III. Bölüm🌓

Vaveyla Yazarı: Maliora Karlos

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 25Şu an: III. Bölüm🌓

O gecə yata bilmədim. Hər dəfə gözlərimi yumanda Aurianın dedikləri beynimdə dolaşırdı. Şir keşikçisi... Seçilmiş... Zodaria... Mən sadəcə adi bir insan olduğuma inanırdım, amma indi həyatımın taleyini dəyişəcək bir yük daşıyırmışam. Hisslərim qarışıq idi : həm qorxu, həm də qəribə bir həyacan içimdə dolaşırdı. Mən niyə? Niyə məhz mən? Əgər üç ildir yanımda olub məni qoruyurdusa, bəs mən bu üç ildə kim idim? Zəif, travmalı bir qız, yoxsa gələcək də bütün bürclərin taleyini daşıyacaq biri? Özümə inanmaqda çətinlik çəkirdim... Amma içimdə kiçik bir səs var idi - bəlkə də bu dəfə qaçmamalıyam.

Hər zaman ki kimi səhər saat 06:00da oyanmış, amma hələ də özümə gələ bilməmişdim. Mənə başqa bir dünya da qoruyucu olduğumu deyirdilər, başqa bir dünyaya gedəcək və orada yaşayacağımı deyirdilər. Yuxu kimi idi hərşey, inanmaq çətin olsa da yalan deyildi. Bilmirdim niyə amma inanmaq istəyirdim, özümü o dünyaya aid hiss edirdim. Mən özümü heçvaxt nə bu dünyaya nə də bu şəhərə aid his etməmişdim. Həmişə hərşeydən uzaq, hərşeyə yad olmuşdum. İndi isə mənə mənim aid olduğum başqa olduğunu deyirdilər.

"Hələ də eşitdiklərinə inana bilmirsən?" Yatağımda uzanarkən görünməzin səsini eşitdim.

"Yəni, hərgün eşitdiyim şeylər olmadığı üçün normaldır." Güldü.

"Alışarsan bir az zaman lazımdır."

Zaman hərşeyin dərmanıdır deyərlər deyil mi? Zaman mənim dərmanım olacaqdı görəsən? Sağ tərəfimə uzanaraq dedim, "indi nə olacaq? Mən səni öyrəndim, mən bunları qızlara necə danışacam?"

"Vaxtı gəldiyi zaman danışacaqsan amma indi heçkəs bilməməlidir." Vaxtı gəldiyi zamana... Vaxtı gəldiyi zaman... Eyni şeyləri eşitmək istəmirəm.

"Vaxtı nə zaman gələcək?"

"Sənin ad günün də." Nə? Niyə ad günüm də bəs? Heç bir şey başa düşmürəm.

"Niyə mənim ad günümdə? Qızların getməyinin mənim ad günümlə nə əlaqəsi var onda?"

"Bax, sənin, Niveranın, Veyranın, və bir iki bürcün başçısı dostdur. Onlar planlaşdırıblar ki, sənin ad günündə üçünüzdə gedəsiniz. Dost olduğunuza görə çətin olmayacaq heçbir şey."

"Hardan bilirsən, çətin olmayacaq? Onlar getmək istəməyə bilərlər, inanmaya bilərlər onları mən necə inandıracam?" Mənim dəli olduğumu düşünəcəklərdi.

"Yox, əgər inanmasalar başçılar özləri həll edəcək." Necə yəni həll edəcək?

"Necə? Qızlara bir şey etməyəcəklər də hə?" Güldü.

"Yox, əlbəttə ki özləri başa salacaqlar mənasında dedim."Rahat bir nəfəs verdim. Onlara zərər gəlsin istəmirdim.

"Biz niyə seçilmiş olduq ki? Niyə məhz biz? Mənə çox maraqlıdır. Biz o qədər dəyərliyik ki başçılar bizi yaxından qoruyur?"

"Hər bir keşikçi başçılar üçün dəyərlidir Elerya. Niyə məhz siz seçilmiş oldunuz onu bilmirəm," anlaşılan biz o dünyaya getmədən heç bir şeyi detallı öyrənmiyəcəyik. Yataqdan qalxaraq mətbəxə gedərkən "Sən yemək yeyə bilirsən görünməz?" Deyə soruşdum.

Qəhqəhə atdı. "Yox, biz görünməz ruhlar yemək yemirik gözəl."

Ad günümə sadəcə bir həfdə qalmışdı. Bir həfdə sonra bu dünyada burada olmayacaqdıq.

**
Mətbəxin masasında oturmuş çay içirdim. Tək deyildim əlbəttə ki yanımda olduğunu görməsəm də hiss edirdim. Onu tanımaq istədiyim üçün ona suallar vermək istəyirdim.

"Buyur, eşidirəm suallarını." Aha, ilk sualımı o mənim üçün yaratmışdı.

"Sən mənim içimdə danışdıqlarımı necə eşidirsən?"

"Mən bir ruh'am, səni qoruyan bir ruh olduğum üçün sənə aid hərşeyi bilir, eşidir, və hiss edirəm." Başa düşdüyümü bildirircəsinə başımı salladım.

"Bəs sənin sizin dünyanızda bir həyatın var yada ailən?" Ağır ağır nəfəs verdiyini eşitdim.

"Var idi artıq yoxdur." Deyəsən, yaralı bir yerdən sual vermişdim. Ağılsızca davranmışdım.

"Özəl deyilsə danışa bilərsən."

"Mənim sənə qarşı özəljm yoxdur Elerya, mənim də bir ailəm var idi. Anam, atam, və böyük qardaşım. Onlarla gözəl bir həyat yaşayırdıq. O zamanlar mən bir ruh deyildim, vədənim vardı. Mənim bədənimi mənə cəza olaraq məndən aldılar." Aurian əvvəllər bir ruh deyildi? Necə bir yer idi ora cəza olaraq bədəni öldürsünlər ağlım almırdı.

"Xoşbəxt yaşayan zamanlarda qardaşım bir səhv etdi o səhvi anam atam başçılardan gizlətməyə çalışdı, mənim xəbərim yox idi. Səhvi ortaya çıxan vaxt anam atam və cəzalandıracaqlardı. Bunun olmağını istəmədiyim üçün qarşı gəlməyə çalışdım, başçıların qarşısında durdum. İstəmirdim onların cəzalandırılmalarını. Onların cəzasının qarşısında durmağa çalışmış amma bacarmamışdım. Hörmətsizlik etdiyim və onlara qarşı gəldiyim üçün məndən bədənimi aldılar amma ruh olaraq qaldım." Eşitdiklərimə şok olmuşdum, necə ola bilərdi ki birini səhvinə görə ölümlə cəzalandırsınlar. Vicdansız idi bu insanlar? Səhvi olmayan birini bədəni ilə cəzalandırmaq düzgün gılmirdi mənə. Samit qalıb ailəsinin cəzalanmasına baxacaq deyildi ki.

Amma mən anamla atamı qətl etdiklərində heç bir şey etmədən baxmışdım.

Necə bir bədənin var idi?"deyə maraqla soruşdum.

"Mənim bədənim də səninkinə oxşayırdı. Sarı uzun saçlarım, qəhvəyi gözlərim, dolqun dodaqlarım, uzun qaşlarım var idi. Əslində hələ də var elədir. Amma soluq görünür ruh halında."

"Başqa bir bədənin olsun istəmərsən?" Dərindən nəfəs verdiyini eşitdim.

"Yox, artıq bu imkansızdır çünki mən həyatımın geri qalan hissəsini ruh olaraq dəvam etdirməliyəm."

Söhbəti yayındırmaq üçün başqa suallar verməli idim. Çünki görünməzin ağladığını hiss edirdim.

"Sizin dünyanızda ki insanlar ölümsüzdür?" Nə etdiyimi başa düşmüşdü.

"Hə, orada yaşayan insanlar ölümsüzdür." Amma biz o dünyaya ölümlü olaraq gedəcəkdik.

"Ölümlü olaraq getməyəcəksiniz, siz bir keşikçi olduğunuz üçün və o dünyaya aid olduğunu üçün zatən siz də bir ölümsüzsünüz." Ölümsüz idik mi? Daha nəqədər şaşıracaqdım bilmirdim.

"Biz o dünyaya gedəndə buradakılar bura nolacaq?" Suallarımla özünü toparladığını hiss edirdim, belə dəvam.

"Heçbir şey olmayacaq, onlar sizi xatırlamayacaq." Xatırlamayacaq?

"Necə yəni xatırlamayacaq?" Bəs Samel o bizsiz nə edəcək mətbəxdə.

"Heç həyatlarında olmamısınız kimi olacaq. Sizi unudacaqlar."

Nə acı gəlirdi insana birinin sizi heç olmamış kimi unutması.

****
Səhər yeməyindən sonra görünməz ilə evdən çıxmış və restorona tərəf gedirdik. Yolun qırağıyla gedərkən yanımızda ağ bir pişik keçdi.

"O pişiyin adınl bilirsən?" Dedi birdən yanımda ki görünməz varlıq.

"Heyvan olan pişiyin adını soruşursan?" Güldü.

"Hə, mənim pişiyimdir mən qoymuşam adını," dedi

"Mənim marağım artır,"dedim,
"Amma... Hansı vaxt o pişiyi gördün və ad qoydun?"

"O, sadəcə yanımdan keçib getmişdi, amma mən onu hiss etdim. Bir ruh kimi, mən ons öz adımı verdim. Və indi o, mənimlədir." Güldüm.

"Pişiyə Aurian adını qoymusan?"Pişiyi o qədər sevmişdi ki öz adını qoymuşdu.

"Hə, nə var ki mənim adımda?"

"Heç bir şey."

"Artıq o yalnız bir pişik deyil." Pıçıltısını eşitdim. Mən bir anlıq fikirləşdim. Sadə bir pişik idi yanımızdan keçən, amma onun üçün o qədər önəmli olmuşdu ki mən də sanki onunla bağlı bir sirri hiss edirdim.

"Pişiklə əlaqəli bir xatirən var?" Dedim onun nəfəs verən səsini eşitdim.

"Yox, sadəcə yalnız bir pişik olduğunu hiss etdim." Artıq bu ruhun pis biri olduğunu fikiləşmirdim. Nəqədər bir ruh olsa belə.

"Yaxşı onda qayıdanda o pişiyi görsək yemək alın verərik olar?" Görməsəm də təbəssüm etdiyini hiss edirdim.

"Olar."