5. bölüm · Aynadakı çat

Qaranlığa doğru

Aysss Biryolçuu

Paltomu götürüb evdən çıxdım. Hara getdiyimi bilmirdim, amma ayaqlarım məni köhnə məhəlləyə tərəf aparırdı. O nömrəyə zəng etməyə cəsarətim çatmadı, amma o mesajın məni hara çağırdığını duyurdum. Travma geri qayıdır, çünki o tamamlanmaq istəyir. O qorxu yaşanmalı və bitməlidir.
Köhnə, rəngi solmuş qapının önündə dayandım. Otuz il əvvəl qaçaraq tərk etdiyim o qapı. İçəridən kiflənmiş xatirələrin qoxusu gəlirdi. Cibimdəki açarı çıxardım – heç vaxt atmadığım, amma heç vaxt da istifadə etmədiyim o paslı açarı. Qapını açanda daxili dünyamın da qapısı aralandı. Mən artıq qaçan uşaq deyildim. Mən, "Bir Yolçu" idim və bu yolun sonunda ya özümü tapacaqdım, ya da o qaranlıqda tamamilə itəcəkdim.