Con və Maria-2 kitap kapağı

1. bölüm / 1

Con və Maria-2

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 1Şu an: Con və Maria-2
  1. 1 Con və Maria-2784 kelime · Okuduğun bölüm

Baş verən hadisələrdən artıq 3 ay keçmişdi. Bu vaxta qədər Conun sağ
qalmasına heç kimin ümidi yox idi. Amma bir nəfərdən başqa. O, Maria idi. Maria hələ də Conun nənəsinin məhəlləsində yaşayan dəlidən
şübhələnirdi. O, bilirdi ki, Conu o dəli qaçırıb. Amma kimlə bu fikri
bölüşsə, heç kim ona inanmırdı.
***
Bir gün Maria yenidən anasına yaxınlaşdı: -Ana, sənə bir sözüm var, amma deməyə çəkinirəm.
Anası mehribancasına dedi: -Çəkinmə qızım, söylə. -Ana, mən hələdə onun Conu qaçırdığına şübhə edirəm. -Kimi deyirsən, o dəlini? -Hə, məncə Conu o qaçırıb. -Qızım, sənə demişik ki, bu boş fikri beynindən çıxar. -Yaxşı, deyək ki, bu boş fikirdir. Bəs niyə bizim yanımızda Conla
mənim mahnımı oxuyurdu? -Adi mahnıdır da oxudu. -Sən məni başa düşmürsən. Axı niyə o mahnını bizim yanımızda
oxusun ki?!
Anası bu sual qarşısında cavabsız qaldı. Deyəsən, anasına bu sual
məntiqli gəlmişdi.
***
Meri bu sualı bir xeyli düşündükdən sonra Mariaya dedi: -Yaxşı, Maria. Sən indi məndən nə istəyirsən? -Baş verənləri polisə danışmağımızı. -Səncə, polis buna inanar? -Yoxlamaqdan ziyan gəlməz. -Yaxşı, sən Jacka xəbər ver.

***
Maria və ailəsi artıq polis bölməsinə çatmışdılar. Baş verənləri polisə
danışmışdılar. Polis əvvəlcə inanmasa da, sonradan onlar da razılaşdılar.
Çünki bu dəli barəsində çoxlu şikayətlər gəlirdi. İndi polislər dəlinin
yerini axtarırdılar. Məlum oldu ki, dəlinin adı Jamesdir. Bir neçə il
bundan əvvəl 1 il müddətində "The crazy people house" dəlixanasında
yatıb. Polislər dəlinin yerini tapdılar. İndi onu bölməyə gətirməyə
getmişdilər.
***
Polislər və Marianın ailəsi artıq Jamesin evinə çatmışdılar. Polislər
qapını döydülər. Qapını James açdı. O, ətrafına baxaraq qəfildən
qışqıraraq qaçmağa başladı. Polislər onu tutdular. O, bərk səslə qışqırdı: -Əl çəkin məndən! Buraxın məni! Əl çəkin!!!
Polislər onu sakitləşdirib maşına mindirdilər.
***
Jamesi artıq bölməyə gətirmişdilər. o, hər an qaça bilərdi, çünki o artıq
bir neçə dəfə qaçmışdı. Polislər Jamesdən soruşdular: -Con Marheli sən qaçırmısan?
James heç nə demədi. O, ətrafına baxdı, açıq pəncərəni gördü, sonra
ağır-ağır güldü. Polislər ondan soruşdular: -Səndən söz soruşduq, nəyə gülürsən?
James yenə heç nə demədi. O, yenə ətrafına baxdı və güldü. Qəflətən
James ayağa qalxdı və açıq pəncərəyə tərəfə qaçdı. O, bərkdən qışqırdı: -Con mənim əlimdədir. Onu heç vaxt tapa bilməcəyəsiniz!
James bunu deyib özünü pəncərədən aşağı atdı. Polislər, hətta Jack
belə Jamesi tutmaq istəsələr də, artıq gec idi. O, özünü pəncərədən aşağı
atmışdı. Bu səhnəni görən Maria yerindəcə donub qaldı. Polislər dərhal
aşağı düşdülər. James ölmüşdü.
***
Maria və anası artıq evə gəlmişdilər. Jack isə polislərin yanında idi.
Rachel Meriyə zəng edib baş verənləri danışmışdı. Thomas da bölməyə getdi. Jack bölməyə çatanda Jamesi xəstəxanaya aparmışdılar.
Jack Thoması görüb yanına yaxınlaşdı. Jack dedi: -Bundan sonra polisləri gözləməməliyik. Conu özümüz axtarıb
tapmalıyıq. -Conun yerini bilmirik axı. -Conun Jamesin əlində olduğunu bilirik. Jamesin bütün ola biləcəyi
yerləri tapıb baxmalıyıq.
-Düz deyirsən. Amma ola biləcəyi yerləri necə tapa bilərik ki? New
York şəhərində minlərlə bina və "James" var. -Jamesin yaxınlarından soruşmaqla.
Thomas könülsüz olsa da, razılaşdı.
***
Onlar birlikdə evə qayıtdılar. Jack evə çatanda Marianı fikirli gördü.
O Mariadan soruşdu: -Qızım nə olub, niyə belə fikirlisən? -Heç ay ata, Con barəsində fikirləşirəm. -Sən narahat olma, qızım. Con tapılacaq. Conu tapacayıq. -Yaxşı ata.
Jack ayağa qalxıb otağa keçdi.
***
Səhər Jacka zəng gəldi. Zəng edən Thomas idi. Jack telefonla
danışığı bitirdikdən sonra Meriyə nə isə deyib evdən çıxdı. Maria
anasından soruşdu: -Ana, atam hara getdi? -Thomasla birlikdə Conu axtarmağa getdilər.
Maria heç nə demədən otaqdan çıxdı. Anası isə işlərinə davam etdi
***
Jack küçədə Thoması gördü. O, sanki biraz həyəcanlı və səbirsiz idi.
Thomas Jackaa dedi: -Polislər Conun yerini tapdılar. Onu köhnə bir qarajda saxlanıldığı
güman edilir. Evdəkilərdə getmək istəyirlər. Səndə Maria və Meriyə
xəbər ver, onlar da gəlsinlər.
Jack razılaşıb evə getdi. Evə çatan kimi dedi: -Hazırlaşın, gedirik. Conun saxlanıldığı yer tapıldı. Bizdə ora gedirik.
Evdəkilər sürətlə hazırlaşıb evi tərk etdilər. Thomas, Jack, Rachel, Meri
və Maria polis bölməsinə tərəf üz tutdular. Polis bölməsinə çatanda iki
polislə birgə Jamesin evindən biraz aralıqda yerləşən köhnə bir qaraja
gəldilər.
Qapını açanda hamısı diksindi. Onlar qaranlıq qarajda Conu gördülər.
Conun üst-başı qan içində idi. Üzü solğunlaşmışdı. Conun əlləri zəncirlə
tavandan asılmışdı. Onun gözləri bağlı idi. Deyəsən, ölmüşdü. Onlar
qapını açıb içəri girdilər. Elə bu vaxt yanlarına bomba düşdü və güclü
partlayış baş verdi. Partlayış nəticəsində hamı öldü. Amma Maria sağ
idi. O, hələ can verirdi. Maria ağır-ağır gözlərini açıb ətrafa baxdı.
Birdən Con gözlərini açdı. Maria onu görüb "Con?" demək istədi, amma
alınmadı. Con ona baxıb acı-acı güldü. Maria isə artıq ölmüşdü.
Baş verənlər Jamesin əvvəlcədən qurduğu bir plan idi. O, bilirdi ki, onlar
buranı tapacaqlar. Onun üçün əvvəlcədən plan qurmuşdu. James Conu
çox döydüyü üçün Con tədricən ağlını itirmişdi. Onu özünə tabe etmişdi.
Onlar buraya gəldiklərini görən Jamesin adamları Conu zəncirləyib
özləri gizlənmişdilər. İçəri girəndə isə bomba atıb hamını öldürdülər.
Nəticədə hamı ölür. Digər polislər onları tutub ömürlük həbsə
göndərirlər.

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

25okunma 5beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…