməzdim. Səni tanımasam belə silinəcəyin ağlıma gəldiyində səbəbsiz qorxu dolurdu içimə. Səni itirə bilməzdim. Olmazdı."
Oda başını boynuma yerləşdirdi. " Yox ulduzum. Səni başa düşürəm. Etdiklərini anlayıram və sənə əsəbləşmirəm. Amma ən azından bir işarə versəydin gözəl bir halda yanına gələrdimdə. Səhər gözümü açan kimi yanına gəlirdim e."
Qəh-qəhə çəkdim. " İnan mənə o halın belə çox yaraşıqlı idi."
Başını qaldırdı. " Elə?" Başımı salladım. Yanağımdan və boynumdan öpdü. " Onda mənə o zamanlardan aşiq olmusan deyə bilərik?" Gülərək başımı salladım.
Məndən ayrılaraq yanımda durdu və qolunu mənə uzatdı. " O zaman Elerya Karlos. Buyrun. Ad gününə gecikməyək." Karlos? Çaşqınla ona baxırdım.
" Nə?"
Göz qırpdı. " Nə? Gəl də."
Qoluna girərək ona döndüm. " Mənə Elerya Karlos dedin?"
Təsdiqləyən bir səs çıxartdı. " Gələcək də zatən Karlos olacaqsan. İndidən öyrəş buna." Yanaqlarım qızarmışdı. Eryas açıq şəkildə bizə evlənmə təklif edir!
Sus!
" Kim dedi ki mən səninlə evlənəcəm?" Qapıya gedəcəyi zaman dayandı. Qaşlarını çataraq gözlərini qısdı.
" Namusumla oynadığının fərqindəsən? İlk öncə öp, bir yerdə yat sonra da evlənməyəcəm de. Namusumu kirlətdiyinin fərqindəsən kiçik Karlos?" İlk öncə anlamadım nə dediyini. Sonra isə gülməyə başladım. Qətiyyən ciddi deyildi.
" Mən ciddiyəm." Dedim.
" Məndə ciddiyəm. Ayıbdı axı bu etdiyin."
Özümü çətinliklə toparladım. " Yaxşı. Yaxşı. Artıq namusun namusum olduğu üçün məcbur evlənməliyik."
Üzünü turşutdu. " İnsan heç sevdiyi adam ilə məcbur evlənər mi?" Dilini damağına vurdu. " Eşq olsun sənə ulduz." Gözlərini süzdürərək başı ilə qapını göstərdi. " Gəl gedək artıq. Ad günü istədin amma getmirsən." Trip?
" Sən mənə trip atırsan?"
Qətiyyətlə mənə döndü. " Əsla." Qoluna sıxıca tutaraq yenidən yanında durdum.
" Yaxşı elə olsun böyük Karlos."
Otaqdan çıxaraq pilləkənlərə tərəf getməyə başladıq. Pilləkənləri düşəcəyimiz zaman əlimi sıxı tutdu. " Ehtiyatlı düş ulduz." Bir ay ayılmamağım ona təsir etmişdi deyəsən. Yenə elə olacağından qorxar bir halı vardı.
Salona gəldiyimiz zaman ətrafın bəzəndiyini gördüm. Hər tərəf parıl parıl parıldayırdı. Hər tərəfdə masalar vardı, masaların ətrafında keşikçilər. Bizimkilərin olduğu masaya yaxınlaşdıq. Daryon Nivera ilə, Veyra Lucian ilə, Lorien, Eloven, və Vaelor isə yan yana durmuşdular. Yan masaya baxdığımda Samel, Arel, Korin ilə də Adena da o masada dururdular. Samel bizi gördüyündə gözlərini süzdürdü. Arel onun bu halına güldü. Hər kəs vardı amma Lumir ilə Aurian yox idi.
Eryasa döndüm. " Aurian ilə Lumir haradadır Eryas?"
" Gəlirlər. Aurian Lumirin tortunu götürməyə gedib, Lumir isə Samelin." Başımı salladım. Bizim masaya yaxınlaşdıq.
" Oo nə gözəl görünürsünüz gəlinbacı." Dedi Daryon gülərək. Ah bu uşaq..
" Təşəkkürlər canım." Deyərək gülümsədim.
10 dəqiqə sonra.
Lumir ilə Aurian tortları gətirərək gəlirdilər. İki tortunda şamları yanırdı. Həyacanlanaraq yerimdə tərpəndim. Eryas bunu gördüyündə güldü. Lumir yanımıza gəldiyində əlində tortu alaraq masaya qoydum ilk öncə. Sonra isə ona döndüm.
" Keçmiş ad gününü təbrik edirəm əziz qoruyucu ruhum. Ümid edirəm diləklərin qəbul olar və istədiyinə nail ola bilərsən." Gülümsəyərək başını salladı.
" Təşəkkür edirəm əziz başçım." Auriandan tortu götürərək Samelə yaxınlaşdım.
" Hey ad günü uşağı! Gəl dilək tut və tortunu üfür!" Dedim gülərək. Samel güldü və əllərini əllərimi üzərinə qoydu. Torta yaxınlaşacağı zaman " dilək tut!" Deyə xəbərdarlıq etdim. Başını salladı və gözlərini yumdu.
Şamları üfürdüyündə hərkəsdən alqış səsi yüksəldi. Tortu masaya qoydum və gülərək boynuna sarıldım. " Keçmiş ad günün mübarək kiçiyim."
Güldü. " Təşəkkürlər bacı. Bütün ad günlərimi bir yerdə keçirmək diləyi ilə."
Ondan ayrılaraq Lumirgilə döndüm. Auriana baxdığımda çəkinərək Lumirə baxırdı. Gözləri bir anlıq mənə sataşdığında ona tortu işarə etdim. Onun ad günü tortunu Aurian tutmalı idi. Dərin nəfəs alaraq tortu götürdü və Lumirin qarşısında durdu. Başını yana əyərək dolmuş gözlərlə Lumirə baxırdı Aurian.
" Ad gününü təbrik edirəm Lumir.." tortu ona yaxınlaşdırdı. " Dilək tutaraq üfürərsən?" O qədər şirin və duyğusal danışırdı ki kim olsa əriyərdi ona. Elə də olmuşdu əslində. Lumir Auriana baxdığında gülümsədi. Başını sallayaraq ona yaxınlaşdı.
" Məni bağışladığını düşünərək başqa dilək tutacam." Aurian heçnə demədən ona baxırdı. Lumir Aurianın gözlərinin içinə baxaraq tortu üfürdü. Diləyi bəlli idi... Sevinclə əl çaldığımda yerimdə atdanmışdım. Atdanmışdım deyə başım fırlandı və masadan tutdum.
Bir anlıq bir şey olduğunu düşünmüşdüm amma elə olmadı. Baş fırlanmam artmış gözümün qabağı artıq qaralmağa başlamışdı. Eryas yanıma gələrək qolumdan tutdu.
" Elerya? Yaxşısan noldu?"
" B-bilmirəm, başım f-fırlanır.. Eryas." Son gördüyüm şey Eryasın qorxu dolu gözləri olmuşdu. Bir anda mənə nə olduğunu anlamamış, özümdən getmişdim. Başım Eryasın çiyninə düşdüyəndə Eryasın məni qucağına aldığını və kimlərəsə sərtcə səsləndiyi eşitmişdim amma reaksiya verə bilməmişdim.
~~~~~
2 saat öncə.
" Nə etməyi planlayırsan?" Dedi qız qarşısındaki qadına baxaraq. Morven Veylan pencərənin önündə durmuş nə qədər zamandır görmədiyi mənzərəni seyr edirdi. O, Zodariada idi. Enerjisini gizlətdiyi üçün heçkəs onun burada olduğunu başa düşmürdü.
" Onları yavaş yavaş məhv etməyi. Amma bu zamanla olacaq. İlk öncə onların gözünü qorxutmaq istəyirəm." Dedi Morven.
Qız güldü. " Onları qorxutmağın asand olacağını düşünürsən?"
" Düşünmürəm. Bilirəm, onları qorxutmaq asand olacaq. Əsas da ilk öncə Eryası."
Qız boğazını təmizlədi. " Eryası necə qorxudacaqsan? Bir ətir ilə?"
Morven yavaş şəkildə qıza tərəf döndü.
" Eryası qorxudan bir ətir olmayacaq. Sevdiyi qızın canının təhlükə də olmağı onu qorxudacaq. Sadəcə onu deyil hər kəsi." Qıza yaxınlaşaraq yatağına oturdu və bir ayağını ayağının üstünə atdı.
" Sən dediyimi etdin?"
Qız başını salladı. " Hə hazırdı. Eleryanın ətirini sənin gətirdiyin ritual ilə dəyişdirdim."
Morvenin dodaqları qıvrıldı. " Gözəl. Bəs qeyd?"
" Oda hazırdı. Qapının kənarına qoydurdum, əvvəl axır görəcək." Morven başını salladı.
" Əhsən. İlk öncə onlara qorxu salacaq sonra isə heç gözləmədikləri anda bir bir onları öldürməyə başlayacam."
" Amma ya Silvia və ya bürcün tanrıları bunu öyrənsə? Sizi o zaman cəzalanadıracaqlar."
" Onlar bunu öyrəndiklərində mən çoxdan istədiyimə nail olmuş olacam. Ölsəm belə biləcəm ki onları bitirmişəm."
Qız başını salladı. " Bəs mənim bu işdən çıxarım nə olacaq?"
Morvenin gözləri qısıldı. " Nə istəyirsən?"
" Sən bilirsən nə istədiyimi."
" O istədiyin çətin olar."
Qız sərtcə ona yaxınlaşdı. " Sənin üçün çətin olan bir şey yoxdur. Ritualların ilə həll edərsən Morven."
" Zatən öləcək olan birini niyə istəyirsən anlamıram."
Qız qəh-qəhə çəkdi. " Əsas məsələ öləcək olan birini istəməyim deyil. Əsas məsələ o qızın məğlub olduğunu görməkdi. Başa düşdün nə demək istəyirəm?"
Morven dodaqlarını bir-birinə basdıraraq başını salladı. " Sənə nə ziyanı toxunub anlamıram hələ də."
" Onun dünyaya gəlməyi zatən mənim üçün böyük bir ziyan idi. İlk öncə onun məğlubiyyətini, sonra isə ölməyini izləyəcəm."
" İddialısan."
" Təbii ki."
Morven ayağa qalxdı və qıza əlini uzatdı.
" Sən mənim dediklərimi et, məndə istədiyini sənə verim."
Qız onun əlini sıxdı. " Razıyam. İlk öncə onu məğlub edərək öldürəcəksən və məndə bunda sənə kömək edəcəm. Razısan?"
Morven başını salladı. " Gedişata görə baxacayıq. Mən indi gedirəm, sonra ki iş üçün gələcəm." Qız başını salladığında Morven bir saniyəlik enerjisini açaraq güc ilə ortadan yox oldu. Keşikçilər Morvenin gücünü hiss etsələr belə bir saniyəlik olduğu üçün heçnədən şüphələnməyəcəklərdi.
Bu həyatda hər istədiyimizə nail ola bilsəydik nə var idi ki..
