17. bölüm · Zodiakın keşikçiləri
XVI. Bölüm.
Ardia şəhərində son gün.
Elerya ilə qızlar son dəfə işlədikləri restorana gəlirdilər. Burada ki son günləri idi. Onlar restorona Samel ilə sağollaşmağa gəlmişdilər.
" Elerya Aurianı göndərdim Zodariaya. O elə bilir ki bir missiya var. Tez ol."
" Yaxşı.."
Nivera Samelə yaxınlaşaraq onu qucaqladı.
" Çox qıcıq birisən, amma olsun yenə də sevirəm səni balaca."
Samel güldü. " Nivera chef məndə sizi sevirəm." Pıçıldadı. " Sizdə qıcıqsınız amma olsun." Nivera qəh-qəhə çəkdi.
Niveradan sonra Veyrada Samelin yanına gələrək onunla qucaqlaşdı. " Özünə yaxşı bax pinti."
Elerya güldü. " Aa Veyra niyə elə deyirsən? Ayıbdı axı."
Veyra Eleryaya göz süzdürdü. " Sən nə demək istədiyimi anladında balaca?"
Samel gözlərini qısaraq başını salladı.
" Çox yaxşı anladım sizi Veyra chef."
Biraz sonra Elerya Liranın səsini eşitdi.
" Elerya, Aurian sadəcə 20 dəqiqə Zodariada olacaq. O zamana qədər qardaşınla danış və vidalaş qızım." Elerya başını salladı.
Elerya Niveraya heçnə demədən baxdığında Nivera anladı. " Yaxşı biz çıxaq sizdə sağollaşın gəlin."
Qapıdan çıxdıqlarında Veyra qapını bağladığında Eleryaya göz qırpdı. Bu Terragonun çıxdığı mənasına gəlirdi.
Nivera ilə Veyra Samellə qapının ağzında Eleryanı gözləməyə başladılar. Veyranın ruhu Veyranın yanında olduğundan heçnə də şüphələnməyəcəkdi. Tələsirdilər. Əsas da Elerya. Qardaşından necə ayrılacağını bilmirdi. Amma məcbur idi. Gələcək də görüşəcəkdilər. O zamana qədər Samel Eleryanı unudacaqdı amma onu gördüyündə xatırlamağa başlayacaqdı.
Elerya Sameli divarın kənarına çəkdi. Əllərini onun yanaqlarına qoyaraq alnından, saçından öpdü. " Mənə bax, balacam."
Samel başını qaldırdı. Elerya ona gülümsəyərək saçını sığalladı. " Biraz vaxt mənsiz qala bilərsən. Amma bu çox sürməyəcək. Yenə bir arada olacağıq yaxşı?"
Samel başını salladı. " Məndən narahat olma bacı. Amma səndə özünə yaxşı baxacaqsan."
" Əlbəttə, narahat olma yaraşıqlım." Elerya Samelin qulağına yaxınlaşdı.
" Gələcək də görüşəcəyik balaca keşikçim. Hələ ki unuda bilərsən məni."
Samel ona gülümsədi. " İndi unutsam da, yanına gəldiyimdə səni xatırlayacam bacı."
Elerya gülərək Samellə qucaqlaşdıqdan sonra qızların arxasınca restorandan çıxdı. Elerya və qızlar Ardiadan getdikdən sonra Samel üçün başqa keşikçilər gəlmiş, onu da başqa bir akademiyaya aparmışdılar.
Samel Eleryanın həyatına fərqli bir şəkildə girəcəkdi. Onu qurtaracaq, bundan sonra birdə ayrılmayacaqdılar.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Zodaria.
Gözlərimi açdığım zaman, qaranlıq, sadəcə kiçik bir pencərəsi olan bir anbarda olduğumu gördüm. Bir stola oturmuş, əllərimi arxadan, ayaqlarımıda stola bağlanmışdı. Ciddən? Morven məni qaçırdıb bir anbara mı gətirmişdi? Ondan daha gözəl, daha fərqli bir yer gözləyərdim. Başımı qaldırdığımda kiçik pencərədən çölə baxdım. Hava qaranlıq olmuşdu.
İndiyə Eryas çoxdan məni axdarmağa çıxmış olmalı idi. Havada uçuşan tozlardan bir iki dəfə öskürdüm. Bu qadının məqsədi hər nə idisə ona çatmayacağını bilirdim.
" Oo, axır ki yatan gözəl də oyandı. Necə yatdın, yuxunu ala bildin?" Səsin gəldiyini tərəfə baxdığımda Morven əllərini arxasında bağlamış, mənə baxırdı. Mavi gözlərində hirs duyğusu vardı. Nəyin hirsi idi bu?
Qaşlarımı çataraq ona tərs-tərs baxmağa başladım." Çox gözəl yatdım. Yuxuma aldım narahat olma. İndi sən danış, qarnının ağrısı nədir? Niyə məni qaçırtdın?"
Morven kiçik bir qəh-qəhə çəkdi. " Niyə mi qaçırtdım? Deyim də-"
" Uzatma! Çox boş danışırsan."
" Hə yəni dümdüz deməyimi istəyirsən? Səni öldürəcəm, Elerya. Amma ilk öncə işgəncə görəcəksən sonra öləcəksən."
Qəh-qəhə çəkərək başımı aşağı əydim. Sonra isə sərtcə ona baxdım.
" Məzələnirsən? Nolar məni öldürmə Morven, nolar qurban olum öldürmə!"
Morven gülümsədi. " Hə bax belə deyəcəksən, ciddiyəm. Belə yalvaracaqsan."
" Mən və yalvarmaq?" Güldüm. " Sən ciddisən? Məni yalvartmağı keçdim. Sən mənə işgəncə edə bilərsən heç? Sənə icazə verər Eryas?"
Morven qəh-qəhə çəkərək yanıma yaxınlaşdı. Çənəmi əli ilə tutduğunda əlini itələmək istəsəm də daha sıxı tutdu.
" Eryas? Eryas gələnə qədər sənin ölün çıxacaq buradan Elerya. Çox güvənmə sən Eryasa."
" Gələcək. Heç kəsə güvənmədiyim qədər ona güvənirəm mən. Görəcəksən."
Əlini çənəmdən çəkdi. " Gəlsin, gəlsin. Səni qanlar içində yerdə gördüyündə üz ifadəsi çox əyləncəli olacaq."
Yerimdə çırpındım. " Manyak! Ağılsız!"
Arxasını dönərək getdiyi zaman, qısa bir anlıq mənə baxdı. Dodaqlarını büzdü.
" Aa, niyə elə deyirsən? Sayəmdə Eryas sənin əlindən qurtulacaq. Yazıq neçə ildir bezib əlindən."
" Yazıq özünsən!"
" Ağzını bağla onun, çox danışır." Deyə yanından keçdiyi keşikçiyə əmr verdi. Keşikçi başını sallayaraq mənə tərəf gəlməyə başladı. Sərt baxışlarım onda ikən o mənə qəribə şəkildə baxırdı. Üzüdə qara üz örtüyü olduğundan sadəcə gözləri görünürdü.
Qara paltarının cibindən çıxartdığı bir əsgi parçasını mənə yaxınlaşdırdı. Qaşlarımı çataraq başımı arxaya çəkdim. Ağzımı bağlamasa da olardı!
Qız başımı sərtcə tutaraq özünə yaxınlaşdırdı və parça ilə ağzımı bağladı.
" Səni qurtarmağa gələcəklər narahat olma.." deyə pıçıldadı. Anlamadım? Bu kim idi?
" Sən kimsən?" Ağzım bağlı olduğundan səsim boğuq çıxmışdı.
Örtüyün altından gülümsədiyini gördüm.
" Afel." Afel? Yenə.. Yenə o gəlmişdi. Bəs o kim idi? Afel kim idi?
Təəccüblə gözlərim böyümüşdü. Aurian onu çox yaxşı tanıyırdı. Bəs o buraya necə gələ bilmişdi? Heçnə anlamırdım.
********
Eryasdan;
Artıq gecə olmuşdu. Bütün şir keşikçiləri hər yerdə Eleryanı axdarırdı. Mən, Lumir və Lucianda meşədə hər yerə baxırdıq amma Eleryadan bir işarə yox idi. Dəli olacaqdım! Heç yerdə yox idi. Enerjisini belə hiss edə bilmirdim. Əllərimizdə məşəllə bütün meşəni gəzirdik. Akademiyakılar onların enerjilərini tapmağa çalışırdı, amma onlardanda heç xəbər yox idi.
Neçə saat idi ki, meşəni gəzirdik heç bir iz yox idi. Yerimdə dayanaraq bir əlimi dizimə yaslayaraq yerə əyildim. Nəfəsimi toparlamağa, düşünməyə çalışırdım. Morven onları tapacağımızı bilirdi. Bu müddətdə ona zərər verməməsini ümid edirdim, çünki əgər elə bir şey olsa onu yaşatmayacaqdım. Hər kim olursa olsundu. Eleryaya toxunanı yandıracaqdım.
Lucian yanıma gələrək əlini çiynimə qoydu. " Eryas, sakit olmağa çalış. Tapacağıq onu."
Əyildiyim yerdən qalxaraq başımı salladım.
" Tapacağıq tapmağına. Amma ya ona zərər versə? Ya onu sağ tapmasaq?"
" Yox. Eleryanı sağ tapacağıq, narahat olma."
Yenidən dəvam edəcəyimiz zaman ağlıma bir şey gəldi. Tez bir şəkildə Lumirə döndüm.
" Lumir!"
" Buyur, Eryas."
" Mənim Eleryaya verdiyim qolbaq aktiv idi?"
Lucian qaşlarını çataraq qolumdan tutdu.
" Nə qolbaq Eryas?"
" Ad günümdə bir birimizə verdiyimiz qolbaq. O sadə bir qolbaq deyildi. Mən o qolbağı alandan sonra qolbağın ucuna bir rün düzəltdirmişdim. Bu rün ilə Eleryanın harada olduğunu biləcəkdim." Qolumu qaldıraraq öz qolbağımı göstərdim. " Bax məndə aktivdi, yanır rünün işığı. Çox az bilinir və mənə elə gəlir ki, Elerya bunu görməyib. Aktiv idi qolbaq Lumir?!"
Lumir biraz düşündü. " Hə, aktiv idi. Sən verəndə fikir verməmişdin amma işığı yanırdı. O qolbaq hələ də Eleryanın qolundadırsa onu tapa bilərik."
Lucian təəccüblə mənə baxırdı. Çünki Lumiri eşitmirdi və ya görmürdü. Luciana baxdım. " Aktivdi Lucian. Tez bir şəkildə qolbağın enerjisini tapmalıyıq."
Lucian başını salladı. " Necə edəcəyik?"
Ətrafa baxdım. Meşədə çoxlu böyük ağac var idi. Bir ağacının altına gedərək önündə diz çökdüm. Qolumki qolbağı yavaş bir şəkildə açdım. " Üzr istəyirəm ulduzun qızı.." deyə pıçıldadım. Bu qolbağı o bağlamışdı və ancaq o aça bilərdi, amma indi buna məcbur idim. " Söz verirəm səni tapdığımda yenidən başqa bir qolbaq bağlayacaqsan sevgilim, və mən onu açmayacam." Dedim öz özümə.
Qolbağı əlimdəki güc ilə ağaca doğru qaldırdım. Bu qolbaq sayəsində digər qolbağın enerjisini görəcəkdik. Qolbağı əlimdə sıxdığımda qarşımızda sarı bir işıq peyda oldu.
Bu idi! Bu işıq bizə Eleryanın olduğu yerə göstərəcəkdi.
" Eryas, bu işıq Eleryanın qolbağında da yanırsa nə olacaq?" Dedi Lucian. Bunu düşünmüşdüm. Buna görə də qolbağın rününü çox amma çox kiçik düzəltdirmişdim. Rünü görəbilməzdi.
Başımı iki yana salladım. " Yansa belə görə bilməz."
Ayağa qalxaraq işığın getdiyi yola baxdım.
" Lumir, qolbağın enerjisi nə qədər uzaqlıqdadı?"
" 45 dəqiqəlik yoldur Eryas." Dedi Lumir.
Başımı salladım. " Gedirik."
Əlimdə olan işığını göstərdiyi yerə doğru yeriməyə başladıq. Tapacam səni Elerya. Qurtaracam səni onun əlindən. Az qalıb, çox az.
***
45 dəqiqə sonra.
45 dəqiqə idi ki, artıq yeriyirdik. İşıq getdikcə güclənirdi. Yaxınlaşırdıq. İşığı olduğu tərəfə baxdığımda orada heç bir şey olmadığını gördüm. Nə bir ev, nə bir anbar, nə də başqa bir şey yox idi. Bu necə ola bilərdi axı? Morven Eleryanı meşənin ortasında gizlədir ola bilməzdi. Bu işdə bir tərslik vardı.
Əlimdə tutduğum işığa baxdığımda bir anda yerimdə dayandım. Artıq işıqda bizə tərəf gəlirdi? Elerya gəlirdi?
Başımı qaldırdığımda qarşıdan Aurianın gəldiyini gördüm. Əlində Eleryanın qolbağı vardı. Necə yəni? Elerya hanı! Bu ola bilməzdi. Olmamalı idi! Tapacaqdım mən onu!
" Noldu Eryas? Niyə dəvam etmirsən?" Dedi Lucian. Sonra işığa tərəf baxdığında nə olduğunu anladı. Əllərini saçından keçirdərək bir qabağa bir arxaya yeriməyə başladı. " Zibilə qalsın.. Zibilə qalsın!"
" Aurian! Eleryanın qolbağının səndə nə işi var? Hardan tapdın onu?!" Aurian qolbaqdan gələn işığı dayandırdı.
" Yerdə tapdım. Eleryanı axdaranda qolbağın enerjisini hiss etdim və axdarmağa başladım. Yerdə palçığın içində idi."
" Necə yəni yerdə idi Aurian! Çıxartmamalı idi onu!"
" Morveni niyə bu qədər həfifə alırsan Eryas!" Əlindəki qolbağa havaya qaldırdı.
" Səncə o bu qolbağın nə olduğunu bilmir?!"
Lucianın yanında Lustra olduğu üçün Aurianın dediklərini ona deyirdi.
Bu ola bilməzdi. Olmamalıydı! Mən indi onu necə tapacaqdım? Tək çarə o qolbaq idi və oda indi Aurianda idi.
Başımı yuxarı qaldıraraq qışqırdım. " İçinə zibil! Belə olmamalıydı!" Ətrafıma baxdım. Əsəbdən əllərim əsməyə başlamışdı. Dərin nəfəslər alır, sakitləşməyə çalışırdım. Necə sakit ola bilərdim? Əlimizdə olanı da itirmişdik!
Yanımızda böyük bir ağacın olduğunu gördüm. Sərt addımlarla o ağaca doğru getdim və ağacı yumruqlamağa başladım.
" Bu belə olmamalıydı! Belə olmayacaqdı tapacaqdım mən onu! İndi nə edəcəyik hə?! Nə edəcəyik! Yoxdu içinə zibil heç yerdə yoxdu!" Daha sərt vurmağa başladım.
" Canı bir ağılsızın əlindədir! Hər an ona bir şey edə bilər! Amma mənim əlimdən bir şey gəlmir! Nə edəcəm?!"
Lucian yanıma gələrək qollarımdan tutdu.
" Eryas! Nə edirsən dayan!"
" Burax! Sevdiyim qızı belə düzgün əməlli qoruya bilməyən biriyəm mən!"
Lucian məni ağacdan kənara itələdi. Boynumdan tutaraq gözlərimin içinə baxmağa çalışdı. " Eryas! Sakit ol, sakit ol!"
Çarəsizcə dizlərimin üstünə çökdüm. Necə sakit ola bilərdim? İndi nə edirdi Elerya? Ya ağlayırsa? Ya canı yanırsa? Nə edəcəm mən?
" Eryas, Eryas mənə bax." Lucian önümdə diz çökdü. " Mənə bax dedim!"
Başımı qaldıraraq ona baxdım. " İndi özünü vurmağın zamanı deyil Eryas. Elerya Morvenin əlindədir. Sakit qalaraq onu tapmalıyıq. Sən belə edərək daha da pis edirsən hər şeyi."
" Morveni tanıyırıq. İndi o hərşeyi edə bilər. Enerjilərini hiss etməməyimiz normaldır gizlədiblər. Amma Morven Eleryanı əlində heçnə etmədən saxlamayacağını da bilirik. Onun dərdi Elerya deyil. Onun dərdi sənsən." Amma mənə əzab çəkdirmək üçün Eleryaya zərər verəcəkdi elə deyil? Elədi!
" O Eleryaya əgər zərər vermək istəyirsə enerjisindən istifadə edəcək. Olduğu yeri qoruma qalxanına almış ola bilər. O ərazinin yaxınlarında yüz faiz var bizim ruhlardan. Onlar hiss edə bilir bütün qalxanları. Xəbər verəcəklər axdarırlar Eryas."
" Lucian, onunla illər sonra yenidən birlikdə oldum. İndi yenə getdi. Mən onu itirə bilmərəm Lucian.. Olmaz. Bu dəfə olmaz.."
" Bilirəm, bilirəm Eryas. Tapacağıq. Narahat olma sakit ol. Digər akademiyanın keşikçiləri də axdarırlar. Əvvəl axır tapacağıq. Morvenin dərdi sənsən. Və sənə işin sonunda əzab çəkdirəcəyini bilirsə hər şeyi edər. Öz oğluna qıymış bir ana, səncə Eleryaya mərhəmət edər? Ona görə də özünü toparla və qalx ayağa. Tapacağıq onu."
Öz oğluna qıymışdı o. Eleryaya zərər vermədən buraxmayacaqdı. Tapmalıydım onu. Eleryaya zərər gəlmədən tapmalıydım.
*******
Daryon, Nivera və Veyra meşə də ətrafa baxaraq Eleryanı axdarırdılar. Daryon sərt şəkildə hər tərəfə baxır, heç bir şey gözdən qaçırtmamağa çalışırdı.
Birdən Nivera dizlərinin üstünə çökdü.
" Yoxdu da! Yoxdu heç yerdə! Haradadır bu qız!" Deyə ağlamağa başladı. Veyra Niveranın yanına gəldi.
" Nivera ağlama özünə gəl. Tapacağıq. Sakit ol xaiş edirəm." Dedi özünü sıxaraq. Veyra da Nivera kimi ağlamaq istəyirdi. Amma ağlamağın zamanı deyildi. Axdarmalı idilər.
Daryon Niveranın yanına gələrək dizlərinin üatünə çökdü. Üzünü əllrəinin arasına aldı. " Nivera, mənə bax." Nivera Daryona baxdı.
" Özünə gəl gözəlim. Ağlamağın vaxtı deyil. Axdarmalıyıq. Sadəcə biz axdarmırıq hərkəsə axdarır. Tapacağıq onu Nivera."
Daryonun sözləri ilə Nivera daha da ağlamağa başladı. " Daryon, nolar tapaq Eleryanı. Nolar. O mənim canımdı nolar.."
Daryon Niveranın göz yaşlarını sildi.
" Tapacağıq. Tapacağıq gözəlim. Özünə gəl, qalx ayağa. Onu tapdıqdan sonra istədiyin ağlaya bilərsən. Amma indi yox."
Nivera Daryonun əlindən tutaraq ayağa qalxdı. Daryon Niveranı qolunun altına alaraq yeritməyə başladı.
" Tapacağıq. Narahat olma, tapacağıq."
Veyra Niveranın bu halını gördükdə gözlərindən yaş axmağa başladı. Onlar ilk buraya gəldiklərində Veyra özünə söz vermişdi. Hər nə olur olsun onları qoruyacaqdı. Amma indi biri itkin, biri də onun yoxluğuna ağlayırdı.
Veyra hər zaman özünü böyük bacı kimi hiss edir, Nivera və Veyraya da elə davranırdı. Onlar bundan şikayətçi deyildi. Əksinə Veyranın bu halını daha çox sevirdilər.
Bir anlıq üçünündə xoşbəxt halda güldüyü gözlərinin önünə gəldi. Hər zaman bir yerdə xoşbəxt idilər. Amma indi biri yox idi və onlar dağılmışdılar. Eleryanı tapmalı idi. Tapdıqlarında yenidən əvvəl ki kimi xoşbəxt olacaqdılar.
Nivera Veyranın ağladığını gördüyündə onu özünə çəkərək sıxıca qucaqladı. İkisi də bir yerdə ağlayırdı indi. Daryon kənarda durmuş, sakitcə onlara baxırdı. Bu olanların hamsını onun anası üzündən olmuşdu. Özünü günahkar hiss edirdi. Bəlkə də o anasının yanına getdiyində anası dayanacaqdı? Amma o oğluna belə qıymışdı. Oğlu yanında deyil deyə belə etmirdi? Onların yaxşılığı üçün özünü fəda edə bilərdi.
*****
Solvar akademiyasının keşikçilərindən Arel, Samel, və Korin meşə də Astra akademiyasında itən bir keşikçini axdarırdılar.
Korin " kim yenə itib? Neçə saat axdarırıq tapa bilmirik də bu keşikçini!" Deyə mızıldandı. Korin və Arel əkiz bacı qardaş idilər. Korin yerində dura bilməyən, nadinc, hərkəsi əyləndirən və güldürən biri idi. Onunla söhbət edən hərkəs gülürdü. Korin nadincliyinə baxmayaraq çox cəsur idi. Hər şeyə atlaya bilir, risk etməyi sevirdi. Bir o qədər də hər şeyə deyinirdi.
Arel onun əksinə sakit, nə edəcəyini bilən bir qız idi. Oda qardaşı kimi cəsur idi. Lazım olmadıqca danışmaz, çoxu zaman əsəbi ola bilərdi. Anası və atasını uşaq yaşlarında itirmişdilər. Ondan sonra sadəcə bir-birlərinə bağlanmışdılar. Sonra həyatlarına Samel girmişdi. Birdən gəlmişdi amma onu da kiçik ailələrinə daxil etmişdilər.
Arel və Samel güldü.
" Hər missiya da belə edirsən Korin. Artıq vəl çəkdə bundan." Dedi Arel.
" Düz deyir Korin. Yorulmursan bu qədər şikayət etməkdən?" Deyə Samel lağ etdi.
Korin dodaqlarını büzdü. " Siz ikiniz çox danışırsınız e. Yolunuza baxın!" Sonra isə burdən Arelə döndü. " Həm mən sənə deməmişəm mənə qaqaş de deyə? Adımı demə Arel!"
Arel Korinə göz süzdürdü. " Yaxşı da. Beş dəqiqənin söhbətini edirsən? Oda dəqiq deyil amma nəysə."
" Nəyi dəqiq deyil? Xala demişdidə beş dəqiqə əvvəl doğulmuşam mən. Səndən böyüyəm balacam."
Samel qəh-qəhə çəkdi. Arel Korinin yanına gələrək xəfifcə onun başına vurdu. " Mənə balacam demə! Sən çox səbirsiz biri olmusansa nə edə bilərəm? Həm ağıl yaşda deyil başdadı. Oda səndə olmadığına görə?"
Korin qaşlarını çatdı. " Ağılmış. Samel sənə balaca deyəndə səsin çıxmır amma?"
Arel qısa bir anlıq Samelə baxdıqdan sonra sərt şəkildə qarşısına döndü. " O məndən böyükdü ona görə!"
" Hıh. Üç yaş böyükdü də."
Samel gülərək əlini Arel çiyninə atdı.
" Yaxşı, Korin. Dəymə əsəbi şeytana. Bu aralar çox əsəbidi."
Arel Samelin bu hərəkəti ilə bir anlıq əli ayağına dolaşdı. Həyacanlandığını bildirməməyə çalışdı.
" Mən əsəbi falan deyiləm. Korin əsəbləşdirməsə heç olmaram!" Dedi.
" Yaxşı, yaxşı susduq." Dedikdən sonra Samel Korinə göz qaş etdi. Susmalıyıq məncə dedi sakitcə. Korin gülərək başını salladı.
Biraz sonra Korin qarşıdan oğlaq bürcünün ruhunun gəldiyini gördü. Əli ilə Arel və Sameli dayandırdı.
Ruh Korinin yanına gəldi. " Noldu keşikçi? Nəysə tapdınız?" Dedi Korin.
Ruh başını salladı. " Hə, qarşıda ki anbarda bir qalxan yaradıblar. Ətrafında da yasaqlı bürclərin keşikçisi var. Yəqin ki içəridədilər."
" Yaxşı, çoxsağol keşikçi. Astranın keşikçilərinə xəbər ötürün gəlsinlər."
" Baş üstə." Dedikdən sonra ruh onların yanından ayrıldı.
" Noldu Korin?" Dedi Samel.
Arel Samelə döndü. " Qarşıda bir anbarın olduğunu dedi. Ətrafında yasaqlı bürcün keşikçiləri və qalxan var. Orada ola biləcəklərini dedi."
" Yaxşı gedək onda."
Onlar anbara doğru gedəcəkləri zaman qarşılarına iki yasaqlı bürcün keşikçisi çıxdı.
" Hara belə keşikçilər? Yolunuzu azmısınız deyəsən."
Samel güldü. " Yolumuzu azmamışıq. Yolumuz elə burdan keçir."
Keşikçilərdən biri dodaqlarını büzdü.
" Ciddisən? Hara gedir sizin yolunuz?"
Arel əsəbi şəkildə nəfəsini verdi. " Ee boş boş danışmayın! Çəkilin."
Keşikçilər onlara doğru yaxınlaşdılar. " Hə bax o dediyin mümkün deyil."
" Nə gözəl. Bizdə zatən məqsədimizə asandlıqla çata bilməyəcəyimizi bilirdik." Dedi Korin.
Keşikçilərdən biri Samelə yaxınlaşaraq yumruq vuracağı zaman, Samel onun əlindən tutaraq tərs çevirdi və yerə yıxdı. Arel onun yerə yıxdığı keşikçiyə gücü ilə elektrik vurdu.
Digər keşikçi Korinə gücü ilə hücum edəcəyi zaman Korin ilə gücləri toqquşdu.
" Korin!" Deyə qışqırdı Arel.
Korin bütün gücünü qarşısındaki keşikçiyə versə də, o Korindən daha güclü idi.
" Nə baxırsınız? Yolun geri qalanına mənsiz dəvam etmək istəyirsiniz deyəsən." Korin çətinliklə danışdı.
Samel " Sənsiz olmaz." Dedikdən sonra oda gücünü yasaqlı keşikçiyə doğru verməyə başladı. Areldə ona qoşulduqda üçü də qarşılarında ki keşikçinin gücünün Korinə çatmaması üçün çalışırdılar.
Bir anda keşikçinin boynunun kəsilərək yerə yıxıldığını gördülər.
" Üç keşikçi birləşərək bir yasaqlını dayandıra bilmədiniz ciddən?" Dedi qarşılarında ki qız. Qıvırcıq saçları üzünə tökülmüşdü.
Üçü də qaşlarını çataraq ona baxırdı. " Nə baxırsınız? İçəridə ki keşikçini qurtarmayacaqsınız?"
" Sən hardan çıxdın Adena? Sən yaralı deyildin gəlməməliydin." Dedi Korin.
" Mən indi gəlməsəydim sizi kim qurtaracaqdı? Gəlin."
Arel gülərək Adenaya yaxınlaşdı. " Dəlisən e sən. Yaxşı ki gəldin. Yaran incitmir yaxşısan?"
Adena heçnə olmamış kimi başını salladı.
" Hə yaxşıyam. Narahat olma." Korin hələ də Adenaya tərs tərs baxırdı. " Bu qardaşına da de, baxışlarını yığışdırsın, gəlsin. Biraz da geciksək içəridə ki keşikçini öldürəcəklər."
Samel Korinin çiyninə vurdu. " Gəl Korin gəl. Bizim çox işimiz var bunlarla."
" Akademiyaya qayıdaq onda görəcəksən sən yığışdırmağı Adena." Dedi Korin.
" Hə, hə." Deyə Adena qabağına döndü.
" Ya səbr.. Ya səbr.."
********
Eleryadan;
Saatlar idi ki, bu anbarda əllərim ayaqlarım bağlı şəkildə oturmuşdum. Eryasdan hələ xəbər yox idi. Məni kim qurtarmağa gələcəkdi? Morven anbarın əfrafında bir qalxan yaratmışdı. Bu qalxan sayəsində heçkəs onun enerjisini hiss etməyəcəkdi. Düşmənində bu qədər ağıllısı da.
" Həə. İndi gələk sənə Elerya xanım." Dedi Morven gülərək.
Afelə döndüyüm zaman sakitcə yerində durduğunu gördüm.
" Gəl, gəl. Nə edəcəksən indi?" Dedim. Ondan qorxmurdum. İstədiyini edə bilərdi.
Morven qarşıma gələrək əllərini dizinə yasladı və əyildi. " Nə edəcəm? Çox gözəl şeylər edəcəm sənə Elerya."
Gülümsədi. " Amma ilk öncə sənə bir şey deyim,"
Qaşlarım çatıldı. " Bilirsən sənin bu ağıllı Eryasın nə etmişdi?"
Başımı yuxarı qaldırdım. " Nə etmişdi?"
" Qolunda bir qolbaq var idi e. O qolbaq əslində sənin yerini göstərən qolbaq imiş. Qolbaqda kiçik rün varmış." Əli ilə Afeli göstərdi. " Ağıllı keşikçim onu mənə deməsəydi, səni daha tez qurtaracaqdılar." Nə? Eryas bunun üçün heç vaxt çıxartma demişdi. Əlim ilə biləyimə toxunduğumda qolbağın olmadığını gördüm. Götürmüşdülər!
Sərt baxışlarım Afelə döndü. Boş boş mənə baxırdı. Ciddən? Heç bir şey anlamıram. Sən dost idin yoxa düşmən?
" Məndə qolbağı biraz daha uzağa göndərdim ki vaxt itirsinlər. Artıq səni heç kəs mənim əlimdən ala bilməyəcək."
Qəh-qəhə çəkdim. " Nə istəyirsənsə edə bilərsən. Səndən qorxmuram!"
Morven gülərək arxaya doğru getdi.
" Bilmədiyin bir şeydən qorxmamağın normaldı. Görək bildiyində də belə cəsurca danışa biləcəksən?"
Sağ əlini yuxara qaldıraraq əlində qara bir işıqla güc yaratmağa başladı. Qara nəyin rəngi idi? Düşmənliyin? Nifrətin? Nə Eryas ilə çalışdığım zamanlarda nə də dərslər də heç vaxt bu qara işıqlı gücü görməmişdim.
Demək ancaq düşmənlərdə olurdu bu rəng.
Morven əlindəki gücü sərtcə mənə atdığında işıq bərk bir şəkildə sinəmə dəydi.
Güc o qədər sərt bir şəkildə bədənimə dəymişdi ki, bədənim ağrıdan irəli əyildi. Burnumdan sərt nəfəslər alaraq ağrını həfiflətməyə çalışdım.
Başımı qaldıraraq Morvenə baxdım. Güldüm. " Elə bu? Gücün budu Morven?"
Gülərək digər əlində güc yaradaraq onuda bədənimə atdı. İnildiyərək başım aşağı düşdü. Bədənimdə ki ağrı artırdı.
Burnumdan nə isə axdığını hiss etdim. Burnumun axdığını zənn etsəm də, gözlərim dizlərimin üstünə ilişəndə qan damcısının olduğunu gördüm. Burnum qanayırdı.
Morven üçüncü dəfə də güc atdığında qan qusmağa başlamışdım. Ağzıma hər qan gəldiyində yerə tüpürürək yox etməyə çalışırdım, amma yenidən və yenidən qan gəlirdi.
Başımı qaldıraraq Afelə baxdım. Afel gözlərini yummuşdu. Niyə gözlərini yumursan Afel? Niyə səssiz qalırsan orda!
" Noldu Şir keşikçisi? Bayaq böyük böyük danışırdın. Dəvam et də danış." Dedi Morven.
" Bir Şir keşikçisi o-olaraq heç vaxt m-mənim başımı yerə ə-əyə bilməyəcəksən."
Morven qəh-qəhə çəkdi. " Yaxşı görüm. Danışa bilmirsən heç."
Morven yenidən bədənimə bir güc atdı. Çox olurdu bu. Eryas.. Hardasan?
" Hey!"
Bu zaman qapıdan dörd nəfərin girdiyini gördüm. Samel? Samel idi o? Üç nəfərin qabağında Samel də içəri girdi. Gəlmişdi. Sonunda qardaşım bacısının yanına gəlmişdi.
Morven hal hazırda yaratdığı gücü də sərt şəkildə mənə ataraq onlara döndü.
" Siz kimsiniz?!" Morven yanında olan keşikçilərə döndü. " O necə girdi içəri?!"
Afel örtüyün altından gülümsədi. " Ah Morven ah. Sən çox axmaqsan." Deyərək Morveni gücü ilə itələdi.
Qapıda ki keşikçilər digər yasaqlılar ilə döyüşməyə başladı. Samel qarşısında ki yasaqlı ilə dalaşaraq mənə baxmağa çalışırdı. Xatırlamağa çalışırdı elə deyil? Birazdan məni xatırlayaraq yanıma gələcəkdi.
" Sən kimsən?! Mənim keşikçilərim heç vaxt mənə xəyanət etməz!" Dedi Morven yerdən qalxaraq.
" Mən sənin keşikçin deyiləm. Buna görə də asanlıqla sənə xəyanət edə bilərəm." Dedi Afel.
Qolbağı Morvenə vermə səbəbi bu idi elə deyil? Eryasdan öncə Samel məni tapmalıydı. Sonra onlar Eryasgilə xəbər edəcəkdi. Düşmən deyil o. Dost idi. Tanımadığımız dost.
Samel döyüşdüyü keşikçini yerə sərərək yanıma qaçdı. Arxadan əllərimi açdı.
" Bacı! Bacı! Yaxşısan?" Kədərlə gülümsədim. Xatırlamışdı.
Morven çaşqınla bizə döndü. " Nə bacısı? Sənin qardaşın var idi?"
" Əsl yazıq sənsən Morven." Dedim. Ayaqlarımı da açdıqdan sonra boynuma sarıldı.
Ona qarşılıq verdim. " Canım.."
Samelin köməyi ilə ayağa qalxdım. Artıq digərləri də yasaqlıları yerə sərmişdilər. Arxamızda durduqlarını hiss edirdim. Bir oğlan, və iki qız var idi. Yaşları az idi deyəsən.
" Noldu Morven? Kim imiş yazıq? Qaldın indi tək." Əlimi çətinliklə qaldıraraq çənəmə qoyaraq düşünürmüş kimi etdim.
" Nə etsək sənə? Nə etsək.."
Morven heçnə demədən eləcə bizə baxırdı. Üzümüzü əzbərləyirdi deyəsən.
"Danışda noldu?"
Arxada ki oğlanın güldüyünü eşitdim. " Bir anda güclü haldan, zəif hala düşdü. Şokdadı hələ. Zaman verin özünə gəlsin." Samel və qızlarda ona qoşularaq güldü.
" Mən hər zaman güclüyəm Elerya." Dedikdən sonra sinəmdə bir güc hiss etdim. Qarşıdan bir güc sinəmi sıxmağa başlamışdı. Sinəmi deyildə, ürəyimi sıxırdı bu güc.
Qarşıya baxdığımda qapıda bir oğlanın olduğunu gördüm. O kim idi? Əlində ki gücü mənə doğru tuturdu. Morven bu fürsətdən istifadə edərək güc yaradaraq ortadan bir anda yox oldu.
Amma oğlan hələ də qapıda durur və bədənimə daha ağır güc verirdi. İnildəyərək dizlərimin üstünə çökdüm.
" Afel bir şey et!" Dedi Samel. Oda tanıyırdı Afeli. Afel gücünü oğlana atacağı zaman, oğlan gülümsəyərək son dəfə daha ağır bir şəkildə bədənimə zərbə vurdu. Bu son zərbə idi. Artıq bədənimi hərəkət etdirə bilmirdim.
Oğlan gülümsədi. " Sənin hələ zamanın var Elerya." Deyərək oda Morven kimi yox oldu.
" İçinə zibil!" Dedi Afel.
Afel yanıma gəldi. " Mən indi getməliyəm." Samelə baxdı. " Sizi meşənin sonunda at arabası gözləyir. Onu tez aparın akademiyaya."
Samel başını sallayaraq məni qucağına aldı. " Bacı, bacı yaxşısan? Özünə gəl." Samelin dediklərini eşidir, ancaq cavab verə bilmirdim.
Qapıdan tez çıxaraq meşəyə doğru getməyə başladıq.
" Bədəni çox pis zədələnib Samel. Tez bir şəkildə onu akademiyaya çatdırmalıyıq. Onun Eleryaya verdiyi güc ölümdür. Geciksək çatdırmaya bilərik." Dedi qızlardan biri bədənimə baxaraq.
" Nə ölümü! Nə danışırsan sən Arel!" Adı Arel idi. Adı kimi çox gözəl su kimi bir qız idi.
" Sakit ol və dəvam et!" Dedi Arel Samelə əsəbləşərək.
Meşə də irəlilədiyimiz zaman Eryasın enerjisini hiss etdim bir anlıq. Özümdən gedirdim deyə bu yuxu da ola bilərdi. Ya da gərçek idi. Eryas gəlirdi.
Gözlərimi açaraq qarşımıza baxmağa çalışdım. Qarşıdan qaçaraq Eryas, Lucian, Lumir, Aurian gəlirdi.
Eryas tez yanımıza çataraq mənə qucağına aldı. " Elerya! Elerya! Özünə gəl!" Samelə döndü. " Siz kimsiniz? Nə oldu ona?"
Samel " mən onun qardaşıyam. Biz Solvar akademiyasının keşikçiləriyik." Dedi.
" Nə?" Dedi Eryas çaşqınca.
" Nə, nə?! Bacım ölür, bizi sonra tanıyarsan! At arabası olmalıdı meşənin sonunda ora aparmalıyıq!"
Eryas tələsik şəkildə meşənin sonuna doğru getməyə başladı. Çatırdıq. Meşənin sonuna yaxınlaşırdıq.
Gözlərimi yenidən açdığımda meşənin sonuna gəlmişdik. İki at arabası vardı.
" Siz arxadakinə minin Lucian." Dedi Eryas.
Lucian başını sallayaraq Samelgilə də özü ilə birlikdə arabaya mindirdi.
Eryas mənim ilə birliklə arabaya minərək özü oturdu və başımı ayaqlarına yasladı.
" Tez! Tez sürün!" Dedi.
*****
" Elerya! Elerya!" Eryasın uzaqdan gələn səsini eşidirdim.
" Elerya mənə bax!" Eryas üzümü əllərinin arasına alaraq yanaqlarımı oxşadı.
" Gözəlim?" Yavaşca gözlərimi açaraq ona baxdım. " Elerya nolar məni tək qoyma. Yumma gözlərini." Gözlərindən yaş axırdı. Eryas ikinci dəfə mənim üçün ağlayırdı.
" Çatırıq Elerya çatırıq. Nolar mənə bax." Ona son dəfə baxdığımı hiss edirdim. Belə olmamalıydı, bu qədər tez ayrılmamalıydıq. Bu qədər il sonra onu xatırlamışkən, yenidən ayrıla bilməzdik.
" Eryas.." səsim pıçıltı şəklində çıxmışdı.
" Haycan gözəlim. Nolar sus özünü yorma. Nolar."
Gülümsəməyə çalışdım. " Bəlkə də bu səni son görüşümdü."
Tez başını iki yana salladı. " Yox! Yox elə şey olmayacaq. Nə deyirsən sən. Olmayacaq." Deyə təkrarladı. Olmamasını məndə istəyirdim, amma özümü heç yaxşı hiss etmirdim.
" Eryas," boğazımı təmizləyərək damışmağa çalışdım. " Eryas səndən bir şey istəyə bilərəm?"
Saçlarımı oxşayaraq alnımdan öpdü. " İstə gözəlim. Nə istəyirsənsə istə."
Məndə artıq ağlamağa başladım. Onu tək qoymaq istəmirdim. Onu bu dünyada tək qoymaq istəmirdim..
" Mənə son dəfə məni sevdiyini deyə bilərsən?" Bir birimizi çox gec tapmışdıq. Onun məni sevdiyini dediyi zaman qaçırılmışdım. Bir-birimizə hələ doymamışdıq və indidə yavsş yavaş ölürdüm.
" O nə deməkdi gözəlim. Elə demə. Demə elə qurban olum. Yaxşı olacaqsan. "
" Eryas.."
" Səni sevirəm ulduzun qızı. Sən dünyanın, mənim dünyamın ən gözəl və ən dəyərli insanısan. Məni sənsiz qoyma nolar,"
Buruqca gülümsədiyimdə hələ də gözlərimdən yaş axırdı. " Sənin dünyanın?"
Oda gülümsədi. " Əlbəttə ki mənim dünyamın, sən mənim dünyamsan. Mənim dünyamın tək və ən dəyərli insanısan." Əllərimdən öpdü. " Elerya, nolar məni sənsiz qoyma nolar.."
" Eryas.." artıq nəfəs ala bilmirdim, gözlərim qapanırdı. " Səni sevirəm ulduz tozu.."
" Elerya! Elerya, yumma gözlərini gözəlim. Az qaldı. Nolar səbr elə biraz. Yaxşı olacaqsan." Başını qaldırdı.
" Tez sürün bu arabanı!" Deyə at sürənlərə qışqırdı.
" Mən səbirsiz biriyəm Eryas, səndə bunu bilir.." Gerisini gətirə bilməmişdim. Gözlərim özümdən asılı olmayaraq qapanmışdı. Bağışla məni ulduz tozu. Bağışla məni.
Dəvam edəcək...
