7. bölüm · Nefretten Aşka ❤️

Nefretten Aşka ❤️

Günel Mehtiyeva

7. Bölüm — Kopuş

İso, Fadime’ye yaptığı büyük hatayı düzəltmək istəyirdi. Onu görüb üzr istəməyə qərar verdi. Ancaq Fadime artıq əvvəlki Fadime deyildi. İso nə qədər yaxınlaşmağa çalışsa da, Fadime ondan uzaq dururdu.

Bir gün İso onun qarşısına çıxdı.

— Fadime, səninlə danışmalıyam.

Fadime dayandı, amma ona baxmadı.

— Mən səninlə danışmaq istəmirəm, İso.

İso ilk dəfə onun səsində bu qədər qətiyyət eşitdi.

— Mən səhv etdim. Səni dinləməli idim.

Fadime acı bir təbəssümlə:

— Bunu indi başa düşdün? Mən sənə neçə dəfə həqiqəti danışmağa çalışdım.

İso susdu.

— Mən səni sevdiyim üçün bütün bunlara dözdüm. Amma hər dəfə məni günahlandırdın, incitdin və heç vaxt mənə inanmadın.

İso başını aşağı saldı.

— Bağışla...

— Səni bağışlamaq istəyərdim. Amma artıq əvvəlki kimi sənə güvənə bilmirəm.

Fadime getdi.

İso onun arxasınca baxıb yerindən tərpənmədi. İlk dəfə Fadime-nin həqiqətən həyatından çıxmaq üzrə olduğunu hiss etdi.

Həmin gecə İso uzun müddət düşündü. Fadime-ni incitdiyi bütün anlar gözünün önündən keçdi. İçindəki nifrət hələ tam bitməmişdi, amma artıq əvvəlki qədər güclü deyildi.

İso öz-özünə pıçıldadı:

— Mən niyə onun getməsini istəmirəm?

Cavabını bilmirdi.

Amma bir şeyi artıq dəqiq bilirdi: Fadime-ni itirmək əvvəl düşündüyündən daha çox ağrıdır.