6. bölüm · Zodiakın keşikçiləri
V. Bölüm🌓
2 gün sonra..
"Elerya" uzaqlardan Aurianın səsini eşidirdim. "Elerya!" Yerimdən dik atılaraq qalxdım.
"Nolub Aurian?"
"Bəlkə qalxasan artıq. Gör saat neçədi" dünən axşama doğru işlər çoxaldığı üçün evə gec bir saatda gəlmişdik. Başımı yastığa gömdüm.
"Neçədi ki?"
"1-in yarsı" yastıqdan başımı qaldıraraq qarşımdaki şkafa baxmağa başladım.
"Hara baxırsan Elerya? Yanındayam" dodağımı büzərək yan tərəfimə döndüm.
"Nə gözləyirdin ki Aura? Gecə gec gəldik durabilmədim" ilk dəfə bu saata qədər yorulduğum üçün yatmışdım.
"Hə indi dur artıq" ofuldadım.
"Nə istəyirsən e məndən?"
"Sən nə istəyirsən axşama qədər yatmaq?" Hə, indi onu istəyirdim çünki hələ də ayıla bilməmişdim.
"Duraram indi"
"Dur, dur bugün qızlarla danışacaqsan" off, bugün qızlara hərşeyi damışmağın vaxtı gəlmişdi. Onlara bizim bu dünyaya aid olmadığımızı başqa dünyada bürclərin qoruyucusu olduğumuzu deyəcəkdim. Necə deyəcəkdimsə artıq. Hər nəysə həll edəcəyəm.
"Veyra mesaj atmışdı səhər. Oda bir şey danışacaqmış sizə" tez yerimdən doğruldum.
"Nə danışacaq?"
"Bilmirəm" şirin şirin gülümsəyərək yanı başıma baxdım.
"Mənə cofe hazırlaya bilərsən Auracım?" Qəhqəhə atdı.
"Auracım?" Məndə güldüm.
"Pis oldu ki?"
"Yox, əksinə çox gözəl oldu Eleryacım" Yatağımdan qalxaraq banyoya tərəf getdim. Üzümü yumaq istəyərkən barmağımda olan sarğını gördüm. Dünən tələsik bir şəkildə tərəvəz doğrayarkən işarət barmağımı da kəsmişdim. Aurian çox əsəbləşmişdi diqqətli olmadığım üçün. Əsəbləşmə səbəbi məni qorumağı deyildi, məni məndən çox sevdiyini və dəyər verdiyini hiss edirdim. "Balaca kəsikdi" desəm də o qulaq asmamışdı. Nivera bir bintlə barmağımı sarmışdı.
Üzümü yuduqdan sonra mətbəxə keçdim. Mətbəx masasında tüstüsü üstündə bir fincan dururdu. Aurian həqiqətən də mənə cofe hazırlamışdı. Gülümsəyərək masaya oturdum.
"Vaay Aura xanım nə gözəldir bu cofe mənim üçündür?"
"Əlbəttə Elerya xanım mən cofe içmirəm"
"Sən acmırsan?"
"Yox, ruh olduğum üçün sizin hiss etdiyiniz heçbir şeyi hiss etmirəm"
"Amma həç əsəbləşə bilirsən həm də ağlaya o necə olur?" Güldü.
"Elə demədim. Duyğularım hələ də yerindədir, sadəcə ehtiyaclarım yoxdur"
"Hə başa düşdüm" cofemdən bir udum içəndə gözlərim məndən bağımsız qapandı. Çox sevirdim bu cofeni. Ağlıma gələnlə gözlərimi açdım və qarşımda ki stola baxmağa başladım.
"Aurian"
"Hə?"
"Səncə qızlar mənə inanacaq?"
"İnanacaqlar Elerya özünü bu qədər sıxma" Axı necə inanacaqlar? Bir ruhla danışdığımı, başqa dünya, keşikçi və s... Belə şeylər haqqında onlara çox zarafat etdiyim üçün yenə bir zarafat etdiyimi fikirləşəcəkdilər.
"Sabah nə zaman o dünyaya gedəcəyik və necə gedəciyik?"
"Sabah gecə. Ulduz qapısı adlı bir qapı var, o dünyadan bu dünyaya keçmək üçün. Ancaq o keçid gizlidir hərkəs bilmir. Mən öz gücümü istifadə edərək o qapını aktivləşdirəcəm və göydə ulduzlar birləşərək o qapı yaranacaq. Biz həmin yoldan bürclər dünyasına gedəcəyik. Bürclər dünyasının adl Zodariadır, yadındadır yəqin ki demişdim" Aurian ilk başlarda mənə danışanda Zodaria deyə bir şey demişdi azda olsa yadımda idi.
"Hə yadımdadır"
"Qapıdan keçərək bir dağa çıxacıyıq o dağdanda akademiyaya gedəcəyik. Az qalmışdı. Biraz həyacanlı hiss edir birazda qorxurdum.
"Bu arada dağ yolu qısa deyil akademiyadan uzaqda olduğu üçün ancaq səhərə çatacıyıq" səhərə kimi yeriyəcəkdik biz?
İndidən ayaqlarımdan üzr istəyirəm belə şeylərə məruz qaldığı üçün.
*******
Aurian ilə söhbət etdikdən sonra restorana gəlmişdik. Sabah mənim ad günüm idi, həm də Zodariaya gedəcəyimiz ilk gün. Ad günümə sevinməyi çox öncədən buraxmışdım. Mənim üçün ad günü də adi bir ad günü kimi gəlirdi. Ailəmi itirəndən sonra elə də çox mənası qalmamışdı dünyaya gəlməyimin. Amma Veyra və Nivera həmişə balaca da olsa bir tort və şam alırdılar. Onları çox sevirdim, buna görə də nə olur olsun onlara zərər gəlməyinə icazə verməyəcəkdim.
Üç ad günümdə də Aurian yanımda olubmuş amma mənim heç xəbərim olmayıb. Məgərsə onun dediyinə görə hərkəsdən öncə o mənim ad günümü təbrikləyirdi mənim xəbərim olmadan.
Qızlarla bugün hərşeyi danışacaqdım amma Veyra da bir şey danışacaqdı. Nə danışacaqdı görəsən? Onun başçısı onunla danışmışdı?
Gün boyu mətbəx də iş çox olduğu üçün heçbirimiz bir şey danışa bilməmişdik. Yəni Veyra ilə mən. Bugün və sabah restorandan tez çıxacaqdıq. Qızlara və Samelə elə demişdim. Sameli burada tək qoyacağımız üçün kədərlənirdim. Amma o bizi xatırlamayacaqdı və bizim yerimizə başqa insanlar burada işləyəcəkdi. Darıxacaqdım vuradan ötrü.
**********
1 saat sonra..
Artıq mətbəx də işlər azaldığı üçün Sameli evinə yollamış bir az sonra da biz çıxmışdıq işdən.
"Qızlar nə danışacaqsınız ikiniz də ürəyim partladı" deyə Nivera mızıldandı. Veyraya baxdığım zaman onunda mənə baxdığını gördüm. İstər istəməz qaşlarım çatıldı çünki Veyra bir şeyi danışmağa qorxarcasına baxırdı. Niyə belə baxırsan Veyra? Nə danışacaqsan sən?
"Gedək görərsən də" dedi Veyra. Tam Auriana səslənəcəkdim ki yenə "Burdayam Elerya yanındayam" deyən səsini eşitdim. Gülümsədim, onum yanımda olmağını sevirdim. Artıq yalnız hiss etmirdim. Sakit bir restorana gılib oturduq.
"Buyurun qızlar başlayın görək nə danışacaqsınız" Nivera səbirsiz davranırdı. Eşitdiklərindən sonra da belə deyə biləcəkdi?
"Baxın bu danışacaqlarım sizə gülməli və ya zarafat kimi gələbilər amma bu dəfə həqiqətdi yalan deyil" Veyra və Niveraya baxanda Nivera mənə maraqlı gözlərlə baxırdı. Veyraya baxdığım zaman isə yanımızda ki boş stola baxdığını gördüm. Qaş göz edirdi o? Ona baxdığımı görəndə özünü toparladı. Əmin olmaq üzrə idim, oda mənim danışacaqlarımı da danışacaqdı sanki.
"Danış Elerya ürəyim partladı" ofuldadım.
"Necə başlaya bilərəm ki bilmirəm"
"Necə gəldi danış" dedi Veyra.
"Yaxşı belə deyim də Nivera keçən dəfə sən məni evdən götürməyə gəlmişdi e son dəfə" başını salladı. "O zaman sənə demişdim ki üstümə qutu düşəcəkdi amma yana tərəf düşdü üstümə düşmədi"
"Hə Elerya sonra?"
"Onda o qutunu.." danışa bilməyəcəkdim necə deyəcəkdim mən bunu onlara.
"Sakitləş Elerya yanındayam, dəvam et" Aurianın güvənverici səsini eşitdim. Başımı salladım. Niveranın mənə anlamayaraq baxdığını görürdüm. Amma Veyra nədənsə eləbil nə deyəcəyimi bilirdi.
"O qutunu məni qoruyan ruh qoymamışdı düşsün" dedim birdən. Veyranın gözləri böyüyərkən Nivera mənə ciddi ciddi baxırdı. O baxışı tanıyırdımsa birazdan dəli kimi gülməyə başlayacaqdı. Nolar yanılt məni Nivera. Olmamışdı, Nivera birdən gülməyə başladı həm də qəhqəhə ataraq. Bilirdim belə olacaq necə inansın ki?
"Məzələnirsən Elerya yenə? İnanma demişdim də elə şeylərə" əlimi alnıma vurdum.
"Nivera nə məzələnməyi düzünü deyirəm burda səncə zarafat edən hal var məndə?" Başdan aşağı məni süzdü.
"Sən həmişə belə ciddi olursan"
"Amma indi zarafat deyil Nivera həqiqətən"
"Yaxşı Elerya qurtar zarafatı" əlimi bu dəfə də masaya vurdum.
"Nivera mən zarafat etmirəm dedim. Adam kimi qulaq as mənə" stolunu geriyə çəkildi.
"Ciddisən sən? İnanım sənə Elerya nə dediyinin fərqindəsən?"
"Nivera qulaq as düz deyir" deyə Veyra sakitcə danışdı. Nivera reski Veyraya çevrildi.
"Səndə Veyra? Səndə qoşuldun bu zarafata?"
"Zarafat etmir. Həqiqətdi qulaq as" Veyraya baxdım. Kiminləsə danışmış və inanmışdı bunlara. Sadəcə Nivera qalmışdı.
"Bax Nivera, biz bir başqa dünyadanıymışıq. Başqa dünyanın qoruyucusuyuq, həm də bürclərin" Nivera yenə güldü.
"Həqiqətən? Sən şir bürcü, mən balıq? Başqa?" Yenə inanmamışdı.
"Nivera bax həqiqətən ciddiyəm bu dəfə. O dəfə restoranda pis olmuşdum e mən" başını salladı. "O gün müştəri kişi üstümə gələcəkdi amma o ruh icazə verməmişdi və mən onun səsini ilk orada eşitmişdim"
"Nə səs eşitmişdin Elerya? Dəli olursan deyəsən psixoloqa getməlisən" əsəbləşməyə başlayırdım. Restoran yerinə gərək evə gedərdik qışqıra bilmək üçün.
"Nivera ciddi deyirəm düz deyir məndə yaşadım həqiqətəndə elə yerə gedəcəyik"dedi Veyra. Necə yəni? O nə yaşamışdı? O gün gecikəndə bir şey olduğunu başa düşmüşdüm. Veyraya baxdım.
"Sən nə yaşamısan Veyra?"
"Sonra danışacam Elerya" başımı sallayaraq Niveraya döndüm. İnanmayan gözlərlə bizə baxırdı. Hələ də?
"Siz nə deyirsiniz e bağlayın söhbəti artıq"
"Əsl sən nə deyirsən Nivera? Necə sübut edək sənə inanasan?" Deyə Veyra sərt bir şəkildə danışdı.
"Hə yəni sübutunuz var?" İkimizdə başımızı salladıq. Veyranın necə bir sübutu var idi?
"Gösdərin" aha, biz indi necə sübut edək? Birdən qarşımızdaki stəkanın yuxarı qalxdığını gördüm. Aurian sübut edirdi. Tez ətrafa baxdım, yaxşı ki heçkəs bu tərəfə baxmırdı.
"Bax Nivera bu mənim yanımda olan ruhdur. Sənə qorxuducu gələbilər amma qorxma qorxmalı heçbir şey yoxdur" Nivera şok içində yuxarıda duran stəkana baxırdı.
"Sizə cinlər musallat olub və siz mənə qorxuducu olmadığını deyirsən?" Nəylər? Cinlər? Aurianın qəhqəhə atdığını eşitdim. Zövq alırdı elə bil.
"Abartma Nivera nə cin. Ruh deyirəm ruh bu dünya da elədir o dünya da görəciyik onları"
"Onları? Bəs demirdin bir dənədi?"
"Off Nivera yəni də öz bürcünün ruhlarını icazə verilsə görə biləcəksən" artıq Nivera ciddi olmağa başlayırdı.
"Ciddisiz?" Şükür ki sarafat etmədiyimizi başa düşdü.
"Hə Nivera ciddiyik və sabah mənim ad günüm də gecə gedəcəyik" qaşlarını çatdı. "Ad günün də?" Başımı salladım.
"Ad günündü deyə sabah gecə?" Yenə başımı salladım. "Bu yanında ki indi cin deyil ruhdu?" Səbr.
"Nivera cin yoxdur. Ruhdur o. Əslində bir bədəni var idi amma indi ruhdur" Aurianın keçmişini danışmayacaqdım burda.
"Biz üçümüz də gedəcəyik bəs burdakılar?"
"Hə üçümüzdə. Burdakılar isə bizi xatırlamayacaq biz heç olmamışıq kimi olacaq." Bunu demək acı idi. 25ildir yaşadığım yerdə olan insanlar indi məni unudacaqdı.
"Mənim də yanımda ruh var?" Olsaydı yəqin ki eşidərdi. Bir dəqiqə! Veyranın yanında ruh var yoxsa başçı? Bunu sonra Veyra və Aurian ilə danışacağam.
"Olsaydı bəlkə də eşidərdin" qorxa da bilərdi. Nivera ofuldadı. "Eşitdiklərimə inana bilmirəm"
"Məndə inana bilməmişdim" Veyra ilə biryerdə dedik. Oda bilirdi. Kim onunla danışmışdı bəs? Başçısı? Niveranın artıq bizə inandığına görə hərşeyi danışa bilərdim.
"Biz o dünyaya gedəndən sonra orda bir akademiyada qalacaq və dərslər kimi birşeylər keçəcəyik. Yəni hərəmizdə öz bürcümüzə aid olan xüsusiyyətləri, və öz gücümüzü idarə etməyi öyrənəcəyik"
"Nə etməyi? Bizim nə gücümüz var Elerya? Gücümüz var bizim?" Əlimi alnıma neçənci dəfə vurduğumu bilmirdim.
"Var Nivera o dünya da ortaya çıxacaq da bu dünya da kimə qarşı istifadə edəcəksən ki gücün ortaya çıxsın"
"Dəvam et"
"Sən balıq bürcünün keşikçisisən balıq bürcünə aid olan dərsləri keçəcəksən. Veyra da-"
"Oğlaq bürcünün keşikçisiyəm" Başımı salladım.
"Hə məndə şir bürcünün"
"Elerya ora bizim tanımadığımız yerdir necə necə gedəcəyik nə edəcəyik orda bilirsən heç? Həm məcburuq başa düşmədim mən istəmirəm ora getmək"
"Məcburdu Elerya istəməlidi" yanımdan Aurianın səsini eşitdim. "Bilirəm"
"Məcbursan Nivera inana bilməyə bilərsən amma məcburuq"
"Mən heçbir şeyə məcbur deyiləm getməyəcəm heçyerə" Veyra əlini masaya vurmaü istəyəndə dayandı.
"Deyir ki məcburuq məcbur! Bilirsən nə deməkdi? Sənin istəklərinlə deyil deməkdi" Nivera Veyraya döndü.
"Görəcəyik məcburu istəyi. Mən getməyəcəm" Səbr. Səbr.
"Bizi tək qoyacaqsan orda?"
"Yox siz də getməyəcəksiniz sizə də icazə verməyəcəm" Veyra qəhqəhə atdı.
"Necə icazə verməyəcəksən gözəl?"
"Görəcəksiniz heç kim heçyerə getməyəcək!" Deyərək restorandan çıxıb getdi. Bu qız çox qəribə idi. Niyə belə edirdi? Qorxurdu? Getməyəcəkdi indi Nivera?
"Aurian-"
"Gedəcək Elerya narahat olma. Sizin getdiyinizi görüb sizi tək qoymayacaq" başımı sallayaraq Veyraya döndüm. Oda mənə baxırdı.
"Ruhunla necə danışırsan sən?" Güldüm.
"İçimdən"
"Necə?"
"Mən onu eşidirəm və içimdən dediyim sözləri eşidir elə danışıram onunla"
"Hə sən ona görə arada öz özünə gülürdün hə?" Qəhqəhə atdım.
"Hə. Danış indi görək Veyra xanım noldu da sən bunları öyrəndin?" Və ən əsas sual. "Səni kim qoruyur qoruyur? Kiminlə danışdın sən?" Veyra yanına baxdı. Eləbil kimsə ona nəsə deyirdi.
"Başçı qoruyur və başçı danışıb bunları mənə" başçılarımız bu qədər diqqətli idi ki, sadə bir qoruyucunun ayağa qədər gəlsin və ona hərşeyi danışsın. Hər nəysə.
"Necə oldu bəs?" Veyra olanları danışmağa başladı. Əlim ağzımda qualq asırdım. Əgər başçıdı gəlməsəydi bəlkə də başına nələr gələcəkdi. Aurianın sıxıntı içində nəfəs verdiyini eşitdim.
"Noldu Aurian?"
"Heç"
**********
Zodaria şəhəri..
Zodarianın mərkəzin də on iki sarayın arasında, əzəmətli bir bina yüksəlirdi - Bürclər akademiyası. Qızılı və gümüş daşlardan inşa olunmuş bu məkan sanki göylərlə yer arasında bir körpü idi. Ulduzların işığı ilə hər gecə parlayan Akademiya, seçilmiş keşikçilərin ilk addımlarını atdığı, bürclərin gücünü dərk etməyi öyrəndiyi yeganə məkandı.
Burada dərslər adi kitabla başlamırdı. Hər dərs canlı təcrübə, sehrli sınaq və qədim rituallarla dolu idi. Tədris zalında ulduz xəritələri havada asılı qalır, müəllimlərin sözləri işıq kimi sinifləri bürüyürdü. Keşikçilər yalnız güclərini yox, həm də bir-birilərinə etimad etməyi, qorxuya qalib gəlməyi və düşmənə qarşı birlikdə dayanmağı burada öyrənirdilər. Akademiyanın divarları saysız-hesabsız döyüşlərin, sınavların və andların şahidi olmuşdu. Zodarianın ən böyük sirri isə bu idi - heç bir keşikçi saraya qayıtmadan öncə akademiyanın sınaqlarını keçmədən gücünə sahib ola bilməzdi.
Axşam vaxtı olduğu üçün bütün keşikçilər və müəllimlər yeməkxana da idi. Akademiyanın mərkəzin də yerləşən geniş və işıqlı bir zal idi. Tavandakı şəffaf qübbə hər gecə göyün ulduzlarını əks etdirirdi. Elə bil keşikçilər yeməklərini ulduzların altında yeyirdilər. Ulduz bürcləri hərkəsin başının üzərində parlayır, bəzən işıq xəttləri ilə birləşərək möhtəşəm şəkillər yaradırdı.
Eryas və dostları ilə bir masa da oturmuş yemək yeyirdilər. Eryas Eleryanın gələcəyi üçün çox həyacanlı idi. Əvvəlcədən onun otağını öz otağının yanında ayarlatmış və sonra da otağı səliqəyə saldıraraq təmizlətmişdi. Bir iki gündür ki dərslər də belə həyacanı bilinirdi. Aurian bir saat əvvəl gəlmiş və Eleryanın nə etdiyini danışmışdı.Artıq iki dostu da buraya gələcəklərini bilirdi. Elerya Nivera adlı dostuna hərşeyi danışacaq deyə stresdən stresə girmişdi. Onu başa düşürdü. Artıq o gələndən sonra həyatı dəyişəcəkdi. Həyatı yenidən Elerya ilə formalaşacaqdı.
Eloven masaya yaxınlaşaraq Lucianın yanında oturdu.
"Off bu aşbaz niyə belə yeməklər bişirir e" təzə gələn aşbazın yeməklərini Eloven sevməmişdi sevmədiyini hər dəfə dilə gətirməyə çəkinmirdi.
"Gözəlim nə var yemək də?" Deyə Lucian dedi. Eloven Lucianın balaca bacısı idi. Lorien gözünü Elovenə dəydirməməyə çalışırdı amma çox da bacarabilmirdi.
"Görmürsünüz ıyy bu nədir belə" Eloven üzünü buruşduraraq qabağında ki yeməyə baxdı. Lucian, Vaelor, Daryon və Eryas gülməyə başladı. Lorien də gülmüşdü. Daryon Eryasın xalası oğlu idi. Bir birlərinin qardaşı idilər, heç ayrılmırdılar. Beş dostun heçbiri heç zaman ayrılmırdı. Hər nəqədər dalaşsalar belə.
"Dünyadan gələcək olan dört qızdan biri aşbazdır. O işləyə bilər gələndən sonra" deyə Daryon ortaya fikir atdı. Elovenin gözləri parıldadı.
"Qəşəng yeməkləri var görəsən?"
"Yəqin olar da" dedi Daryon.
Eryas Daryonun kimi dediyini başa düşüb çatıq qaşlarla ona döndü. "O qızlar burada işləməyə gəlmit Daryon. Onlar da bizim kimi keşikçidilər"
"Olsun da Eryas. Əgər özü işləmək istəsə işləyə bilər" Eryas Eleryanın akademiya da aşbaz olaraq işləməyini isdəmirdi. Onsuz da ömrünün yarsını işləmişdi. Artıq bu qədər bəs idi. Eryas vardı bundan sonra.
" O gələndə ona belə bir şey təklif etdiyinizi eşitmiyim. O burada aşbaz işləməyəcək. Aydındı Eloven?" Eloven göz süzdürərək başını salladı.
"Daryon?"
"Bildik də bildik"
Birazdan Ulu başçı yeməkxanaya gəlib hərkəsə qızlarının gəlişini xəbərdarlıq edəcəkdi. Eryas atasını gözləyirdi. Dostlarına demişdi onların gələciyini, amma başqa heçkəs bilmirdi. Biraz sonra yeməkxananın böyük qapısı açıldı. İki keşikçi və Ulu başçı Aldren Karlos qapıdan içəri girdi. Yeməkxanaya birdən sükut çökdü.
Aldren yeməkxanaya girib masaların qarşısında hərkəsin görəbiləcəyi bir yerdə durdu. Eryasın dodaqları qıvrıldı. Gözlədiyi an gəlmişdi.
"Salam olsun bütün akedemiyanın gənclərinə və müəllimlərinə" hamı salam verdi.
"Sizə yeni bir xəbərim olacaq" hərkəs sakitcə Aldrenə qulaq asırdı.
"İnsanlar yaşayan dünyada bizim dört keşikçimiz var və onlar sabah gecə bu dünya da olmuş olacaqlar" bəzi keşikçilər sakit qulaq asarkən bəziləri çaşqın səslər çıxartmışdı. Səsləri sakitləşdirmək üçün Aldren əli ilə işarə etdi.
"Onlar bu dünyanın keçikçisi kimi yaranıblar amma o dünyaya düşüblər ona görə də artıq vaxtı gəldiyi üçün bu dünya da həyatlarına dəvam edəcəklər"
"Ulu başçı biz onları tanımırıq. Onlar bura gəlsələr biz hardan biləcəyik ki bizim üçün təhlükəli deyillər?"
"Yox onların heçbiri təhlükəli deyil narahat olmayın araşdırıblar" Eryasın qaşları çatıldı. Kim araşdırmışdı Eleryanı? O onsuz da Elerya və dostları haqqında Aldrenə Aurian ilə məlumat gətirmişdi. Araşdırmağa ehtiyac yox idi. Aldren hərkəsə xəbərdarlığınl bildirərək yeməkxanadan çıxdı.
"Oo Eryas bəy sonunda yolunu gözlədiyiniz xanım gəlir nə düşünürsünüz bu haqda?" Daryon Eryasla zarafat edirdi.
"Nə deyirsən Daryon mən heçkəsi gözləmirəm"
"Ona görə iki gündü həyəcandan yerində dura bilmirsən?" Lucian bıyıq altında güldü.
"Düz demir Eryas?"
"Nəyi düz demir Eryas?" Zeyna masaya oturdu. Eryas yerində sıxıntı ilə tərpəndi. Eryasın o qızdan xoşu gəlmirdi onun məqsədinin başqa olduğunu bilirdi. Eryasın yanına oturduğu zaman Eryas bir daha yana gedərək aralarına məsafə qoydu.
"Heçbir şey dərsdən danışırdıq" Eloven ona qarşılıq verdi. Oda onu sevmirdi. Bu masa da oturan heç kəs onu sevmirdi, Zeyna bunu bilsə də yenə də onların yanına gəlirdi. Zeyna Elovenə gülümsədi.
"Kimdi bu başqa dünyadan gələn qzılar tanıyırsınız?"
"Yox ilk dəfə görəcəyik" deyə Vaelor cavab verdi. Bu Eryasdan başqa hamıya aid idi çünki o Eleryanı görmüşdü. Zeyna başını salladı.
"Eryas bugün ortaq olan dərsdə tapşırığı başa düşmüşdün?"Eryas tapşırığı başa düşsə belə oturub onunla dərs söhbəti etməyəcəkdi.
"Yox məndə çox başa düşmədim" deyə yola verdi.
Eryas "Nəysə uşaqlar mən doydum gedim dincəlim biraz yorğunam" dedi və yeməkxanadan çıxıb getdi.
**********
Ertəsi gün..
Bugün səhər ad günümü ilk Aurian təbrik etmişdi ondan sonra da Veyra və Samel zəng etmişdi. Amam Niveradan hələ də səs yox idi.
Bugün o böyük gün gəlmişdi. Artıq bu gündən sonra bu dünyada bu evdə bu şəhər də ola bilməyəcəkdik. Əslində özümü pis hiss etmirdim çünki bəlkə də bu dəfə özümü evimdəymiş kimi hiss edə bilərdim. Bugünə qədər ailəmi itirəndən sonra mənim evimin hara olduğu mənim üçün maraqlı olmamışdı. Artıq bundan sonrasına baxmağın vaxtı gəlmişdi. 4 saat sonra Aurian qapını açacaq və biz buradan gedəcəkdik.
Səhər Aurian ilə son dəfə restorana gəlmişdik. Veyra da restoranda idi amma Nivera gəlməmişdi. Bizimlə danışmırdı. Nəqədər zəng edirdimsə heçbirində açmırdı. Ola bilərdi, gedəcəyimizi eşidəndə qaça qaça gələcəkdi. Son dəfə Samel ilə vədalaşacaqdıq.
Mən salat hazırlayarkən Veyra ilə Samel də yeməkləri edirdilər. Veyra yanıma yaxınlaşaraq dedi "Elerya səncə ora gedəndə nolacaq?" Veyranında narahat olduğunu bilirdim.
"Heçnə olmayacaq Veyra narahat olma" başını sallayaraq işinə qayıtdı.
*********
4 saat sonra..
Samel ilə vədalaşıb mənim evimə gəlmişdik. Veyra da gəlmişdi mənimlə çünki artıq vaxt gəlirdi. Amma Nivera hələ də yox idi. Başına bir iş gəldiyini fikirləşdiyim zaman Aurian "qorxma evindədi" deyərək məni rahatlatmışdı. İndi isə Aurianın bizim üçün gətirdiyi geyimlərə baxırdıq. Üç geyim də masanın üzərində dururdu.
Masaya yaxınlaşıb paltarları incələməyə başladım. Birinci geyim: sadə amma göz oxşayan idi. Açıq krem rəngin də uzun don, şiş qolları və belə incə göstərən qəhvəyi korsetlə tamamlanmışdı. İkincisi isə daha möhtəşəm görünürdü. Çiyinlərdən sallanan geniş qolları, ikiqat ətəyi və düyməli korsetli qəhvəyi geyim tam bir zadəgan ab-havası saçırdı. Sonuncusu isə sanki gündəlik gəzintilər üçün seçilmişdi. Yumuşaq krem rəngli donun üstündən jiletvari korset keçirilmişdi, sadəliyi isə ona xüsusi bir incəlik qatırdı.
Aurian bu geyimləri üçümüzdə zövqünə görə seçmişdi. Veyra baxdım.
"Hansını istəyirsən Veyra xanım?" Güldü.
"Üçüncü olan mənim üçün yaradılmış kimidir onu geyinəcəm" məndə güldüm. Sadə seçəcəyini bilirdim.
"Bəs sən hansını bəyəndin?" Deyə Aurian məndən soruşdu. Məni ikinci daha çox cəlb etmişdi ona görə məndə onu seçəcəkdim.
"İkinci tam mənlikdi onu geyinəcəm məndə"
"Gözəl, məndə onu sənin üçün seçmişdim" gülümsədim.
"Çox təşəkkür edirəm gözəl canyoldaşım" qəhqəhə atdı.
"Hər gün yeni bir şəkildə mənə səslənirsən"
"Şikayətin var?"
"Əsla" dodaqlarım qıvrıldı.
Birimiz otağa digərimiz isə banyoya keçib geyinmləri geyinməyə başladıq. Nivera zəng etmişdim amma yenə açmamışdı. Mesaj atacaqdım son çarə.
Paltarlarımızı geyindikdən sonra otaqlardan çıxdıq. Veyra məni məndə Veyranı süzürdüm. Bu geyim ona çox gözəl yaraşmışdı.
"Çox gözəl olmusan Veyra" gözlərimiz birbirimizə baxarkən parıldayırdı. Mənə yaxınlaşdı.
"Əsas sən gözəl gözəl olmusan Elerya bu nədir belə çox yaraşıb bu sənə" gülərək qucaqlaşdıq. İkimizin də paltarları çox gözəl yaraşmışdı. Ayrıldıq.
"Nivera niyə hələ də gəlməyib zəng etdə birdə gecikəcək yoxsa" başımı salladım.
Telefonumu götürərək Niveraya zəng etdim amma yenə açmadı.
"Elerya vaxt azalır" dedi Aurian. Tez bir şəkildə Niveraya mesaj yazdım.
"Nivera vaxt çox azdır gözəlim. Biz getsək sən burada tək qalacaqsan və səndə bizi unudacaqsan. Xaiş edirəm gəl artıq"
Mesajı göndərərək telefonu masaya qoydum. O dünyada telefon işlətmədikləri üçün bizə telefon ehtiyac olmuyacaqdı. Aurian bizi mənim otağıma yönləndirdi. Keçid qapısını orada açacaqdı.
Pərdələri bağladım.
"10 dəqiqə sonra qapını açmağa başlayacam" dedi Aurian. Onun dediyini Veyra ya da mən dedim. Başını salladı. Nivera vaxtında gəlməli idi yoxsa o dünyaya onsuz gedəcəkdik və o bizi unudacaqdı. Bu olmalı idi gəlməliydi.
Aurianın keçid qapısını açmağına son 4 dəqiqə qalmışdı amma Nivera hələ də gəlməmişdi. Veyranın gözləri dolurdu. Hər nəqədər sərt davransa da onu sevirdi və onu burada tək qoymaq istəmirdi.
"Elerya"
"Hə?"
"Artıq qapını açma zamanı gəldi başlayıram" Nivera hələ də gəlməmişdi.
"Veyra Aurian deyir ki qapını açma zamanı gəlib" Veyra istəməsə də başını salladı.
Aurian ritual sözləri ilə qapını açmağa başlamışdı. Birdə qarşımızda işıqlar yanmağa başladı. Pencərədən çölə baxdığımız zaman ulduzların birləşdiyini gördük. Veyra yanıma gələrək qolumu sıxı tutdu. Qarşımızda qəribə işıqlar yanarkən Aurian hələ də qəribə sözlər deyir sanki öz gücünü qapını açmaq üçün verirdi.
"Açıldı qapı indi o qapıdan biryerdə keçəcəyik! Aydındı Elerya?" Başımı salladım və Veyranın əlindən tutdum.
Veyra ilə biryer də addımımızı atmışdıq ki birdən otağı qapısı sərt şəkildə açıldı. Nivera gəlmişdi! Sonunda gəlmişdi! Nivera qapıdan içəri girərək qapını bağladı və yanımıza gəldi. Əynində masanın üzərində qalan son geyimi geyinmişdi. Ona çox gözəl oturmuşdu paltar.
"Mənsiz hara gedirsiniz? Sizi heç tək qoyaram?" Dedi. Yanımıza gələrək ikimizi də qucaqladı.
"Elerya gəlin tez!" Aurian qışqırdı.
"Getməliyik o qapıdan keçməliyik" Veyra ilə Nivera başını salladı və əl ələ tutuşaraq qapıdan keçən zaman sağ əlimi başqa bir əlin tutduğunu hiss etdim. Bu Aurian idi. Artıq heçnə əvvəl ki kimi olmayacaqdı.
******
Zodaria şəhəri..
2saat idi ki Zoaria şəhərinə gəlmişdik və meşədən hələ təzə çıxırdıq. 2saat idi meşə də yeriyirdik və çox yorulmuşduq. Bir kəndə doğru gedirdik. Akademiyaya getmək üçün o kənddən keçməli idik. Nivera bura gəldiyimizdən bəri acaq mızıldanırdı. "Bezdim" "bezdim" deyə deyə. Oda yorulmuşdu başa düşmək olardı.
"Aurian nəqədər qaldı akademiyaya yorğunluqdan ölürük" Aurianın güldüyünü eşitdim.
"Az qalıb bu kənddən çıxdıqdan sonra akademiyaya yaxınlaşmış olacağıq"
"Hələ yaxınlaşmış olacağıq? Mən çatmaqdan danışıram!" Yenə güldü görünməz ruh.
"Çatacağıq narahat olma çatandan sonra istədiyin qədər yatarsan"
"Hə ordakılar da onu deyirdi"
"Yatarsan dedim" başımı salladım.
Kənd köhnə kənd deyildi. Hərşeyi qaydasında hərkəs işinin başında idi. Qadınlar da bizim geyindiyimiz paltarlardan geyinmiş, kişilər isə beli kəmərli uzun qollu bir paltar geyinmişdi.
İnsanlar bizə qəribə şəkildə baxırdılar. İlk dəfədi gördükləri üçün heçbir şey demirdim amma əsəbləşməyə başlamışdım.
Qızlarla bir pendir satan dükkanın qabağından keçdiyimiz də bir iki kişinin bizi başdan aşağı süzdüyünü gördüm. Artıq səbr etməyəcəkdim.
"Başınızı salın aşağıda görməmiş küçə-"
"Küçə nəyləri?"
"İtləri"
Kişi mənə yaxınlaşaraq mənə vurmaq istədiyi anda bir əl onun əlini tutdu.
"Əgər bir də ona əl qaldırsan qaldıracaq bir əlinin olmayacağından əmin ola bilərsən" Bu kim idi belə? Qolumu tutaraq arxasına aldı.
"Siz bilmirsiniz deyəsən, bu qızlar bu dünyanın yeni keşikçiləridir"
"Aurian bu kimdir?"
"Ulu başçının oğlu Eryas" Eryas bu idi? Woww deyilə biləcək qədər var idi. Əzələli qolları, usun boyu, qaraya çalan saçları ilə çox cool görünürdü. Əsas da yaşıl gözləri çox gözəl idi. Nə deyirəm e mən! Sanki Eryas Aurianın nə dediyini eşitdi və yanıma tərəf döndü. Dodağının sağ tərəfi çox azca qıvrıldı. Aurianı görür və eşidirdi. Məndə görmək istəyirdim.
"Bundan sonra bu keşikçilərə artıq əskik nəysə dediyini eşitsəm sizin üçün yaxşı olmayacaq. İndi hərkəs qabağına dönsün"
Mənə tərəf döndü. "Mən Ulu başçının oğlu Eryas karlos" əlini mənə uzatdı.
"Məndə şir bürcünün yeni keşikçisi Elerya Valtor" Dərindən Gülümsədi.
"Tanış olduğuma şadam" gülümsəyərək başımı salladım.
********
Kənddən çıxdıqdan sonra akademiyaya tərəf gedirdik. Arada Eryas ilə də söhbət edirdik.
"Aurian nə qədər qaldı bu akademiyaya yoruldum axı!" Aurian güldü.
"Az qaldı səbirsiz insan səbr et biraz" Eryas gülümsədi. O niyə gülümsəmişdi? Oda mənim içimdə dediklərimi eşitmirdi ki? Yoxx! Olmasın bu!
"Aurian, Aurian!"
"Hə?"
"Başçının oğlu mənim dediklərimi eşitmir ki?" Gülməyə başladı.
"Yox səni sadəcə mən eşidirəm" rahat bir nəfəs aldım. Amma Eryasa baxdığım zaman mənə məni eşidirmiş kimi baxırdı.
"Bəs niyə eşidirmiş kimi baxır?"
"Elə baxmır sənin mənimlə danışdığını görür, mənim dediklərimi eşidir sadəcə" gözlərim böyüdü birdən.
"Sus onda!" Möhkəm nir qəhqəhə atdı.
"Necə? Başçının oğlunu bəyəndin?" Dəli olacaqdım bu ruhun əlindən. Onsuz da Eryasın onu eşitdiyini bilirdim niyə soruşurdum ki!
"Aura!"
"Yaxşı yaxşı sadəcə gözlərini bəyəndin" Eryasın güldüyünü eşidirdim. Biyabr olmuşdum camaata.
"Aura dedim!"
"Yaxşı susdum" bunu deməyi belə səhv başa düşülürdü. Ahh, görünməz məni nə hallara salırsan.
