1. bölüm / 2
Karlın macəraları: Oksforddakı sirli xalçaYeni başlanğıclar
Bölümler 2Şu an: Yeni başlanğıclar
Bu aramayla eşleşen bölüm bulunamadı.
Bu hadisələrin üstündən bir il keçdi...
Yay ayları yenidən gəlmişdi. Dostlar həmişəki kimi meşədə görüşdülər. Yorucu məktəb günlərindən sonra dostlarla görüşüb doyunca oynamaq onlar üçün çox xoş oldu.
-Yenidən meşədə istədiyimiz qədər oynaya bilərik. Məktəb olanda oynamağa az vaxt qalırdı. İndi isə vaxtımız çoxdur. Yeni macəralara atılmaq istəyirəm.- Culia sevinclə dedi.
-Mən də yeni macəralara atılmağı səbirsizliklə gözləyirəm- Karl dedi.
Cek pıçıldayaraq Culiyaya dedi:
-Axşam atamızın danışdıqlarını ona deməliyik.
-Yox, mən buradan və Karldan ayrılmaq istəmirəm. Həm getməyəcəyəm, həm də bu haqda ona heç nə deməyəcəyəm!
-Sən deməsən, mən deyərəm.
Cek üzünü Karla çevirib dedi:
-Karl, bilirsən ki, atamla sənin atan iş yoldaşıdır. Dünən axşam atam dedi ki, onları işləmək üçün başqa şəhərə göndərəcəklər. Buradakı iş yerləri bağlanır. Atam düşünür ki, ailəvi gedək. Həm də istirahət etmiş olarıq.Sənin atan bu haqda nəsə deyib?
Karl bir anlıq duruxdu, sonra fikirli halda dedi:
-Yox, deməyib. Amma desə də mən buradan, mavi diyardan və ağac evdən ayrılmaq istəmirəm.
- Karl getməsə mən də getmirəm!-Culia əllərini bir-birinə bağlayıb, əminliklə dedi.
Culia inadkar qız idi. Anası nə desə də fikrindən əl çəkmədi. Elə hey deyirdi ki, Karl getməsə mən də getməyəcəyəm.
Evə qayıdan da Karl yol boyu düşündü ki, atası onlara başqa şəhərə getməyi təklif etsə buradan ayrıla bilərdi?
Axşam oldu. Karlın atası işdən yorğun evə gəldi. Elə yorğun idi ki, ayaq üstə dura bilmirdi. Buna görə də Karl atasına hələki heç nə demədi.
Axşam yeməyindən, sonra Karl sözə başladı:
-Ata, olar, bir şey soruşum?
-Hə, oğlum, nə olub?
-Cek və Culianın atası deyib ki, sizi işləməyə başqa şəhərə aparacaqlar.
-Hə, elə mən də o haqda danışmaq istəyirdim. Dedilər ki, buradakı iş yeri bağlanır və sizi başqa şəhərə göndərməli olacağıq. İstəyirsiniz ailəvi gedin yaxud da təkcə özünüz. Gəlin, hamımız birlikdə gedək. Həm dəyişiklik olar, həm də yeni yerlər görərsiniz .Bütün xərcləri şirkət ödəyəcək. Nə düşünürsünüz, gedək?
Hər kəs getmək istədiyini bildirdi. Yalnız Karl tərəddüd edirdi. Evindən, meşəsindən ayrılmaq istəmirdi. Birdən ağlına babasının bir sözü gəldi: "Yeni macəralara atılmaq üçün dəyişikliklər etməkdən çəkinmə!"
Nəhayət bir qərara gəldi.Yeni macəralara atılmaq ümidi ilə getməyi qəbul etdi.
Səhər tezdən dostları ilə görüşdü.
-Mən qərar verdim. Gedəcəyəm.
- Bəs dünən getmək istəmirdin. Nə oldu ki, fikrin dəyişdi? - sual dolu baxışlarla Culia dedi.
- Həm yeni yerlər görərik, həm də bu yeni macəralara atılmaq üçün bir fürsətdir.
- Bele dedin, mən də fikrimi dəyişdim. Mən də gedəcəyəm. - Culia əllərini bir-birinə vurub sevinclə dedi.
Beləliklə, uşaqlar hansı şəhərə gedəcəklərini müzakirə etməyə başladılar. Görək, kimin fikri doğru çıxacaq. Cek Liverpula, Culia Kembricə və Karl isə Oksforda gedəcəklərini düşünürdü. Uşaqların hər biri getmək istədiyi şəhərin adını çəkmişdi və oraya gedəcəklərini ümid edirdilər.
Beləliklə, bir gün də sona çatdı. Hər iki ailə də getməyə razı idi. Artıq sabah səhər yola düşəcəklər. Ataları hələ də uşaqlara hansı şəhərə gedəcəklərini deməmişdilər. Uşaqlara sürpriz etmək istəyirdilər. Bu səyahətin ən əyləncəli tərəfi isə Karlın dostları ilə birlikdə getməsi idi.
Təəssüf ki, Eddy'ni özləri ilə apara bilməyəcəklər. Onu da Karlın babasına verdilər. Hər kəs əşyalarını çantalara yığırdı. Təbii ki, Karl hamıdan əvvəl çantasını hazırlamışdı. O, çox həyəcanlı idi. Bu onun ilk səyahəti olacaqdı.
Axşam heç cür yata bilmədi. Yeni macəraları düşünməkdən səhərə qədər gözünü belə qırpmadı...
Bölüm etkileşimi
