10. bölüm · Zodiakın keşikçiləri
IX. Bölüm.
Elerya otaqdan çıxdıqdan sonra Eryas qalxdığı yerinə geri oturdu. "Gördün Eryas öyrəndi. İndi biz nə edəcəyik?" Dedi Aurian.
"Aura biraz sakit qalmağa çalış. Barışacaq bizimlə inanıram." Aurian ofuldayaraq Eryasın qarşısına oturdu. Elerya Aurianı görməsə də, Eryas görürdü. Aurianın üzüldüyü gözlərindən bilinirdi. "Narahat olma. Oda bilirki məcbur qaldıq bunu etməyə qoy biraz keçsin."
"Bilmirəm.. gərək heç yalan danışmazdıq. Birbaşa bütün doğruları ona deməliydik." Eryas əllərini ayaqlarına yaslayaraq qabağa durdu.
"Yenə başladın Aura əsəblərimi pozmağa. Nə deyəcəkdik. Zatən dediklərin onun təəcüüblənməyinə səbəb olduda. Bilmədiklərini o zaman desəydik normal qarşılamaya bilərdi."
"Amma dedi axı yenə eyni şəkildə qarşılayacaqdı."
"Yox, Aura. O indi bunları bilir deyə elə dedi. Mən bilirəm də Aura narahat olma." Aurianın başını sallamaqdan başqa çarəsi yox idi.
"Bəs nə zaman məni görəcək. Artıq görsün istəyirəm Eryas, bu qədər zamandı görmədiyi biri ilə söhbət edirdi, artıq bunun olmasını istəmirəm." Eryas düşüncəli şəkildə yerə baxmağa başladı.
"Qəfildən səni görəcək Aura. Əgər biraz vaxt səninlə barışmasa, özünü göstərə bilərsən. O istəsə görə bilər səni amma necə edəcəyini bilmədiyi üçün görmür." Əslində Elerya Aurianı istədiyi zaman görə bilərdi. Amma Elerya bunu necə edəcəyini bilmədiyi üçün görmürdü. Elerya gözlərini yumaraq sehirli sözləri üç dəfə təkrarladıqdan sonra ətrafında ki ruhları görməyə başlayacaqdı. O bunu hələ ki bilmirdi.
"Ona sehirli sözləri desəm olmaz?"
"Yox, hələ Aura, tələsirsən tələsmə gözlə səbrli ol." Aurian əsəbi şəkildə ayağa qalxdı.
"Eryas necə səbr edə bilərəm axı? Səndə çox yaxşı bilirsən Eleryanın məndə ki yerini. Mən ona səhər ətir göndərdim notda da yazdım ki, hərşey istədiyin kimi olacaq. Eryas mən onun istəklərini yerinə yetirməliyəm başa düşmürsən."
"Aura başa düşürəm səni. Eleryanın səndə ki yeri fərqlidirsə məndə ki yeri ondan daha fərqlidir. Bunu da sən yaxşı bilirsən. Amma hər şeyin bir zamanı var. İndi otur yerinə." Aurian qalxdığı yerinə geri oturdu.
"Lumir məsələsi nə oldu? Görmüsən heç bura gələndən?" Lumir adını eşitdikdə Aurianın baxışlarını hüzünlə doldu.
"Hə, keçən dəfə bazara çıxdığım zaman gördüm."
"Nə isə danışdınız?"
"Biraz. Yəni elə-belə." Eryas başını ağır ağır salladı.
"Yəqin ki bilirsən Lumirdə artıq akademiyaya gəlməlidi." Aurianın dodaqlarında kədərli bir gülümsəmə yarandı.
"Bilirəm, hər günüm əzab içində keçəcək."
"Aura bax mənə qarışmaq düşməz amma, Lumirin sənə demədiyi çox şey var. O səni hələ də sevir. Onu bağışlayaraq ikinizi də bu əzabdan qurtara bilərsən."
"Yox, Eryas. Mən ona görə bütün ailəmi və bədənimi itirdim. Bədənimi itirməyim mənim günahım olsa da ona görə qardaşımı və ailəmi öldürdülər. Olmaz."
"Məncə elə deyil Aura. Amma yenə də sən bilərsən." Aurian ayağa qalxdı.
"Nəysə artıq mən gedim."
"Yaxşı gedə bilərsən." Aurian otaqdan çıxdıqdan sonra Eryas pencərə önünə yaxınlaşaraq ətrafı seyr etməyə başladı. Gözləri qarşısında ki meşə də olsa da ağlı başqa yerdə idi. Ağlı Elerya da idi. Eryas meşəyə baxa baxa gülümsəməyə başlamışdı çünki ağlına Elerya ilə olanlar gəlirdi. Eleryanın gülüşü, baxışı, saçları, barmaqlarıyla oynamağı.. Eryas bir şeyə fikir vermişdi ki Elerya dərs zamanı sakit otursa da yerində durabilmirdi. Ya saçıyla oynayırdı yada barmaqlarıyla. Eryas ağlına gələnlərlə güldü. Hələ bir gün ilk dərsdə bir yerdə olsalar da Elerya haqqında hərşeyi əzbərləmiş görünürdü. Eleryanın sol yanağında kiçik bir xal görmüşdü. Onun xal olub olmadığı anlamaq üçün Eleryaya yalandan "üzündə bir şey var" bəhanəsi uydurmuş və o xala toxunmuşdu. Onun yanağına toxunmaq belə Eryası həyacanlandırmışdı. Bütün dərs müddətində Eryasın fikri ancaq Elerya da olmuşdu. Elerya onun yanına gələndə əvvəlkindən daha çox sevəcəyini bilirdi amma bu dərəcə olacağını fikirləşməmişdi. Elerya indi onunla küs olsa da bilirdi ki Elerya onunla tez bir zamanda barışacaq çünki Elerya özünü Eryasa daha yaxın hiss etdiyini görürdü Eryas. Birdən qapının döyüldüyünü eşitdi. "Gəl." Qapıdan içəriyə Zeynanın girdiyini gördü. Bildirmədən gözlərini süzdürdü. Bu qızın burada nə işi var idi axı? Elerya onun bu otağa girdiyini görsə hərşeyi səhv anlayacaqdı. "Buyur Zeyna nə lazım idi?" Dedi Eryas soyuq bir səslə. Zeyna yatağın qarşısında olan kresloya oturdu.
"Heç bir şey sadəcə biraz söhbət etməyə gəlmişəm."
"İndi işim var, sonra. Həm mənim otağımda söhbət etmək düzgün deyil." Zeyna ayağını ayağının üstünə atdı.
"Nəyi düzgün deyil? Yadıma gəlir ki dünən axşam sən yeni gələn keşikçinin otağından çıxmışdın tək." Eryas söyüş söymək istəsə də özünü saxladı. Hər nə olursa olsun onun qarşısında bir qadın olduğu üçün söyüş söyməyəcəkdi.
"Nə üçün gəlmisən Zeyna işim var axı dedim. Axşam yeməyi vaxtıdır düş yeməyini yedə."
"Bu yeni gələn keşikçi var e, Elerya. O biraz axmaqdı deyəsən." Eryas əllərini arxasında bağlayaraq yumruqlarınl var gücü ilə sıxdı. Səbrini sınayırdı.
"Zeyna tanımadığın insanlar haqqında belə danışma. Mənimlə kiminsə haqqında heç danışma." Dedi sərtcə.
"Əsəbləşmə. Sadəcə sənə deyirəm bunları."
"Demə."
"Səhər arxasına baxa baxa yeriyərkən mənimlə toqquşdu ona görə dedim axmaqdı. Qabağına belə baxmır yeriyəndə." Eryas nəfəsini verdi.
"Ola bilər ki bir şey diqqətini çəksin və səni görməsin. Hər qabağına baxmayan insan axmaq olmur."
"Olur məncə."
"Bəs sən mənimlə neçə dəfələrlə 'bilməyərək' toqquşmusan. Onda səndə axmaq adlandırılmalısan məncə." Zeyna yerində narahat olaraq tərpəndi. Eryasın dediyi söz ona təsir etmişdi. Nəticə də doğrular acı olurdu.
"Məncə söhbət bitdi zəhmət olmasa çıxa bilərsən?" Zeyna əsəbi şəkildə ayağa qalxdı.
"Məni danışdırma Eryas." Saçını arxaya ataraq otaqdan çıxdı.
"Səni danışdırmamaq mənim üçün mükafat olar, cəza yox." Dedi arxasınca.
********
Eryas duş aldıqdan sonra yeməkxanaya düşməyə başladı. Yeməkxanaya gəldiyi zaman gözü Eleryanı axdardı. Onu tapdığı zaman onun Eryasın yan tərəfində qoyduğu yerdə oturduğunu gördü. Dodaqları qıvrıldı. Yerinə keçərək oturdu. Elerya onun üzünə baxmır ancaq yeməyini yeyirdi, ancaq Eryasın gəldiyini görmüşdü.
******
Elerya.
Səncə düz etdim belə edərək?
Düz etdin, belə olmalı idi.
Onların günahı yoxdu Aurianın heç yoxdu.
Var. Özünü bağışladacaq.
Ümid edirəm elə olar.
Qarşımda ki yeməyi yemək əvəzinə sadəcə yeməyə baxırdım. Normal da bildiklərimi onlardan eşitmiş amma sanki ilk dəfə eşidirmiş kimi reaksiya vermiş və onlarla sərtcə danışaraq yanlarından ayrılmışdım. Aurian ilə o dərəcə sərt danışmaq istəmirəm amma oyunu qaydasına görə oynamaq məcburiyyətində qalmışdım. Yemək boyu neçə dəfə Aurianın səsini eşitsəm də cavab verməmişdim. Hətta o içimdə dediklərimi eşitdiyi üçün o gedənə qədər ancaq mahnı oxumuşdum. İçimdə ki bir hisslə başımı qaldırdığımda Eryasın gəldiyini gördüm və tez yeməyimi döndüm. Mənim ona baxdığımı görsün istəmirdim. Peşman olduğumu fikirləşməyini istəmirdim. Zatən indidən peşman olmusan da.
Onun bilməyinə ehtiyac yoxdur.
Sanki ən çox onun bilməyinə ehtiyac var.
Sus.
Başımı sallayaraq nəqədər zamandı yemədiyim yeməyimi birdən yeməyə başladım. Eryasın mənə baxdığını hiss etsəm də ona baxmırdım. Baxmamaq üçün can çəkişir kimisən.
Sus da!
Eryas masaya yaxınlaşaraq yerinə oturdu. Əlini masaya qoyduğu zaman əli mənim əlimə dəydi. Əlimi sərt şəkildə çəkdim. Ona baxdığım zaman çapkınca gülümsəyirdi. Həm suçlu idi həm də güclü? Qaşlarımı çatdım. Başımla ona 'nə var' dedim. Dodaqlarını büzdü və çiynini çəkdi. 'heçnə' deyərcəsinə. Yeməyimə döndüm.
"Elerya, sənə təşəkkür edirəm. Sənin sayəndə aşbazımız dəyişdi." Dedi Daryon. Elovendə ona qoşularaq başını salladı.
"Mən nə etdim ki?"
"Necə yəni nə etdim? Sən olmasaydın Eryas aşbaz dəyişdirərdi heç."
"Dəyişdirməzdi?" Deyə təəccüblə soruşdum. Cıqladı.
"Dəyişdirməzdi." Eryas qaşlarını çataraq Daryona baxdı.
"Sən nə vaxt məndən bir şey istədində etmədim?"
"Nəvaxt etdin ki istədim?"
"Ya səbr.. ya səbr.." Eryas səbr çəkərək yeməyinə döndü. Sakitcə güldüm. Bu ikisinin davalarını sevmişdim. Yanımda oturan Niveranın qoluma toxunduğunu hiss etdim. Ona tərəf baxdım.
"Necə keçdi bugün dərs?" Deyə maraqlı şəkildə soruşdu.
"Normal yaxşı idi. Səndə necə keçdi? Sinifini necə tapdın?" Qarşısında oturan Daryona baxdıqdan sonra gözlərini süzdürdü. Daryona baxdığım zaman gülərək önünə dönmüşdü.
"Necə tapacam səncə. O kömək etdi."
"Kim?" Gözləriylə Daryonu işarə etdi. Güldüm.
"Sevmədin deyəsən onu?"
"Əlbəttə ki yox. Çox əsəblərimi pozur hələ ilk gündən."
"Tək sənin əsəblərini pozmur gördüyün kimi."
"Bizə çoxlu çoxlu səbr nə deyim başqa." Gülərək Veyraya baxdığım zaman onun sakitcə yeməyini qarışdırdığını gördüm.
"Veyraya nolub?"
"Bilmirəm ki. Dərsdən gələndən sonra belədi." Yenidən Veyraya baxdım.
"Veyra," deyə qısa səslə çağırdım. Başını qaldıraraq mənə baxdı.
"Hə?"
"Nolub sənə?" Başını iki yana salladı.
"Heçnə olmayıb gözəlim. Başım ağrıyır biraz." Heç inandırıcı olmamışdı amma nəysə. Yeməkdən sonra yanına gedərdim. Başımı salladım və yeməyimə döndüm.
********
Axşam yeməyindən sonra hərkəs otaqlarına çəkilmişdi. Kalidorlar da yeməkxana da çox az keşikçi qalmışdı. Yeməkxanadan iki çay və şirniyyat götürərək üst qata çıxmağa başladım. Veyranın otağının harada olduğunu bilmədiyim üçün Lunadan soruşmaq istəyirdim. Amma Luna heç yerdə yox idi. Pilləkənləri yavaş yavaş qalmağa başladım. Hər otağın yanında keşikçilər adı yazıldığı üçün Veyranında otağını tapmaq mənim üçün çətin olmayacaqdı. Pilləkənləri qalxdıqdan sonra sol tərəfdən başlayaraq bütün otaqların adlarına baxmağa başladım. Qarşımda ki sinifə baxdığım da səhər qarşılaşdığım qadının, otağının qarşısında olduğumu gördüm.
Zeyna Serenel. Əqrəb bürcü keşikçisi.
Çox yaxın durmamalısan.
Bilirəm.
Hərşeyini deməməlisən.
Onu da bilirəm sus.
Zeynanın otağını keçərək digər sinifə baxdım.
Daryon Veylan. Xərçəng bürcü keşikçisi.
Bu otağı da keçdim.
Vaelor Darian. Qoç bürcü keşikçisi.
Buda yox.
Lorien Valen. Qız bürcü keşikçisi.
Buda deyil! Hardadı axı bu qızın otağı. Qarşıya tərəf yeriməyə dəvam etdim. Biraz qabaqda mənim otağım vardı. Öz otağımı keçərək yoluma dəvam etdiyim zaman otağımın yanında ki otaqdan Eryasın çıxdığını gördüm. Eryasın nə işi vardı bu otaqda? Səncə? Off! Eryas ilə yan yana idi otaqlarımız? Məni gördüyü zaman gülümsəyərək mənə tərəf yaxınlaşdı.
"Nə edirsən burada ulduzun qızı? Yoxsa əlində iki çayla mənim yanıma gəlirdin?" Yuxunda görərsən sənin yanına gəlməyimi! Çox böyük danışırsan.
Sən sus.
"Yox. Sənin otağını niyə axdarım?"
"Axdarmarsan?"
"Yox!" Dodaqlarını büzdü.
"Qəlbini qırırsan axı ulduzun qızı." Göz süzdürdüm, və arxasında olan otağın adına baxdım.
Eryas Karlos. Şir bürcü keşikçisi.
İşimiz varda!
"Mənim yanıma gəlmirdinsə kimi axdarırsan?" Əslində ondan kömək istəməyəcək özüm axdaracaqdım amma çaylar soyuyurdu və otağı tapmırdım. Güya da. Bəhanəyə bax.
Sakit durda bəhanə deyil.
"Veyranın otağını axdarıram bilmirsən hardadı?" Gözləri ilə bütün kalidoru yoxladı.
"Bu kalidorun sonuna qədər get, Nivera ilə Veyranın otaqları ordadı." Əli ilə gedəcəyim tərəfi göstərdi. Başımı salladım.
"Bildim, çoxsağol."
"Nə demək. Bir ara mənimdə yanıma gözləyirəm çay ilə şirniyyatla."
"Yuxunda görərsən Eryas!" Qəh-qəhə çəkdi.
"Görərik."
Eryasın göstərdiyi tərəfə doğru addımlamağa başladım. Çox əsəb edirdi məni. Həm mənə yalan danışırdı həm də burada mənimlə zarafatlaşırdı. Kalidorun sonuna çatdığım zaman bir otağın qarşısında durdum.
Veyra Durell. Oğlaq bürcü keşikçisi.
Dərin nəfəs aldım. Axır ki tapdım. Qapını döyərək içəri keçdiyim də Veyranın kreslo da oturaraq kitab oxuduğunu gördüm. Mən otağa girdiyim zaman başını qaldıraraq mənə baxdı və gülümsədi.
"Vayy Elerya xanım. Xoş gəlmisiniz." Gülərək yanına oturdum.
"İstəyirsənsə gedim?"
"Yox, yox, istəmirəm getmə." Başımı salladım və ona gətirdiyim padnosu göstərdim.
"Bax sənə çay və şirniyyat gətirmişəm. Biraz söhbət edək istədim."
"Nə haqqında?" Şirniyyatdan bir dənə götürərək arxaya söykəndim.
"Sənə nolmuşdu bugün? Heç kefin yox idi sanki?" Gözlərini qaçırdaraq çaydan bir udum aldı.
"Çay nə yaxşı soyumayıb."
"Veyra. Söhbəti fırlatma. Bir sual verdim." Ofuldadı.
"Heç bir şey sadəcə biraz halım yox idi."
"Dəqiq?" Başını salladı.
"Dəqiq." Bir şey olubsa əgər birazdan rahatlayacaq və danışmağa başlayacaqdı. Bu zaman ərzində onu gözləyərək otağa göz gəzdirməyə başladım. Bir çalışma masası, böyük bir yataq, və paltar şkafı vardı. Divarlarının rəngi açığa çalan bir krem rəngi idi. Divar da iki, üç rəsm vardı. Rəsmlərin birində oğlaq bürcünə aid bir qadın təsvir edilmişdi. İkinci rəsm də-
"Bugün dərsdə müəllim Luciana əvvəl keçdikləri dərsləri mənə öyrətməyini istədi. Amma Lucian istəmədi, Elovenə yıxdı ki o öyrətsin. Nəymiş vaxtı yox imiş! Məndə ondan ötrü ölmürəm ki! Amma müəllim ona qulaq asmadı və dedi ki; o öyrətsin məni. Mən ona nə etdim ki belə davranır." Deyərək bir nəfəsdə danışdı. Kefi olmamağının səbəbi ortaya çıxmışdı. Ona döndüm.
"Lucianın belə davranmağı qəlbini qırdı?"
"Biraz. Çünki mən hələ onu heç tanımıram, eyni şəkildə oda məni. Və o mənə belə davranır." Qolunu sığalladım və sonra əlini tutdum.
"Əsəbi bir vaxtında olmuş olabilər. Yada onun normalı belədir bəlkə?" Başını iki yana salladı.
"Bilmirəm Elerya. Mənim incimə səbəbim məni tanımayaraq belə davranır. Tanıyaraq belə davransaydı bəlkə ona bir səbəb yaranardı amma indi heç bir səbəb yoxdur axı."
"Məncə ondan niyə belə davrandığını soruşa bilərsən, səni narahat etdiyini səbəbini öyrənmək istədiyini bildirə bilərsən."
"Bilmirəm əgər belə dəvam etsə bəlkə dedim."
"Narahat olma gözəlim. Belə şeylərə çoxda fikir vermə əsəbi vaxtında olmuş olabilər." Başını salladı. Məndə çayımsan içməyə başladım.
"Səndə necə gedir? Sinifdə falan?" Deyə Veyra soruşdu.
"Normal. Müəlliməm yaxşıdı. Dərslər də elə sinifdə elə."
"Bəs ürəyini sıxan nədir?" Ürəyimin sıxıldığını mən demədən başa düşən nadir insanlardan idi Veyra. Ürəyimi sıxan, onların mənə yalan danışdığını öyrənməm deyildi. Mənim onlara yalan danışmam idi. Başlama yenə məcbur olduğunu bilirsən.
Bilirəm, amma əlimdə deyil.
"Nə olacaq. Bilirsən? Eryas ilə Aurian birləşib mənə yalan deyiblər."
"Nə haqqında yalan deyiblər?"
"Bizi başçılarımız qorumurmuş. Hərəmizin yanında bir ruh var imiş! Yəni mənim yanımda var olduğunu bilirdim. Amma sizin də yanınızda var imiş və onu mənə deməyiblər. " Dərin nəfəs verdim. "Aurian mənə demişdi ki Eryasın atası yəni başçı qoruyurdu səni amma xəstələndiyi üçün Eryas qorumağa başlayıb. Daha demirlər ki ən başından Eryas qoruyurmuş! Hələ, hələ məni başqa bir ruh qoruyurmuş, amma o ruh o gecə başqa yerə getdiyi üçün mənim anam və atam ölübmüş!" Veyra çaşqınlıqla mənə baxırdı. Nə deyəcəyini nə cavab verəcəyini bilmirdi. Boğazını təmizlədi.
"Elerya sənə bir şey demək istəyirəm." Səndə mənə yalan danışmısan Veyra? Sən nə yalan danışmısan? Başımı salladım.
"Buyur de." Əllərimi tutdu.
"Amma əsəbləşməyəcəksən. Söz ver." Qaşlarım qalxdı.
"Nəyə əsəbləşməyəcəm Veyra düzgün əməlli de." İkinci dəfə boğazını təmizlədi.
"Sənin bizə bura gələcəyimizi dediyin günün əvvəli mən gecikdim e." Başımı salladım. "O günü mənə adamlar sataşmışdı, məni qoruyan ruhun olduğunu o gün öyrənmişdim."
"Və sənin başına bu qədər şey gəlir amma sən mənə demirsən?"
"Deyə bilmədim, ruh qoymadı." Qəh-qəhə çəkdim.
"Hamıda hər şeyi bilib mənə demir? Mənə desəydiniz nəyi məhv edəcəkdim başa düşmürəm e!" Deyərək əsəblə ayağa qalxdım. "Səhəri gün restoranda olanda sənə başçının qoruduğunu dedirttirən ruh idi?" Başını salladı. Güldüm. "Nə gözəl, nə gözəl. Zatən hiss etmişdim kimsə sənə nə isə deyir. Amma elə bilmişdim başçındı."
"Elerya."
"Başçı niyə bu qədər yaxından qayğı göstərsin ki hə? Mənim mallığım olub." Deyərək otaqdan çıxacağım zaman Veyra məni dayandırdı.
"Elerya, bax məndən inciməyini istəmirəm. Mən məcbur qalmışdım." Veyra döndüm və onu qucaqladım.
"Canım, mən səndən incimirəm. Mən bilirəm kimin burnundan gətirəcəm sən narahat olma."
"Kimin burnundan gətirəcəksən?"
"Hər şeyin altından çıxanın." Yanağından öpdüm və otaqdan çıxdım. Aurian idi deyil mi? Veyranın ruhuna yalan danışması lazım olduğunu deyəndə Aurian idi. Özü yalan danışmağı bəs etmirmiş kimi başqalarını da mənə yalan danışmağa məcbur etmişdi. Bizdə ona yalan deyirik Elerya. Zamanı gələndə öyrənəcək, səncə onda üzümüzə baxacaq? Hərşeyi yalandan edirik və ona yalan danışırıq Elerya. Eryasa da elə. Onlarda məcbur qalmışdılar, amma sən onlara böyük reaksiya verirsən. Səncə bunların yalan olduğunu bildiklərində yenə də yanında olacaqlar? Aurian səni qoruyacaq? Səni güldürməyə çalışacaq? İnanma. Olmayacaq elə. Buna görə onlara davranışlarına və sözlərinə diqqət et çünki zamanı gələndə hamısı qarşında duracaq. Onları indi sən bağışlamalısan ki sənin məcbur olduğunu gələcək də görsünlər.
Yox Elerya! Onda hər şeyi bildiyini fikirləşə bilərlər unutdun mu? Verdiyin sözü, razılaşmanı, o ağlayan uşağı unutdun? Onun üçün edirsən bunları. Onun qisasını almaq üçün. Ağlayan uşaq... Otağında yalnız başına yerə çökmüş ağlayan o oğlan uşağı.. Çarəsizcə səni gözləyən o uşaq.. Elerya.. Sən zatən bunları o gördüyün uşaq üçün edirsən. O bunu anlayacaq və sənə daha çox bağlanacaq. İndi bunları etməyə məcbur olduğunu anlayacaq. O səni həmişə anlayır, anlayacaq. Parkta yığıldığın zaman səni qaldıran o görünməz gənc.. Dalaşdığın zaman haqsız olsan belə sənin üçün sənə qışqıran oğlanı ağladan o gənc.. o səni hər zaman başa düşür Elerya. Məcbursan, məcburiyyətini oda görəcək.
Kalidor da otağıma tərəf getdiyim də yenə beynimdə həmən şeylər canlanmışdı. Anlayardı mı həqiqətən məni? Otağa girərək qapını bağladım və qapıya söykəndim. Məni bağışlayın. Sizə bu qədər yalan danışıram, amma məni başa düşəcəyinizə inanıram. Tumbucqanın üstünə baxdığım zaman qrafinkada suyun bitdiyini gördüm. Boğazım qurumuşdu, suya ehtiyacım vardı. Otaqdan çıxaraq pilləkənlənlərə tərəf yeriməyə başladım. Nəfəs alışım azalırdı, nədənsə özümü pis hiss etməyə başlamışdım. Gözlərim qararır, qarşımı görməyim çətinləşirdi. Pilləkənlərə yaxınlaşdığım zaman artıq ayaqlarımın altını görmədiyim üçün pilləkənin birini basmayaraq digər pilləkənə addımladığım zaman tarazlığımı saxlaya bilmədim və az qalsın yıxılırdım. Az qalsın.. Aşağı düşəcəyim zaman bir əlin məni tutduğunu hiss etdim. Qolları ilə bədənimi sararaq arxaya çəkdi. Yarı açıq gözlərlə kimin məni tutduğuna baxdım. Eryas idi məni tutan.
"Noldu Elerya? Yaxşısan?" Yerə oturdu bə dizlərinin üstünə çökərək məni tutmağa dəvam etdi.
"Yaxşıyam, başım fırlandı bir anlıq." Üzümə gələn saçlarımı kənara çəkdi.
"Ehtiyatlı ola bilmirsən? Ya mən olmasaydım nə olacaqdı? Pilləkənlər nə qədər uzundu xəbərin var sənin?" Ofuldadım.
"Kefimizindən yıxılırdıq elə bil. Başım fırlandıda."
"Otağında niyə deyilsən?" Qalxmağa çalışdım amma hələ başımın fırlanmağı keçməmişdi. Eryas bunu gördüyü zaman yenidən məni özünə çəkdi.
"Nə edirsən Eryas? Çəkil duracam."
"Çoxda dura bilirsən axı. Otaqda niyə deyilsən dedim."
"Su qurtarmışdı, susundan yanırdım ona görə."
"Köməkçilərdən istəyə bilmirsən?" Əlimlə alnıma vurdum.
"Ya səbr.. ya səbr.." deyə fısıldadım.
"Sənə yox e, mənə səbr lazımdı." Ayağa qalxaraq məni qucağına aldı. Nə edirdi bu!
"Neynirsən Eryas düşürt məni aşağı!" Qucağında nə qədər çırpınsam da məni yerə qoymayaraq kalidorda yeriməyə başladı.
"Dinc dur ulduzun qızı." Əlim ilə belinə vurdum.
"Burax məni dedim! Səhv başa düşəcəklər Eryas!" Göz ucu ilə mənə baxdı.
"Nəyi səhv başa düşəcəklər? Gəlsinlər soruşsunlar mən düzünü deyərəm."
"Düşürt dedim məni aşağı!" Bir anda məni yerə atacaqmış kimi etmiş, sonra da geri çəkmişdi.
"Eryas!" Qəh-qəhə çəkdi.
"Çox danışırsan e ulduzun qızı." Çırpınmaqdan imtina etdim çünki bir işə yaramırdı.
"Hara aparırsan Eryas?" Dodağının sağ tərəfi qıvrıldı.
"Otağa."
"Kimin otağına?"
"Mənim."
"Nə?!" Qucağında daha çox çırpınmağa başladım. "Eryas düşürt məni! Sənin otağında nə işim var mənim!" Qollarından tutaraq onu silkələdim amma heç bir təsiri olmamışdı etdiyimin. "Eryas! Burax dedim!"
"Su istəyirəm demirdin! Su verəcəm də! Çox tərbiyəsizcə düşünürsən." Öz dediyinə güldü odun.
"Mətbəxdə varıydı da su. Mütləq sənin otağına getməliyəm mən?!" Yerində dayanaraq mənə baxmağa başladı. "Nə var?"
"Mətbəxə səni belə qucağımda aparsam onda səhv başa düşərlər Elerya. Otağımda var su içib çıxarsan yeməyəcəm səni."
"Yeməyəcəyin də məchuldu amma nəysə." Qəh-qəhə çəkdi. Otağının qapısının ağzında dayandı.
"Aç qapını ulduzun qızı." Göz süzdürdüm və əyilərək qapını açdım.
"Keç ulduz tozu!" Gülümsədi. Qapıdan keçdikdən sonra qapını bağladım. Yatağın yanına yaxınlaşaraq məni yatağa oturtdu. Onunda yatağının yanında tumbucqa, tumbucqanın üstündə isə qrafinka ilə bir stəkan vardı. Yataqda arxaya söykənərək əllərimi qarnımın üstündə bağladım və ona baxmağa başladım. Qrafinkadan stəkana su dolduraraq mənə uzatdı. Madam ki məni öz otağına gətirmişdi, biraz qulluğun ziyanı olmazdı deyil mi? Əllərimi yuxarı qaldırdım və geri saldım. "Bax Eryas əllərim tutmur, bayaqları az qalsın yıxılırdım e ona görə." Gülməyə başladı.
"Mən içirdim?" Dodaqlarımı büzdüm.
"İçirdə bilərsənsə içirt. Məndə susundan bir yanıram inanmarsan." Daha çox güldü.
"Əlbəttə ulduzun qızı." Deyərək stəkanı mənə yaxınlaşdırdı və suyu içməyə kömək etdi.
"Bəsdi? Yoxsa yenə isdəyirsən?" Başımı salladım.
"Bəsdi bəsdi. Təşəkkürlər su qədər ömrün olsun." Gülümsədi.
"Səninlə bir yerdə." Ona baxdığım zaman gözlərini məndən ayırmadan gözlərimə baxırdı. Boğazımı təmizləyərək başımı aşağı saldım və əllərimlə oynamağa başladım. Yanıma oturdu.
"Məni bağışlamısan?" Yenidən ona döndüm. Necə bağışlamazdım ki? Mən səndən inciməmişəm Eryas. Mən səndən heç vaxt incimərəm, amma sən bəlkə də məni bağışlamayacaqsan. Sənin heç bir günahın olmayıb ki səni bağışlayım. Amma sən bəlkə bağışlayarsan, qıymarsan mənə. Gözlərimin dolduğunu anladığım an başımı aşağı salladım və başımı salladım.
"Bağışladım, amma birdə belə bir şey olmasın." Güldü.
"Baş üstə ulduzun qızı olmaz birdə."
Gülümsədim məndə. Gülümsəməkdən başqa nə edə bilərsən ki? Yuxum gəlməyə başladığı üçün əsnədim.
"Çəkil mən artıq gedim otağa. Yuxum gəlir." Ayağa qalxaraq mənə yol verdi. Yataqdan qalxmaq istədiyim zaman yenidən başım fırlanmışdı. Noldu e mənə! Başqa vaxtı olmurdu Eryası gördü? Eryas qolumdan tutaraq yatağa oturtdu.
"Əgər istəyirsənsə sən burda yat. Mən başqa otağa gedərəm." Eryasa döndüm. Qorxmuş gözlərlə mənə baxırdı. "Noldu ki sənə? Niyə belə oldun sən? Yemək yemədin?"
"Yedim Eryas narahat olma. Həm yox burda qala bilmərəm. Otağa getməliyəm." Nəfəsini verdi.
"Gedə bilirsən axı getməyə Elerya. Sözə qulaq asda biraz."
"Eryas, necə qalım burda mənim öz otağım varda." Əllərini belinə qoyaraq başını yuxarı qaldırdı. Səbr diləyərcəsinə.
"Çox inatçısan həqiqətən." Deyərək məni yenidən qucağına aldı.
"Eryas! Yaman öyrəşdin qucağına almağa düşürt məni!"
"Mənə bax inatçı ulduz!" Dedi sərtcə. Bağışla məni Eryas amma heç sərt ola bilmirsən mənə qarşı. Qaşlarımı qaldırdım.
"Baxdım ulduz tozu?" Boğazını təmizlədi.
"Baxmasaydın yaxşıydı." Gülməyə başladım.
"Baxdım. Sözünü de."
"Dinc dur otağına aparım yat orda. Burda qalmırsansa sakit dur. Ayağa qalxa bilmirsən." Düz deyirdi. Birdən birə mənə nolmuşdu bilmirdim. Çarəsizcə başımı salladım. Qapıya yaxınlaşaraq başıyla qapı qulpunu göstərdi. Gözlərimi süzdürərək qapını açdım. Qapıdan çıxdıqdan sonra yenə mən bağlamışdım. Kalidorda yeriyərkən tez-tez ətrafa baxırdım, çünki kimsə bizi bu halda görsün istəmirdim.
"Narahat olma ulduzun qızı. Hamı yatmış olar bu vaxtı." Rahatladığımı göstərərək bir əlimi boynuna atdım. Bir mənə birdə əlimə baxdı.
"Nə baxırsan dəvam etdə."
"Mümkündür sanki dəvam etmək.." deyərək fısıldadı amma mən bunu eşitmişdim. Mən narahat olanda o rahat ola bilirdi. Biraz yerləri dəyişdirsək pis olmazdı. Mənim otağıma gəldiyimizdə qapını açdım və içəri keçdik. Yatağıma otuzdurdu məni. Ona baxdım.
"Təşəkkürlər Eryas. Kömək etdin və su verdin mənə." Gülümsədi və başını salladı.
"Nə demək ulduzun qızı. Sən yaxşı ol, bəsimdi." Axşam fikirləşdiklərimin hamısını alt üst etmişdi belə edərək. Mən ona belə davranmayacaqdım ki, əsəbləşəcək ona trip atacaqdım. Güya. Gülümsədim. Eryas yanıma yaxınlaşaraq yorğanı açdı və əli ilə işarə etdi.
"Gəl, uzan dincəl." Bütün planlarımı alt üst etdiyini demişdim. Başımı sallayaraq açdığı yerə keçdim.
"Özüm edə bilərdim Eryas."
" O şüphəsiz ulduzun qızı. Amma mən olan yerdə sənin etməyinə ehtiyac yoxdur." Gülümsədim. Yorğanı boğazıma qədər örtdü. Gözlərim böyüdü.
"Neynirsən Eryas? Boğuldum burda!" Güldü.
"Boğulmarsan, boğulmarsan. İsti olsun." Dedi amma yorğanı biraz aşağı saldı. "Yaxşıdı belə?" Başımı salladım. Üzümə gələn saçları yenə etdiyi kimi kənarə çəkdi. Dərin içini çəkdiyini gördüm. Sanki getmək istəmirdidə məcbur idi. Elə deyil onsuzda?
Sus da!
Boğazını təmizləyərək özünü toparladı. "Yaxşı onda mən gedim, səndə yat. Sabah səhər tezdən çalışmağa başlayacayıq."
"Nəyə çalışacağıq anlamadım?"
"Dərs çalışacağıq. Müəllimə deməmişdi mən səni çalışdırım." Hə demişdi.
"Hə, bəs dərsə getməyəcəyik?" Başını iki yana salladı.
"Yox. Bir gündən bir gedəcəyik. O bir günündə çalışacağıq."
"Yaxşı."
"Yaxşı. Mən gedim, gecən xeyrə." Gülümsədim. Gülümsərkən yenə gülüşümə baxmış və sonra baxışlarını çəkmişdi.
"Xeyrə qarşı, sağol." Başını salladı. Çıxacağı zaman geriyə dönərək boş olan qrafinkanıda götürdü.
"Mən bunu doldurub, gətirib qoyaram, susayanda içərsən. Birdə düşmə aşağı."
"Yaxşı, çoxsağol." Eryas son dəfə mənə baxaraq otaqdan çıxdı.
******
Eryas çıxdıqdan sonra yuxuya getməyə başladığım anlarda qapının açılma səsini eşitmişdim. Yuxum daha ağır olduğu üçün ayıla bilməmişdim. Tumbucqanın üstünə bir şeyin qoyulduğunu eşitdim. Sonra isə saçımın sığallandığını hiss edirdim.
"Sən təki yaxşı ol. Sənin üçün hər şeyi etməyə razıyam gözəlim. Hər zaman yanındayam, hər nə olsa da səni tək buraxmayacam." Deyərək Eryas otaqdan çıxmışdı. Heç bir şey edəbilməmişdim sadəcə gözlərimdən sakitcə yaş axmışdı.
******
Səhər oyanan kimi tumbucqanın üstünə baxdım. Gecə olanların həqiqət olub olmadığına əmin olmaq üçün. Tumbucqaya baxdığım zaman, qrafinkanın yarıya qədər su ilə dolu olduğunu, stəkanda da su olduğunu gördüm. Öz özümə gülümsədim. Dedikləri həqiqət idi. Həqiqətən demişdi. Sevinclə yerimdən qalxaraq şkafa tərəf yaxınlaşdım. Ağ çiyinləri açıq köynəklə birləşmiş, qəhvəyi korsetli və tünd yaşıl büzməli ətəkdən ibarət olan geyimi götürdüm. Bugün bu paltarı geyinəcəkdim. Tez bir şəkildə yeməkxanaya endim. Yemək yeyərkən gözüm Eryası axdarsada nədənsə Eryas ortalıqda yox idi. Dərsi keçəcəyimiz yerə hazırlayır ola bilərdi. Yeməyimi yedikdən sonra Yeməkxanadan çıxaraq Eryası axdarmağa başladım. Adam bir harada olduğunu deyərdidə! Mən necə tapım indi onu. Boş kalidorda gəzərkən qarşıdan Eryasın gəldiyini gördüm. Nədənsə onu gördüyüm zaman rahatlamışdım. Yanıma gələrək qarşımda durdu.
"Sabahın xeyir ulduzun qızı. Necə oldun yaxşısan?" Artıq onun mənə "ulduzun qızı" deyə səslənməsinə öyrəşmişdim.
"Hər vaxtın xeyir Eryas. Hə yaxşıyam." Başını salladı.
"Yeməyini yedin?"
"Hə yedim." Əli ilə qarşıyı göstərdi.
"Gəl, gedək o zaman. Vaxtımız getməsin." Başımı salladım. Göstərdiyi yerə doğru getməyə başladıq. Kalidorun sonuna çatdığımız zaman qarşımızda sadəcə bir qapı olduğunu gördüm. Eryas qapını açaraq mənim keçməyim üçün yol verdi. Pilləkənləri düşərkən Eryasın yanımda duraraq qolumu tutduğunu hiss etdim. Eryasa baxdığımız zaman həqiqətən də qolumu tuturdu.
"Eryas qolumu niyə tutursan?" Mənə döndü.
"İşdi birdən yıxılıb eliyərsən, birdə sənə görə narahat olmayaq." Güldüm.
"Narahat olma yıxılmaram." Çiynini çəkdi.
"Elerya qabağına bax və yoluna dəvam et." Mənimlə sərt danışdığı üçün ondan qolumu sərtcə çəkərək pilləkənləri düşmək istəyəndə az qalsın yenə yıxılırdım. Eryas son anda məni tutmuşdu. Dinc dursan olmurda.
Yox. Olmur.
"Gördün, nə demişdim sənə Elerya!" Dikləşərək yenidən düşməyə başladım. Yenidən qolumu tutmuşdu, amma bu dəfə sıxı bir şəkildə.
"Sənə görə oldu." Pilləkənləri düşdükdən sonra bir məşq zalına çatmışdıq. Zalın ortasında dairəvi, gümüşü mərtəbə vardı - üzərində bürclərin nişanələri parıldayırdı. Divar boyunca müxtəlif silahlar düzülmüşdü: qılınclar, nizələr, qalxanlar, hər biri fərqli bir enerjiylə titrəyirdi. Tavandan asılan kristallar zəif, amma isti işıq saçırdı. Heyran gözlərlə ətrafa baxırdım. Eryasa baxdığım zaman onunda mənə baxdığını gördüm.
"Xoşuna gəldi?" Gülümsədim.
"Çox gözəldir bura Eryas." Deyərək həyacanla danışdım.
"Gəl, məşqlərə başlayaq yavaş-yavaş." Başımı sallayaraq Eryas ilə zalın ortasına tərəf yeriməyə başladıq.
