7. bölüm · "Atasının oğluna aşiq olan Elisa"
6cı fəsil "Keçmişin Yarası"
O axşam Elisa işdən evə gələndə üzümə baxıb anladı ki, nəsə dəyişib.
— Ana, yaxşı deyilsən?
Sakitcə dedim: — Otur, bala. Sənə danışmalıyam.
Əllərim titrəyirdi. İllərlə susduğum həqiqət boğazımda düyün olmuşdu.
— Dünən Muradın evində gördüyün kişi… Kənan… o sənin atandır.
Elisa bir anlıq dondu.
— Nə?..
Səsi titrədi. Gözləri böyüdü. Mən davam etdim.
— Sən doğulmamışdan əvvəl o məni tərk etdi. Sənə hamilə olduğumu biləndə… uşağı aldırmağımı istədi. Mən razı olmadım. O isə getdi. İllərlə geri qayıtmadı.
Elisanın nəfəsi ağırlaşdı.
— Bəs… Murad?..
Bu sual gələcəkdi, bilirdim.
Dərin nəfəs aldım.
— Murad onun oğludur.
Söz otağın içində ağır bir daş kimi düşdü.
Elisa geri çəkildi, sanki yer ayağının altından qaçdı.
— Yox… yox ana, bu mümkün deyil…
Gözlərindən yaş axmağa başladı.
— Mən onu sevirəm…
Səsini ilk dəfə belə eşidirdim — qırılmış.
Mən yanına getdim, amma toxunmağa cəsarət etmədim.
— Sən günahkar deyilsən, bala. Heç biriniz deyilsiniz. Günah keçmişdədir. Günah qorxaqlıqda idi.
Elisa dizlərinin üstə çökdü.
— O da bilirmi?..
— Yox.
Otaqda uzun bir sükut oldu.
Sonra Elisa göz yaşlarını silib asta səslə dedi:
— Mən onunla danışmalıyam.
O an başa düşdüm… qızım artıq uşaq deyil.
Bu, onun öz həyatının ən ağır qərarı idi..
Elisa hər şeyi Murada danışdı.
Murad əvvəl inanmadı. Sonra atasının adına baxdı, tarixlərə baxdı, illərə baxdı… və həqiqət onu tapdı.
O gecə Murad heç nə demədi. Sadəcə sakitcə dedi:
— Bir az vaxt lazımdır.
Və uzaqlaşdı.
Elisa onu saxlamadı. Çünki hər ikisi anlayırdı — bu sevgi indi ağır bir yükə çevrilmişdi.
Günlər keçdi. Onlar işdə belə bir-birindən uzaq dururdular. Baxışları qaçırır, söhbətdən yayınırdılar. Sevgi hələ oradaydı… amma qorxu daha böyük idi.
Bir axşam Murad atasının qarşısında dayandı.
— Düzdür? — dedi sərt səslə. — Elisa mənim bacımdır?
Kənan başını aşağı saldı.
— O sənin qanından deyil, Murad.
Murad çaşqınlıqla baxdı.
Kənan dərindən nəfəs aldı:
— Sən… mənim qanımdan deyilsən, oğlum.
Söz otaqda dondu.
— Nə deməkdir bu?..
— Sənin ananla mən evlənəndə… sən artıq onun həyatında var idin. Mən səni öz oğlum bildim, amma bioloji olaraq… sən mənim qanımdan deyilsən.
Muradın dünyası ikinci dəfə dağıldı.
— Bəs Elisa?
— Elisa mənim qızımdır. Amma sən onun qan qardaşı deyilsən. Qan qohumluğu yoxdur. Siz bacı-qardaş sayılmırsınız.
Murad susdu. İllərlə “ata” dediyi adamın həqiqəti indi tam dəyişmişdi.
— Demək… biz günahkar deyilik?
Kənanın gözləri doldu.
— Günahkar mənəm. Amma sən həyatını mənim səhvimə görə məhv etmə. Əgər onu sevirsənsə… buraxma.
