2. bölüm · Zodiakın keşikçiləri

I. Bölüm🌓

Maliora Karlos

"Elerya" Niveranın səsini eşidirdim, amma fikrim tamam başqa yerdə idi. "Elerya!" Nivera bir anda qışqırdı,

"Hə, hə eşidirəm."

"Yaxşısan sən?" Üzümə qorxuyla baxaraq dedi.

"Yaxşıyam, Nivera."

"Hələ də o qutu məsələsini düşündüyünü demə mənə," istəməsəm belə düşünürdüm. Mənə həmişə maraqlı gələrdi, ruhlar, sihirlər, bir ruh tərəfindən qorunmaq kimi şeylər.

Son 3 ildə daha da maraqlı gəlməyə başlamışdı, birazda qorxuducu. "Ağlımda qalıbda elə." dedim özümü toparlamağa çalışaraq. Belə şeylər fikirləşdiyimi desəydim yenə gülərdi, ki elə də oldu.

Nivera gülməyə başlamışdı. "Nə gülürsən Nivera?" gülüşünü kəsdi və dedi,

"Yola verirmiş kimi deyirsən ki ağlımda qalıb amma gözlərin elə demir Elerya, qorxursan?"

Qorxmaq deyildi, qorxmurdum heçnədən sadəcə biraz təəccüblənmişdim.

"Yox, sadəcə qəribə gəldi." Boş ver deyərcəsinə əlini salladı.

"Nəyi qəribə gəldi ki sənə? Əlin qutuya dəydi, düşdüyünü görəndə qorxdun gözlərini yumdun və hansı tərəfə düşdüyünü belə düzgün görməmisən, özünü qorxutma."

Başqalarının dedikləri fikrimi dəyişdirmirdi. Sadəcə qulaq asırdım və öz bildiyimi edirdim, yenə eyni şeyi edəcəkdim. "Yaxşı elə olsun ver gedək?" Şükür edərək əllərini qaldırdı.

"Hə, gedək."

Restorandan içəriyə girəndə az müştərinin olduğunu görüb sevindim. Çünki müştəri çox olanda Veyra tək olduğu üçün əsəbləşəcək və bizə partlayacaqdı.

Nivera ilə işçilərin geyim otağına girdik. Mən ağ aşbaz formamı geyinərkən, Nivera da öz formasını geyindi. Mətbəxə keçən zaman Veyranın əsəbi səsini eşitdik.

"Oranı düzgün sil də nə gündədir, hər dəfə deyirəm." Samelə dedi.

"Silirəm də şef, daha neçə dəfə silməliyəm oranı!" deyəsən artıq Samel də əsəbləşirdi.

"Təmiz olana qədər." Nivera ilə gülməyə başladıq. Veyranın təmizliyə olan xəstəliyi bizi bezdirmişdi.

"Çox gülməlidir Elerya, götürdüyün işçiyə bax." Samelin əsəbi baxışları Veyranın üzərində idi. Samel 21 yaşında olan bir işçimizdir. Əsəbi olsa da tərbiyəli, düzgün bir uşaq idi.

Veyra isə soyuq, güclü, sərt amma içində bir o qədər də gözəl biri idi.
Heçvaxt insanlara pisliyi dəyməmişdi.

"Öyrənəcək də Veyra, sən sakit qal." deyərək yanına yaxınlaşdım və onu sıxı sıxı qucaqladım. Qucaqlaşandan sonra soruşdu, "Nə əcəb siz bir yerdə gəldiniz?"

İndi yadıma düşürdü, Nivera məndən nə isə istəyəcəkdi. Amma qutu məsələsindən sonra unutmuşdu. "Nivera yenə səndən nə isə istədi?" Qəhqəhə atdım.

Veyra da bilirdi ki Nivera nə isə istəməsə çox vaxt heçnə vecinə olmurdu. Nivera əsəbi baxışlarla bizə baxmağa başladı.

"Siz də nə abartdınız görəndə elə biləcək həmişə nə isə istəyəndə sizin yanına gəlirəm."

Veyra "onsuzda elə deyildi ki?" dedi Niveranı əsəbləşdirmək üçün, ki bunu da çox yaxşı bacarırdı.

"Yaxşı, əsəbləşmə, sən nə deyəcəkdin mənə? Unutdum soruşmağı."
dediyim zaman gözləri parıldadı və dedi,

"olar ki bugün işdən 2saat tez çıxım?" belə sadə bir şey üçün icazə alırdı? "Əlbəttə çıxa bilərsən, bunun üçün icazə almamalı olduğunu demişdim sənə."

Üzündə şeytani bir gülüş əmələ gəldi. "İcazə almırdım ki xəbər verirdim, tez çıxacam deyə." Məni əsəbləşdirməyə çalışırdı amma bilmirdi ki geri özünə qayıdacaq.

"Olmaz," üzündə ki gülüş birdən soldu. "Yaxşı, yaxşı səninlə də zarafat etmək olmur." Samel güldü.

Nivera yanıma gələrək mənə şirin şirin baxmağa başladı. "Olar da? Gedərəm?" Güldüm və başından öpdüm. "Hə dəli, gedərsən."

Veyra əsəbi şəkildə dedi, "Bəlkə işinizə qayıdasınız mən etməliyəm sizin işinizi?" Ona baxdım və əlimdə ona da bir öpücük göndərdim. Təbəssüm edərək işinə dəvam etdi.

Saat 20:00 olurdu və mətbəxdə iş çoxalmağa başlamışdı. Müştərilər artdığı üçün Nivera istədiyi yerə gedə bilməmişdi. Əslində mən ona "Sən get biz buranı həll edərik" desəm də o qulaq asmadan qalmışdı.

Mən salat hazırlayarkən Veyra ilə Nivera da digər yeməkləri hazırlayırdılar. Samel də bizə kömək edirdi.

"Off, bugün bayram deyil seyran deyil niyə bu qədər müştəri var ki?" deyə mızıldanmağa başladı Nivera.

"Nivera, insanlar bayram seyran da ancaq restorana gəlməlidir? Axşamdır və caamat ac olduğu üçün gəlib yemək yeyirlər də."

"Samel pomidor doğrayarkən bir tərəfdən də söhbətə qulaq asırdı. "Düz deyir Veyra şef."

Nivera əlində ki xiyar dilimini Samelə atdı. "Sən sus balaca, işinə bax." Nivera bunu etməməliydi çünki Veyra dəli olurdu.

Veyra sərt şəkildə "Nivera! Atma yerə götür onu tez!" Nivera ofuldayaraq ki xiyar dilimini götürərək zibil qutusuna atdı.

"Samel, qırmızı sous olan qabı mənə verə bilərsən?" Samel istədiyim qabı mənə verən zaman tələsdiyi üçün qab stolun kənarında qaldı və az qalsın üstümə düşəcəkdi, mən tutmaq üçün əlimi uzatdığımda gözləmədiyim bir şey oldu.

Qab üstümə düşmək əvəzinə arxaya sürüşmüşdü. Zarafat idi bu? Başımı qaldıran da hərkəs işinin başında idi, heç kim bunu görməmişdi.

Səhv görmüş ola bilməzdimz qaba əlimi belə vurmamışdım. Yaxşı, bu iki oldu. Əgər bir də belə şey olsa şübhələndiyim hər şey düz çıxacaqdı. Sakit qalmağa çalışaraq işimə dəvam edirəm.

"Elerya şef." Zalda işləyən ofisiantlardan biri mətbəxə girdi.

"Buyur,"

"4cü masa da yeməklə əlaqəli narahatçılıq var sizi istəyirlər."

Nə narahatçılığı ola bilərdi ki? İndiyə qədər mənim yeməklərim də narahat olacaq bir şey olmurdu.

"Gəlirəm." dedim və mətbəxdən çıxdım. 4cü masaya yaxınlaşanda masa da bir qadın və bir kişi oturduğunu gördüm.

"Buyurun, nədən narazısınız?" dedin sakitcə. Amma qarşımda ki insan heç o qədər də sakit deyildi. "Şef sizsiniz?"

"Bəli, mənəm."

Aşağılayıcı baxışlarla məni süzdü. "Yeməyimizin duzu heç yoxdur, siz necə şefsiniz ki yeməyinizə diqqət etmirsiniz?" Sakit qalacaq və məsələni həll edəcəkdim amma dava etməyəcəkdim.

"Sizi başa düşürəm, arada belə səhvlər ola bilər. İstəyirsinizsə bu səhvimi sizin üçün düzəldim?" Nəqədər də mənim səhvim olmasa belə.

"Yox. İstəmirəm, sənin müdürün yoxdur? Çağırın onu mən bu restorana nüfuzuna görə gəlmişəm. Amma belə "uşaq oyunu" görməmişdim."

Uşaq oyunu? Uşaq oyunu dediyi mənim illərimi verdiyim işim idi.

"Sən gəncsən deyə sənə mətbəxi veriblər amma açıq deyirəm - sən aşbazlıqdan uzaqsan! Bu iş sənlik deyil!" deyə kobud tonda danışdı. Əsəbləşmiyəcəkdim çünki nələr olacağını təxmin edə bilirdim.

Sakit qalmağa çalışaraq dedim, "Baxın, fikrinizi qəbul edirəm amma bu yemək sadə bir qida deyil - o bir təcrübədir. Bəziləri üçün anlaşılmaz ola bilər, amma mən bunun üzərində günlərlə çalışmışam. Təəssüf ki, sizin gözləntilərinizlə üst-üstə düşmədi."

Kişi əsəbi şəkildə ayağa qalxaraq bir şey demək istədiyi zaman birdən öskürməyə başladı.

Yanında ki qadın ona su verdə belə öskürəyi dayanmırdı. Burnu qanamağa başlamışdı. Bu niyə belə oldu? Daha çox öskürməyə başladı və artıq gözləri də yaşarırdı. Noldu birdən?

"Sənə qarşı hörmətsizlik etdiyi üçün cəzasını çəkir."

Nə? Hardan gəldi bu səs? Ətrafıma baxmağa başladım, amma heçkəs yox idi.

"Boşuna ətrafına baxma görməyəcəksən məni."

Bu kim idi? Kimin səsini eşidirdim mən? Kişi hələ də öskürməyə dəvam edirdi.

"Əgər sən onu bağışlamaq istəsən ökürməyi və burnunun qanamağı keçəcək, yox istəməsən dəvam edəcək."

Mənə hörmətsizlik etdiyi üçün və dava salmağa çalışdığı üçün belə oldu? İnana bilmirdim. Kimin danışdığını belə görmürdüm. Kişinin halı pisləşirdi.

"Bağışlayıram, bağışlayıram, düzəlsin yoxsa öləcək." deyə pıçıldadığım zaman kişi yavaş yavaş düzəlməyə başladı. Bu nə idi? Mən kimin səsini eşitmişdim?

Qadın və kişi hesabı ödəyərək restorandan çıxdılar. Mən hələ də əsəbi bir o qədər də çaşqın idim. Mətbəxə getdim, qızlar və Samel səsləri eşitmədiyi üçün heçnədən xəbərləri yox idi.

"Nivera, maşının açarını verə bilərsən, özümü pis hiss edirəm evə getməliyəm" Nivera nə olduğunu başa düşməsə də açarı mənə verdi.