5. bölüm · Zodiakın keşikçiləri

IV. Bölüm🌓

Maliora Karlos

3 il öncə.
Eryas otağında masasında oturmuş əlində olan kitabla fikirə getmişdi. O masaya kitab oxumaq üçün otursa da ağlına gələnlər buna imkan verməmişdi. Eryasın anası da bir keşikçi olmuşdu, oda bürclər dünyasını qoruyurdu. Anasını onun xalası öldürmüşdü. Əslində hərkəs Eryasın anasının bir döyüşdə öldüğünü zənn edirdi, amma elə deyildi. Xalası "qadağan olunmuş bürclər"lə əməkdaşlıq edirdi, anası bunu öyrənən zaman Eryasın atasına Ulu başçıya bunu demək istəyəndə onu bir axşam zəhər ilə öldürmüşdü. Öldürdükdən sonra oğlunu da tərk edib buralardan getmişdi hələ də heçbir xəbər yox idi onun haqqında.

Bunu sadəcə Eryas bilirdi, xalasının "qadağan olunmuş bürclər"lə əməkdaşlıq etdiyini də bilirdi. Anası ona demişdi, sakit qalmaq istəməmiş və atasına hərşeyi demək istəyirdi. Amma anasının bu sözləri onu saxlayırdı.

"Onun yolunu gözlə. O gələndə hərşey açılacaq. O vaxta qədər sus."

O zaman Eryas kimin gələcəyini bilmirdi, ancaq artıq anlamağa başlayırdı. Eleryanı gözləməli idi. Birdən qapının döyüldüyünü eşitdi.

"Gəl." Aurian qapıdan içəri girdi.
"Eryas Eleryanın həyatı təhlükədədir, onun üçün göndərdiyin ruh yanında deyil."

Eryas yerindən tez qalxdı. "Necə yəni təhlükədədir, ruh hardadır bəs?!"

"Bilmirəm hardadır amma Elerya indi təkdir onu qorumaq üçün məni göndərməliydin Eryas o ruh onu qoruya bilmir" Eryas da bilirdi onu göndərməli olduğunu amma artıq gec idi.

"Niyə təhlükədədir? Nolub tez danış"

"Eleryanın atasının qumar borcuna görə evini basıblar, və anasına atasına içkəncə edirlər. Elerya bunu görür bir şkafın içində gizlənir. O adamlar onu tapmamalıdır Eryas. Həyatı təhlükədədir." Eryas əsəbi şəkildə yumruqlarını sıxdı.

"Get Eleryanı qoru və qurtar. Sonra da o ruhu tap mənə gətir!" Deyə qışqırdı. Aurian tez bir şəkildə otaqdan çıxaraq getdi.

Eryas neçə vaxtdır ki Eleryanı gözləyirdi, sadəcə anasına olanlara görə yox, Eleryanın onun yanında olmasını, bir ömürü biryerdə keçirməklərini istəyirdi. Çünki bilirdi ki gələcəkləri biryerdə yazılıb.

3 saat sonra.
Eryas otağın içində bir o yana bir bu yana gedirdi. Auriandan hələ də xəbər gəlməmişdi. Artıq Eryasın səbri daşdığı üçün özü Eleryanın yanına gedəcəkdi. Tan qapıdan çıxaacağı zaman qapının döyüldüyünü eşitdi.

Eryas səbirsizcə "Gəl" dedi.
Aurian və yanında məsuliyyətsiz olan ruh girdi otağa.

"Elerya necədir? Qurtardın?" Aurian qəmgin görünürdü. Nolmuşdu?

"Hə, Elerya yaxşıdır amma..."

"Amma nə Aura?" Eryas bəzən Auriana Aura deyəbilərdi.

"Anasını və atasını qurtara bilmədim, mən gedən zaman ikisini də çoxdan öldürmüş və Eleryanı axdarırdılar." Eryas daha da çox əsəbləşdi. Aurianın yanında ki ruha baxdı.

" Sən haradaydın?" Sakit qalmağa çalışaraq soruşdu. Lakin uzun müddətli deyildi bu sakitlik.

"Başçı bağışlayın məni bir şey-" Eryasın sakitliyi bu qədər olmuşdu.

"Nə bağışlamağı! Nə danışırsan sən?!" Eryas qışqırdığı üçün ruh qorxaraq bir addım geri addımlamışdı.

"Mən sənə deməmişdim ki o qızın yanından ayrılmayacaqsan! Harda sülənirdin sən?!" Eryas artıq özünü saxlaya bilmirdi.

"Mən sadəcə-"

"Sən sadəcə nə? Sən onun yanından ayrılmamalı idin!"

"Əgər bugün o qıza sənə görə birşey olsaydı nə edəcəkdin!" O Eleryanı qorumaq üçün vəzifələndirilmişdi, onun Eleryadan başqa işi olmamalıydı.

"Sən cəzalandırılacaqsan, ağlın başına gələnə qədər ruhun bir qələmə həbs olunacaq qələm qırılsa, səndə yox olacaqsan." Eryas ona ağır cəza vermişdi, o ağır cəzaya laiq idi.

"Yox,yox nolar etməyin belə məni bir qələmə bağlı qılmayın" bu sözlərin heçbiri Eryasa təsir etməyəcəkdi. Elerya onun son dəyərli varlığı idi, onu itirə bilməzdi.

"Aura, onu bir uşağın qələminə həbs et, elə bir yaramaz uşaq olsun ki işlətdiyi qələmi qırsın!" Bu sözün çox açıq mənası vardı, Eryas onu yox olmaqla cəzalandırırdı. Bunu özü etməsə belə bir uşağın əlində olacaqdı taleyi. Aurian çıxmadan Eryas onu dayandırdı.

"Onu aparandan sonra sən gedəcəksən Eleryanı qorumağa, hərşeyi mənə danışacaqsan. Bundan üç il sonra da ad gününə bir həfdə qalmış ona özünü eşitdirəcəksən." Aurian ona diqqətlə qulaq asırdı.

"Ona hərşeyi başa salanda ona deməyəcəksən səndən öncə bir ruhun onu qoruduğunu, və dostlarını da bir ruhun qoruduğunu deməyəcəksən.

Ona onları başçılarının qoruduğunu deyəcəksən, o hadisədən sonra sən qorumağa getmisən. Amma səndən öncə onu da bir başçı qoruyurdu belə biləcək. O özü bura gələndə hərşeyi bilər ondan öncə lazım deyil bilməyi, qorxa bilər." Aurian başını sallayaraq otaqdan çıxan zaman Eryasın səsini eşitdi.

"Və son bir şey. Eleryanın yanında olanda ona dəstək olacaqsan hər mənada, yaşadıqlarını və gördüklərini unutmaq həfiflətmək üçün ona kömək edəcəksən." Aurian və ruh otaqdan çıxdı.

Eryas Eleryanın ondan qorxmağını istəmirdi. Ona güvənməyini, ona inanmağını istəyirdi.

Və Eryas Karlos bugünə qədər istədiyi hərşeyi etmiş bir adam olmuşdu.

**********
Həyat da bir saat sonra və ya sabah nə olacağını bilmirik. Bilməyərək yaşayırıq, məndə bilmirdim belə olacağını. Yada bilirdim, bilməməzlikdən gəlirəm. Bilmirəm, amma onu yaxşı bilirdim ki biz bürclər dünyasına gedən zaman nə olacaq? Bizə nə olacaq? Qızlara bunu necə başa salacam? Onları orada necə qoruyacam? Suallar ağlımda fırlanırdı amma heç birinə verəcək cavabım yoxdur.

Hərşeyi öyrənməyimin üstündən dört gün keçmişdi. Bu dört gündə hərgün Aurian ilə biryerdə olurduq. Restoranda, mətbəxdə onunla içimdə danışırdım, bunu sadəcə Aurian və mən eşidirdik. Artıq Auriana öyrəşmişdim, yad gəlmirdi mənə.

Hər zaman durduğum vaxtda durmuş, Aurian ilə söhbət edərək mən sadəcə cofe içmiş sonra da işə yollanmışdıq. İşə gedərkən yanımızdan keçən bir oğlan mənə gözünü ayırmadan, narahat edici bir şəkildə baxdığı üçün Aurian onu yıxdırmışdı. Buna çox gülmüşdüm, Aurian bəzən çox əsəbi olabilirdi. Amma heçvaxt mənə əsəbi tərəfini göstərməmişdi. Restorana çatan zaman paltarlarımı dəyişdim və Aurian ilə mətbəxə keçdik. Veyra hələ gəlməmişdi, Nivera və Samel isə iş başındaydılar.

"Salamlarr, necəsiniz?" Necə olduqları üzlərindən bilinirdi. Yorğun.

"Səncə Elerya? Ölürük burda bu vaxtı nəqədər adam var restoranda," yenə bir Nivera şikayətləri ilə qarşı qarşıya idik.

"Gəldim də mən kömək edəcəm indi sizə"

"Xoş gəldiniz Elerya şef" dedi Samel yorğun bir səslə.

"Veyra niyə gəlməyib hələ?" Veyra həmişə tez gələrdi, nədənsə bugün gəlməmişdi.

"Bilmirik, səhər zəng edib demişdi ki gecikə bilərəm. Amma səsi təlaşlı gəlirdi." Görəsən nolmuşdu təlaşlı olacaq qədər?

"Soruşmadın bəs niyə təlaşlıdı deyə?"

"Yox, tez söndürdü telefonu məndə bilmirəm" gəldiyində öyrənərdik artıq.

"Aurian səncə nolub Veyra gecikib?" İçimdən dedim.

"Bilmirəm məndə gələndə öyrənəcəyik" düz deyirdi. Əslində gecikməyiylə bu qədər maraqlanmazdım amma bildiklərimdən sonra narahat olurdum.

2 saat sonra.
Mətbəxdə işlər azalmışdı. Amma Veyra hələ də gəlməmişdi. Veyra heçvaxt bu qədər gecikməzdi.

"Nivera, Veyraya birdə zəng elə gör açır?" Nivera əsəbi şəkildə ofuldayaraq yerindən qalxdı və telefonuna tərəf addımladı. Mikrofona qoyaraq zəng edirdi. Yenə eyni şeyi eşitmişdik. "Zəng etdiyiniz abunəçiyə zəng çatmır, telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir."

Artıq bunu neçənci dəfə eşitdiyimizi bilmirdim. Hardaydı bu qız da zəng çatmırdı. Qorxmağa başlayırdım.

Biraz zaman keçəndən sonra mətbəxin qapısı açıldı. Şükür! Veyra qapıdan içəri girdi. Amma sarı saçları biraz dağılmış və üzündə qorxmuş bir ifadə vardı.
Qaçaraq onun yanına getdim və qucaqladım.

"Hardaydın sən? Qorxudan dəli olduq" oda məni qucaqladı amma heçnə demədi.

"Veyra sənə demirəm? Cavab ver" məndən ayrılaraq mətbəx masının yanındaki kiçik stola oturdu.

"Samel zəhmət olmasa mənə su verə bilərsən?" Samel çaşqın çaşqın qrafindən stəkana su dolduraraq Veyraya uzatdı. Veyra heçbir zaman Samellə belə danışmırdı. Çaşmağı normal bir hal olmuşdu.

"Veyra bəlkə cavab verəsən, telefonuna niyə zəng çatmır?" Nivera da artıq əsəbləşirdi.

"Bəlkə biraz sakit durasınız? Biraz işim varıydı gecikdim bu qədər" heç o qədər görünmürdü.

"Veyra nə işin var idi? Saçların niyə belə olub?"

"Telefonuna niyə zəng çatmırdı?" Nivera ilə mən ard-arda suallar verdiyimiz üçün Veyra sərt şəkildə bizə baxdı.

"Səhər səninlə danışandan sonra telefonum xarab oldu, ustaya aparmışdım telefonu ona görə zəng çatmırdı." Hərşeyə bir cavabı vardı. Bəs saçlarına nə cavab verəcəkdi?

"Bəs saçların niyə belə dağılıb Veyra? Düzünü danış" hissedirəm yalan deyirdi.

"Dağılıb da evdən düzəltmədən tələsik çıxmışdım. Artıq bəsdirin və işinizə qayıdın!" Niyə bu qədər əsəbləşmişdi ki? Onunla maraqlanırdıq, qorxmuşduq.

"Elerya," Aurianın sakit səsini eşitdim.

"Hə?"

"İndi üstünə getmə, qoy sakitləşsin əsəbidi"

"Üstünə getmirəm ki, səndə gördün halını"

"Gördüm narahat olma, sakit qal. Əgər bir şey olubsa özü sizə danışacaq." Biz başına bir şey gəldi deyə dəli olaq qızın davranışına bax!

"Elerya dedim!" Bu ruhun mənim içimdə dediklərimi eşitdiyini unudurdum bəzən. Güldü.

"Xatırladaram canım narahat olma" Ya səbr! Ya səbr!

********
3 saat öncə Veyra.
Veyra evdən çıxmış işə tərəf gedirdi. Veyranın həyatı kimisinə görə asand, kimisinə görə isə çətin olmuşdu. Çətin olduğunu fikirləşən tərəf Veyra idi, asand olduğunu fikirləşən isə onun həyatını bilməyənlər...

Veyra səkkiz yaşından on səkkiz yaşına qədər uşaqlar evində yaşamışdı. O anası heçvaxt görməmişdi. Anası onu dünyaya gətirən zaman ölmüşdü.

Atasıda anasının ölümünə səbəb olduğunu deyib Veyranı tərk etmişdi. Veyranı qonşular evdə ac və susuz olaraq tapmışdılar. Əgər qonşular vaxtında onu tapmasaydılar, Veyra indi yaşamırdı. O Elerya və Nivera ilə eyni məktəbdə oxumuş sonra da onlarla eyni restoranda işləyərək özünə ev tapmışdı. Yolda gedərkən niyə bunları fikirləşdiyini bilmirdi. Heçvaxt yaralı keçmişi onu buraxmırdı.

Elerya ilə Nivera bu həqiqətləri bilir, ancaq heçvaxt söhbətini etmirdilər. Restorana gedən iki yol vardı, biri normal yolun qırağı, biri isə qaranlıq aralıq bir yol. Veyra təcili olmasa o qaranlıq yoldan keçməzdi. Amma indi tələsirdi işə gecikmişdi. Ara yoldan getmək qərarına gələrək o yola tərəf ilərlədi. Ara yol qaranlıq və kimsəsiz olduğu üçün heçkəs o yolu işlətməzdi deyə fikirləşərək rahat olmağa çalışdı. Amma bilmirdi ki o yolda bəzən piyaniskalar olur. Veyra da onların olduğu zaman o yoldan getmişdi.

Bunun çox gec fərqinə varırdı çünki yolun yarısına çatdığı zaman orada dört içkili adamın olduğunu gördü. Onlar atəş başında durmuş içki içirdilər. Geri qayıda bilməzdi, qorxaq deyildi. Getdiyi yoldan geri qayıda bilməzdi. İçkili adamların yanından tez keçib getmək istəyirdi. Amma heçnə istədiyi kimi olmamışdı. İçkili adamlardan biri onun yolunu kəsərək qarşısında durdu.

"Hara gedirsən belə gözəlim?" Cəhənnəmə demək istədi Veyra amma özünü tutdu. Yeri deyildi.

"Zəhmət olmasa yolumdan çəkilin" digər içkili adamlarda ona yaxınlaşdı. Hamısı qəhqəhə ataraü gülməyə başladılar.

"Aa, sənin kimi gözəl bir qız tutduq buraxarıq heç?"

"Çəkilin dedim!" Adamlar daha çox gülərək Veyranın qarşısında durdular. İndi qarşısında dört içkili adam durmuşdu.

"Xaiş edirəm çəkilin qabağımdan sizin üçün pis olacaq yoxsa" adamlardan biri güldü.

"Necə pis olacaq? Başa salabilərsən?" Veyranın səbri tükənirdi, bir adam ona yaxınlaşdı.

"İstəyirsənsə mən sənə kömək edəbilərəm" Veyra arxaya doğru addımladı və adama möhkəm bir yumruq vurdu. Heçkəs bilmirdi amma Veyra uşaqlıqda döyüş kursuna getmişdi. Adam burnunu tutaraq geri doğru getdi.

Digər içkili olanda ona yaxınlaşıb vurmaq istədiyəndə Veyra oda ayağıyla möhkəm bir zərbə vuraraq onu yıxdırdı. Bir adam onun üstünə gələndə digəri isə yerdə ki şüşəni götürüb Veyraya vurmaq istədi. Veyra üstünə gələn adama vuranda şüşə vurmaq istəyən kiminsə şüşənin onun əlindən alıb öz başına vurduğunu gördü.

Onun vurduğu adam yenə qalxıb Veyraya yaxınlaşdığında Veyra geriyə doğru addımlayırdı. Birdən adama kiminsə vurduğunu və yerə sərdiyini gördü. Veyra çaşqın bir ifadəylə ətrafına baxır amma heçkəsi görmürdü. O adamı kim vurmuşdu? Vuranı görməmişdi axı. Bütün adamlar qaçaraq ondan uzaqlaşdı.

"Sən kimsən?" Deyə Veyra qorxuyla soruşdu.

"Qorxma sənə zərər verməyəcəm, sadəcə yanında qoruyucuyam" Veyra daha da qorxmağa başladı. Görmədiyi birinin səsini eşidirdi.

"Mən səni görmürəm ortaya çıx"

"Ortadayam onsuzda sadəcə sən məni görə bilmirsən" Veyra ətrafında fırlanaraq həryerə baxır amma heçkəsi görmürdü.

"Görmürəm axı səni!"

"Ruh olduğum üçün ola bilər?!" Sərt səsini eşitdi. Ruh demişdi o? Veyra gülməyə başladı.

"Çox gülməlisən, mən sənin gözündə saf birinə oxşayıram mənimlə məzələnirsən?" Gülüşü soldu.

"Düzünü danış və orta çıx!"

"Saf birinə oxşamırsan əzizim, sən safsan. Əgər saf olmasaydın indi birinin səninlə məzələndiyini fikirləşməzdin"

"Birinin mənimlə məzələndiyini fikirləşmək üçün saf olmalıyam? Mənə bir ruh olduğunu deyirsən! Necə inanım sənə?"

"Fərqindəsən mi bilmirəm amma mən sənin qarşındayam uzaqda deyiləm. Baxsan görərsən ki qarşında eləbir şey yoxdu ki səsim ordan gəlsin" yəni demək istəyirdi ki bir cihaz və ya başqa bir şey yoxdur ki o onun səsini oradan eşitsin.

Düz deyirdi, Veyra əsəbi və qorxmuş olduğu üçün fikir verməmişdi amma indi başa düşürdü ki səs onun tam qarşısından gəlir. Və qarşısında eləbir şey yoxdur ki səsi oradan gəlsin.

"Kimsən sən?"

"Ruham"

"Bildik də ruhsan nə işin var burda?"

"Səni qoruyuram"

"Başa düşmədim nədən?"

"Hərşeydən"

"Niyə?"

"Çünki sən bir başqa dünyanın bürc keşikçisisən və vaxtı gələndə o dünyaya gedəcəksən. Sən bu dünyalı deyilsən. Məndə sənin qoruyucu ruhunam sən dünyaya gələndən səni qorumaq üçün vəzifələndirilmişəm"

Veyra qəhqəhə atdı. "Necə də inanaraq yalan danışırsan. Mən indi bu dediklərinə inanmalıyam?"

"Özün bilərsən inansan da budu inanmasan da və vaxtı gələndə səndə səndə dostlarınla biryerdə o dünyaya gedəcəksən"

"Kim dostlarım?"

"Elerya ilə Niverayla"

Onlar nə əlaqə demişdi ki "Onlar da eyni şəkildə keşikçidir. Amma indi onlara heçbir şey deməyəcəksən. Vaxtı gələndə"dedi ruh.

"Adın nədir?"

"Terragon" bu bir oğlan idi. Veyra telefonunu çıxardaraq Niveraya zəng etdi, gecikəcəyini deməliydi.

"Alo, Nivera"

"Hə Veyra? Hardasan gəlmirsən?"

"Mən bugün gecikəcəm" Veyra səsini sabit tutmağa çalışırdı.

"Niy-" Nivera sözünü tamamlamadan Veyra telefonu söndürdü. Öyrənəcəyi çox şey vardı.

Biraz keçəndən sonra Veyra bir qıraqda oturmuş ruh ilə söhbət etməyə başladı. Eşitdiklərinin heç birinə inanabilmirdi. Dəli olma ehtimalını fikirləşirdi amma deyildi.

*******
30 dəqiqə sonra restoranda.
Veyra düzəlmiş və işinin başına keçmişdi. Artıq mətbəx də o qədər də iş yox idi. Hər birimiz çay içirdik.

"Aurian yanımdasan?" Nə vaxt Aurianla danışmaq istəsəm ona belə səslənirdim.

"Hə gözəlim yanındayam" o mənə olmayan böyük bacım kimi hissettirdi. Daima yanımda olsun istəyirəm. Onu görmək də istəyirəm.

"Biz bürclər dünyasında olanda səni görə biləcəm?" Onu görmək istəyirdim. Eşitdiyim səsin sahibi mənə çox maraqlı gəlirdi.

"Mən həm sənin həm də Eryasın qoruyucusu və köməkçisiyəm. Əgər o icazə versə əlbəttə görə biləcəksən" Eryas kim idi? Adı tanış gəlirdi amma bilmirdim kim olduğunu.

"Şir bürcünün Ulu başısı olan Aldrenin oğludur" demək Ulu başçımın adı Aldrendir. Nə qəribə adlar idi bunlar.

"Keçən dəfə də demişdim sənə Eryasın kim olduğunu amma Eryasdan başqa hərşeyə fikir vermisən" indi yadıma düşürdü. Aurian mənə demişdi ki Eryas onu məni qorumaq üçün göndərib. Bəs məni Ulu başçı qorumurdu? Ulu başçının oğlu necə göndərə bilər? Yalan dediyini hiss edirəm bu ruhun.

"Sən mənə deməmişdin ki Ulu başçı qoruyurdu məni. O hadisədən sonra necə Eryas göndərib səni? Ulu başçı qoruyurdusa əgər o səni səni göndərməliydi, Eryas nə əlaqə göndərib?" O gün şokdan nə dediyini başa düşməmişdim, amma üstündə də durmamışdım. İndi indi ağlıma gəlirdi.

"Aurian?" Hara getdi bu ruh!

"Aura!" İçimdən də qışqırdığım zaman səsim çölə vurmuşdu. Nivera mənə baxdı bir anlıq. Boğazımı təmizlədim. Özümü saxlamalı və gözləməliydim.

"Aura dedim!" Bur dəqiqə içində hara getmiş olardı bu ruh! Bir neçə dəqiqə sonra Aurianın səsi gəldi.

"Burdayam Elerya nə qışqırırdın?" Şükür. Gəlmişdi yalançı ruh!

"Hara getmişdin?"

"Eryasın köməyə ehtiyacı vardı və getməli oldum" tək məni qorusaydı yaxşı olardı demişdim.

"Bildim. Sualımı eşitdin?" Qaldığımız yerdən dəvam etmək üçün onu məcbur etdim.

"Hə. Elerya eşitdim amma o an cavab verəbilmədim"

"O an cavab verə bilmədin, indi buyur səni dinləyirəm" sıxıntı içində nəfəs verdi.

"Elerya normalda səni və qızları Ulu başçı qoruyur. Amma o günlər də sənin başçın yaxşı deyildi. Buna görə də atasının yerinə biraz vaxtlıq Eryas keçmişdi. Eryas yaşadığın təhlükəni görüb bundan sonra səni yaxından qorumağım üçün məni göndərdi. Bu qədər. Yalan yoxdu ortada" Elə bu? Həqiqətən də düz deyirdi görəsən?

"Yaxşı qoy bu dəfə elə olsun"

"Rahat nəfəs al və işinə qayıt balaca insan" balaca insan? O çox böyük və ölümsüzdür deyə mənim nə suçum varıydı!

"İşimdəyəm onsuzda qıcıq görünməz"

****
Zodaria şəhəri.
Eryas dostları ilə birgə ox atışı edirdi. Yanında Daryon ilə Lorien var idi.

"Hazırsınız?" Daryon həyacanlı şəkildə dedi. Eryas, Daryon və Lorienə həm ox atmağı öyrədir həm də onlarla yarışırdı. Amma hərzaman udan Eryas olurdu. Eryas uşaqlıqdan ox atdığı üçün bunu xox yaxşı bacarırdı.

Eryasın dodağının sol tərəfi qıvrıldı."Hər zaman" Daryon ona göz süzdürərək Lorienə baxdı.

"Hazıram başla"

İlk öncə Daryon yavaşca yayı dartdı və nişan alraq oxu buraxdı. Ox havada yellənərək hədəfə doğru yönəldi, amma tam ortaya düşmədi. Biraz sağa meyilli olmuşdu. Eryas və Lorien bıyıq altından güldü. Daryon yayı yerə atdı.

"Bu yay köhnəlib düzgün atmır. Mən təzəsini istəyirəm" Lorien qəhqəhə atdı.

"Yay köhnəlib ya sən?"

Daryon sərt şəkildə "yay" dedi. Sıra Lorien keçmişdi. Oda yayı dartaraq hədəfə nişan aldı və oxu buraxdı. Luorienin oxu Daryonun oxundan biraz yuxarı düşdü. Eryas güldü.

"Lorien səndə yayını dəyişmək istəyirsən?" Lucianda ona qoşularaq güldü.

"Yox, əzizim mən yayım da oxumda yaxşıdır. Həmçinin ox atmağımda elə" Daryona deyirdi bu sözü.

İndi sıra Eryasda idi. Eryas Daryona baxaraq oxu yaya taxdı və ona baxıb yayı dartdı. Daryona göz qırparaq hədəfə nişan aldı və oxu atdı. Eryasın oxu həmişə ki kimi tam ortaya düşmüşdü. Lorien qəhqəhə ataraq Daryonun çiyninə vurdu.

"Üzülmə dostum artıq gələn səfər" Eryas Daryona nəqədər ox atmağı öyrətsə də Daryon hələ də biraz zəif atırdı. Lorien tez bir şəkildə qavradığı üçün Daryondan biraz yaxşı atırdı. Digərləri ox atmağı bilsə də Daryon və Lorien bilmirdi. Yarış etmə səbəblərində biridə bu idi, onlara ox atmağı öyrətmək. Eryas və Lorien onun bacaracağını bildikləri üçün onunla zarafatlaşırdılar.

"Eloven məsələdi noldu Lorien danışdın onunla?" Lorien dostu Lucianın bacısından xoşu gəlirdi. Sadəcə xoşu gəlmirdi, onu sevirdi. Bunu sadəcə Daryon və Eryas bilirdi. Lucian da başa düşmüşdü ona görə qoymurdu tək qalsınlar.

"Heçnə olmadı danışmadım, danışa bilmədim Lucian gəldi" Eryas və Daryon gülməyə başladı.

"Necə olursa sən nəvaxt ona etiraf etməyə getsən, Lucian gəlir" dedi Daryon.

"Hə, bilmirəm nə edim"

"Nəyi bilmirsən? Eloven də səni sevirsə fso da" Daryon rahat rahat danışırdı amma Lorien üçün heçnə o qədər də asand deyildi.

"Sənə görə fsodur mənə görə yox"

"Biraz səbirli ol. Vaxtı gələndə Lucian da qəbul edəndə hərşey asandlaşacaq narahat olma" deyə Eryas onu birazda olsa rahatlatdı.

"Eryas," Eryas birdən Aurianın səsini eşitdi. Arxasına baxanda Aurianı orada gördü.

"Siz dəvam edin gələcəm indi" Daryon və Lorien başını salladı.

"Nolub Aura? Elerya yaxşıdır?" Aurian güldü.

"Narahat olma Eryas, Elerya həm yaxşıdır həm də ağıllıdır" Eryas bu dediyindən heçbir şey başa düşmədi.

"Nə demək istəyirsən?"

"Bayaq mənə nə sual versə yaxşıdır?"

"Nə sual verdi Aura? Ürəyimi partlatdın" Aurian güldü.

"Mənə dedi ki; məni Ulu başçı qoruyursa səni necə Eryas göndərib?" Eryas gülməyə başladı.

"Necə bir açıqlıq etdin ki başa düşdü?" Əslində Aurianın açıqlıq etməyi lazım deyildi. Onsuzda Elerya əvvəl axır düşünüb suallarına özü cavab tapacaqdı. Eryas bunu bilirdi, Eleryanı çox yaxşı tanıyırdı.

"Açıqlıq etmədim. Mənə bu dünya da məni görəbiləcəyini soruşdu. Cavab da sənin də adını çəkdim, tanımadı. Şokda olduğu üçün başa düşməmişdi keçən dəfə."

"İndi səni soruşdu məndə məni sənin göndərdiyini dedim. Oda bu sualı verdi. Sən ağıllı Eryas bilmirdin Elerya mənə belə sual verəbilər?" Bilirdi. Tanıyırdı, amma yenə də yoxlamaq istəmişdi. Düz bilmişdi.

Təbəssüm edərək "ona atamın o vaxtlar yaxşı olmadığını və biraz vaxtlıq mənim onun yerinə keçdiyimi de. O hadisəni mənim gördüyümü və səni göndərdiyimi." Aurian ağzı açıq şəkildə Eryasa qulaq asırdı.

"Necə də rahat yalan uydurdun beş dəqiqə də" Eryas güldü.

"Yalan danışmaq məcburiyyətində qalanda istər istəməz uydurmaq olur Aura" Aurian gedəcəyi zaman ağlına gələnlə durdu.

"Bilirsən Eryas, Elerya da əsəbləşən də mənə Aura deyir sənin kimi çox şeylərin də sənə oxşayır" Aurian bunu deyib getmişdi amma Eryas hələ də yerində donub qalmışdı.