6. bölüm · "Atasının oğluna aşiq olan Elisa"
5ci fəsil "İllər Sonra Üzləşmə"
O axşam heç nə demədim.
Elisa da heç nə anlamadı. Murad çaşqın idi, amma vəziyyəti “köhnə tanışlıqdır” deyib keçdi. Mən isə süfrə arxasında otursam da, illər əvvəl yarımçıq qalan həyatım gözlərimin önündən keçirdi.
Kənan da susurdu.
Göz-gözə gələndə baxışlarını qaçırırdı.
O gecə evə qayıdanda Elisa soruşdu: — Ana, sən niyə elə oldun? Onu haradan tanıyırsan?
Sadəcə dedim: — Köhnə bir tanışlıqdır, bala… keçmişdən.
Daha heç nə..Ertəsi gün qapım döyüldü.
Açanda qarşımdakı adamı görmək üçün hazır deyildim.
Kənan idi.
Heç zəng etməmişdi. Sadəcə gəlmişdi.
Bir anlıq qapını bağlamaq istədim. Amma bağlamadım.
— Bir neçə dəqiqə danışa bilərik? — dedi.
Səsi əvvəlki kimi deyildi. Qürurlu yox… sınmış idi.
Mətbəxə keçdik. Elisa işdə idi. Ev sakit idi.
Bir müddət danışmadı. Sadəcə ətrafa baxdı. Divardakı Elisa’nın məzuniyyət şəklinə gözləri sataşdı.
— O… bizim qızımızdır? — dedi asta səslə.
Boğazım düyünləndi.
— Bəli. Amma sən bunu bilməyə haqqını itirmisən.
Gözlərini yumdu.
— Mən o vaxt qorxdum, Səlmi. Sən “uşağı saxlayıram” deyəndə mən hazır deyildim. Mən səndən… uşağı aldırmağını istədim. Sən razı olmadın. Mən qaçdım.
Sözləri evin içində ağır-ağır asılı qaldı.
Sonra davam etdi:
— Xaricə gedəndən sonra başqa bir qadına aşiq oldum. O qadın evli idi. Hər şey səhv idi. Həyatımı daha da qarışdırdım. Murad… o, mənim doğma oğlum deyil, anası öldükdən sonra ona öz oğlum kimi baxmışam həmişə.Həyat məndən doğma evladımı alıb,özgə övladı böyütməyi qismətimə yazdı.. Mən heç vaxt düzgün həyat qura bilmədim.
Mən sakitcə ona baxırdım.
İllər əvvəl ağlayan Selmi indi yox idi.
— Bəs indi niyə gəlmisən? — dedim.
— Dünən səni görəndə anladım… mən hər şeyi itirmişəm. Səni. Qızımı. Özümü.
Mən dərindən nəfəs aldım.
— Biz sənsiz də ayaqda qaldıq, Kənan. Elisa həkimdir. Sənin qorxduğun o uşaq bu gün insanlara həyat verir.
Onun gözləri doldu.
— Ona demə… xahiş edirəm. Hələ yox.
Bir an düşündüm.
— Həqiqət gec-tez üzə çıxacaq. Amma bu dəfə qaçmaq yoxdur.
O başını aşağı saldı.
Bu dəfə gedən mən oldum. Onu mətbəxdə tək buraxdım.
İllər əvvəl yarımçıq qalan söhbət bitmişdi.
Amma hekayə… yeni başlayırdı.
