1. bölüm / 1
Yarıda Qalan İzlər1 bölüm Yad kücələr
Bölümler 1Şu an: 1 bölüm Yad kücələr
Bu aramayla eşleşen bölüm bulunamadı.
Nəfəs kəsən, boğucu bir isti var idi. Maşının pəncərəsindən girən ilıq külək belə havada yaranan ağır kəsifliyi dağıtmağa bəs etmirdi. Orta yaşlı, həmişəki kimi səliqəli görünüşünə həssaslıqla yanaşan Kəmalə xanım əlindəki yelpəyi fasiləsiz olaraq üzünə doğru yelləyir, narahatlıqlagah çölə, gah da arxa oturacaqda əyləşən qızına baxırdı.
— Çox dardı buranın küçələri... — Kəmalə xanım narazılıqla mızıldandı.
Sürücü isə tam əksinə, sükanı rahatlıqla saxlamışdı. Məhəllənin ensizliyinə öyrəşdiyi hər halından bəlli idi. Güzgüdən Kəmalə xanıma baxıb gülümsədi:
— Hə, hava doğrudan da çox istidir. Narahat olmayın, xanım, darlıqdan yana da qorxmayın. Sadəcə, inşallah, qabağımıza kimsə paralel maşınla çıxmaz, yoxsa keçmək çətin olar.
Kəmalə xanım bu sözü eşidən kimi vahimə ilə qulağını dartıb üç dəfə maşının panelinə vurdu:
— Allah etməsin! Ağzından yel alsın, sürücü qardaş, nə danışırsan?!
Sonra narahat baxışlarını arxada sakitcə oturan qızına tərəf çevirdi. Onun bu biganəliyi Kəmalə xanımı daha da hövsələdən çıxarırdı.
— İnci, sən də nəsə de də, bəlkə?! Nə sakit oturmusan orada?
İnci başını pəncərədən çəkib anasına baxdı. Üzündə nə bir həyəcan, nə də narahatlıq var idi. Həmişəki soyuqqanlılığı və məsafəli duruşu ilə dərindən nəsəf alıb cavab verdi:
— Ona baxıram ki... Nə deyim, ana? Gözəl yerdir. Həm nəyə görə bu qədər narahatsan ki, axı?
— Necə nəyə görə, İnci? Buraya Kubinka deyirlər! Bilmirsən hansı mühitdir, kimlər yaşayır burada?
İnci cavab vermədi, yenidən başını pəncərəyə tərəf çevirdi. Maşın məhəllənin ensiz, daşlı küçəsi ilə yavaş-yavaş irəliləyirdi.
Əşşi, ana, gözəldir də... Həm də burada cəmi bir il qalacağıq, öyrəşə bilərsən. Sən tək qalmayacaqsan ki, yenə gedib-gələcəksən. Özün istədin gəlməyimi, indi də deyinirsən, — İnci səssizliyi pozaraq ehmalca dilləndi.
Kəmalə xanımın qaşları çatıldı, əlindəki yelpəyi bir anlıq dayandırıb qızına tərəf döndü:
— Sen... — deyə sözə başlamaq istəyirdi ki, kəskin bir tormoz səsi məhəllənin sakitliyini qat-qat böldü.
Maşın anidən dayandı. Əyləcin sərtliyi ilə Kəmalə xanım bir anlıq önə tərəf sovruldu, İnci də tarazlığını itirib anası ilə birlikdə qabağa sürüşdü. Qəfil zərbədən maşının içi bir anlıq təşvişə büründü. Kəmalə xanım əlini sinəsinə qoyub bərkdən nəfəs aldı, gözləri bərəlmiş halda qabaq pəncərədən çölə baxdı.
— Bu binadır, xanım? — sürücü arxaya dönüb soruşdu.
Kəmalə xanım hələ də bayaqki qəfil tormozun həyəcanından çıxmamışdı. Nəsə demək istəyirdi ki, sonra sakitləşib cavab verdi:
— Hə, bu binadır.
Qapını açıb maşından düşdük. Kəmalə xanım dərindən bir nəfəs alıb mızıldandı:
— Şükür, sağ-salaman çatdıq axır ki...
Sürücü yük yerini açıb çantalarımızı çıxartdı və nəzakətlə soruşdu:
— Xanım, kömək edim çantalarınıza? Yuxarı qaldırım?
Dönüb anama baxdım. Kəmalə xanım dərhal başını buladı:
— Yox, lazm deyil, çox sağ olun.
Pulu verib sürücü ilə sağollaşdıq. Binanın blokuna girdik və yavaş-yavaş pilləkənləri qalxmağa başladıq. İçəridə qəribə, boğuq səslər əks-səda verirdi.
Yuxarı mərtəbələrə doğru qalxarkən pilləkəndə oturan bir oğlan gördük. Əlində siqaret var idi. Bizi görən kimi cəld siqareti arxasında gizlədib ayağa qalxdı və kənara çəkildi. Tam onun durub çəkildiyi qapının arxasından hiddətli bir səs gəldi:
— Mənim pulum axşama kimi doğursan!
Səs kəsilən kimi qapı taybatay açıldı və oradan daha bir oğlan çıxdı — (Pərviz.)
Bir anlıq göz-gözə gəldik. Baxışları soyuq və ağır idi. Bizi başdan-ayağa süzdü, sonra təmkinlə soruşdu:
— Salam. Kömək lazımdır?
Anam dərhal mənə tərəf çəkilib cavab verdi:
— salma Yox, lazm deyil.
Mən isə Pərvizə baxırdım. Saçları qara, (çecenka) idi, nə çox uzun, nə də çox qısa... Geyimi sadə və normal idi, amma danışığında, duruşunda kəskin bir küçə havası sezilirdi.
Məlum oldu ki, bizim yeni evin qapısı düz onların qapısı ilə üzbəüzdür. Anam cəld cibindən açarı çıxarıb qapıya yaxınlaşdı, qapını açmaq istədi.
Həmin an yuxarı mərtəbədən orta yaşlı bir qadının səsi ucaldı:
— Boyy, qadan alım, ay bala, yenə nə olub orada?
Pərviz başını yuxarı qaldırıb sakitcə cavab verdi:
— Heç, xala, öz aramızda həll etdik. Böyük bir şey deyil. Sən necəsən? Var bir qulluğun?
Biz açarla qapını açmağa çalışarkən onların söhbətini eşidirdik.
— Sağ ol, bala, salamatçılıqdır. Mamana salam deyərsən, oğlum.
Nəhayət, qapını açıb evə girdik. Kəmalə xanım qapını arxadan bağlayan kimi yenə deyinməyə başladı:
— Yaxşı ki, səni burada tək qoymamışam! Gör haralara gəlib çıxmışıq...
Kəmalə xanım əlindəki çantaları yerə qoyub, narahat baxışlarla evin içini süzməyə başladı. Ev illərdir yaşayış görməmiş kimi tozlu və qəribə bir səssizlik içində idi.
— Bura bax, İnci... Bu qapı-qonşu ilə necə yaşayacaqsan sən? Görünüşlərindən belə bəllidir ki, başqa dünyanın adamlarıdırlar.
İnci anasının dediklərinə cavab vermədi. Çantasını kənara qoyub yavaş addımlarla pəncərəyə tərəf yaxınlaşdı. Taxta çərçivəli, küncləri bir az ovulmuş pəncərəni ehmalca açdı. İsti, kəsif hava ilə birgə həyətdən gələn uşaq səsləri və maşın siqnalları otağa doldu.
Aşağı baxdı. Düz binanın girişində həmin oğlan — Pərviz dayanmışdı. Dostu ilə nəsə pıçıldaşır, sakitcə siqaretini çəkirdi. Bir anlıq Pərviz başını yuxarı qaldırdı. Baxışları ikinci mərtəbənin pəncərəsində dayanan İnciyə sataşdı.
Nə İnci gözlərini qaçırdı, nə də Pərviz. Kubinkanın səs-küylü həyətində, bir neçə saniyəlik də olsa, tam bir səssizlik yarandı.
İnci pərdəni yavaşca çəkib geriyə addımladı
Kəmalə xanım barmağını masanın üzərinə sürtüb üstündəki toz təbəqəsinə baxdı, narazı halda üzünü turşutdu:
— Gör nə gündədir... Elə bil illərdir bura heç insan ayağı dəyməyib, heç təmizləməyiblər!
İnci çantasını divanın üstünə qoyub anasına tərəf döndü:
— Ana, atam bu evi beş ay bundan qabaq kirayə götürüb. Yəqin elə o vaxtdan bəri də qapısını açan olmayıb, ona görə belədir.
Kəmalə xanım yüngülcə gülümsədi. Qızına heç vaxt xətrinə dəyəcək bir söz deməz, harda olursa-olsun onunla həmişə mülayim rəftar edərdi. Yanağındakı batıqlar görünəcək şəkildə zarafatla dilləndi:
— Təmizləyəcəksən, yoxsa elə belə dayanıb danışacaqsan, xanım qız?
İnci anasının zarafatını tutub gülümsədi, amma yorğunluğu hər halından bəlli idi:
— Pulumuz var da, ana... Niye xadimə çağırmırıq ki? Həm də o qədər yol gəlmişik, üstəlik bu isti havalarda... Bir az dincələrik, sonra baxarıq da.
Pərviz pilləkənləri yavaş addımlarla düşüb məhəllənin bürkü bürümüş həyətinə çıxdı. Havanın ağır stili köhnə binaların divarlarına hopmuşdu. Əlini cibinə atıb siqaret qutusunu çıxartdı, bir dənəsini dodagının ucuna qoyub alışqanı yandırdı. Qutunun dibində cəmi iki siqaret qalmışdı.
Məhəllənin küncündəki köhnə skamyada oturan dostu Rövşən onu görən kimi ayağa qalxdı. Bayaq pilləkəndə pul üstündə qışqıran, qapı arasında gərginlik yaradan elə o idi.
— Nə oldu, Pərviz? Həll edə bildin? — Rövşən narahat baxışlarla Pərvizin üzünə baxdı.
Pərviz siqaretdən dərin bir qullab vurub tüstünü yavaşca havaya buraxdı. Üzündə nə bir əsəb, nə də bir təlaş var idi. Küçənin sərt qaydaları onu vaxtından əvvəl böyütmüş, soyuqqanlı olmağı öyrətmişdi.
— Həll olunmayacaq şey var ki, Rövşən? — Pərviz kəsdirib atdı. — Bir də bu məhəllədə pul üstündə belə səs-küy salma. Qoca adamlar var, xəstə var. Bir də... üzbəüzə təzə qonşular gəlib. Şübhəli-şübhəli gözlərini zilləyib baxırlar.
Rövşən başını aşağı saldı:
— Bağışla, Kubinkalı... Səbir qalmamışdı da. Əlimizdə-ovcumuzda bir şey yoxdur, borc da boğaza çatıb.
Pərviz dostunun çiyninə bərk-bərk vurdu. Səsi sərt olsa da, arxasında hər zaman saxladığı o məhəllə təəssübkeşliyi hiss olunurdu:
— Borc bağlanar, dostluq batmaz. Darıxma, axşama gedib o işi də yoluna qoyarıq. Amma bir də mənim olduğum binada səsini qaldırma.
Həmin an məhəllənin uşaqları kənarda topla oynayırdı. Top gəlib Pərvizin ayağının dibində durdu. Pərviz siqaretini barmaqlarının arasında saxlayıb topu yavaşca uşaqlara tərəf dırıldatdı:
— Ehtiyatlı oynayın, maşınlara vurmayın!
Uşaqlar "Baş üstdə, Mirağa" deyib topun arxasınca qaçdılar. Kubinkada hamı onu tanıyırdı — sözü keçən, hörməti saxlanılan, amma baxışlarından qorxulan "Mirağa" Pərviz...
Pərviz başını qaldırıb ikinci mərtəbənin təzə açılmış pəncərəsinə tərəf baxdı. Pərdə yavaşca tərpənirdi, amma artıq heç kim görünmürdü. Əlindəki siqareti yerə atıb ayağının altı ilə söndürdü.
Yolun qırağında, kəskin bürkü altında gözləyirdilər.
Pərviz əlindəki telefonu qulağına aparıb əsəbi halda dedi:
— Ala, hardasan sən?
Aşağıdan gələn Həsən idi. O, bu uşaqların arasında ən dindarı, əxlaqlı və tərbiyəli olanı idi. Həmişə bu iki dostunun saldığı hoqqaların, "poxların" içindən onları çıxarmağa çalışardı.
— Salam, qardaş, — deyə Həsən yaxınlaşıb Pərvizlə görüşdü. — Namaz qılırdım, ona görə gecikdim. Hani bizimki?
Pərviz siqaretindən bir qullab vurub narazı halda başını buladı:
— Allah bilir, heç evdən də çıxmayıb. Bizimlə məzələnir də...
Həsən sakitcə gülümsədi:
— Yox, elə uşaq deyil, gələr indi.
Hələ sözünü bitirməmişdi ki, küçənin aşağı başından ucadan baslı bir mahnı səsi gəlməyə başladı. Səs o qədər yüksək idi ki, bina divarları silkələnirdi.
— Deee, oradan gəlir... — Pərviz gözlərini süzdü.
Gələn köhnə, amma səliqəli bir 07 idi. Sükan arxasındakı zarafatından qalmayan Telman idi — gələcək bəy, dəli-dolu, ara qatan, amma aradan çıxmağı da bacaran tayfadan. Sabah onun hərisisi olacaqdı, amma bunlar hər şeyi son günə saxlamışdılar. Bu gün gül buketi sifariş etməli, şirniyyatları danışmalı və toy üçün kostyum almalı idilər.
Telman maşını düz onların üstünə sürdü. Həsən cəld kənara çəkilsə də, Pərviz yerindən belə tərpənmədi.
— Ala, ala, nə edirsən?! — Həsən təşvişlə bağırdı.
Telman maşını Pərvizin dizinə bir santimetr qalmış sərt tormozla saxladı. Pərviz heç kirpiyini də qırpmadı. Küçədə hamı ona "Mirağa" deyirdi — bu ləqəb ona ulu babasından qalmışdı və məhəllədə böyük hörməti var idi.
Telman pəncərədən başını çıxarıb şit gülümsəmə ilə dilləndi:
— Mirağa, sağlasan, qaqa?
Pərviz maşına yaxınlaşıb qapını açdı və zarafatla onun çiyninə yüngülcə vurdu:
— Hə, sağam, sağam... Görək elə sabah sağ qoyacağsan məni.
Həsən də maşına əyləşən kimi birinci işi mahnının xodunu azaltmaq oldu:
— Əşi, azalt bu mahnını, ala... Məhəllədir, şikayət edəcəklər yenə!
Telman mahnının səsini bir az da qaldırıb güldü:
— Əşşi, qoy eşitsinlər də! Bəy oluruq burda, elə-belə şeydir?!
Maşın şirniyyat mağazasına tərəf irəliləyərkən Pərviz yan oturacaqdan dönüb Telmana baxdı:
— Birinci nə edirik, bəy bəyəfəndi?
Telman sükanı bir əli ilə saxlayıb təkəbbürlə gülümsədi:
— Deyirəm, birinci tortu zakaz vermişəm, ona görə dəyək. Qalıb bir buket, bir də əyin-baş. Başqa heç nə.
Pərviz siqaretini dirsəyini pəncərəyə söykəyib çölə doğru tutdu, dərindən nəfəs alıb dilləndi:
— Sen Allah, hoqqa vermə də, qaqa... Bu toy sağ-salamat olub qurtarsaydı, biz də rahatlaşardıq.
Pərvizin bu sözləri elə-belə deyildi. Bu elçiliyə gələnə qədər tam 10 dəfə elçi getmişdilər. Telmanın sevdiyi qızın anası dindirmədən-sormadan "yox" deyib qapıdan qaytarırdı. Qadın Telmanın bu avara görünüşünə, küçə həyatına görə qızını vermək istəmirdi. Axırıncı dəfə Telman havalanıb qızın anasına "Evi də, özümü də yandıraram, yenə o qızı alaram!" deyə xəbər göndərəndən sonra güclə-bəla ilə hə-sini ala bilmişdilər.
Qızın anası razılaşanda bir şərt qoymuşdu: Pərvizlə Həsən Telmana muğayat olmalı, onu bu avara həyatdan, küçələrdən uzaq tutmalı idilər. Pərviz öz canına and içmişdi, Həsən isə zatən düzgün, namaz qılan adam olduğu üçün bu sözün arxasında dağ kimi durmuşdu.
Pərviz o günləri xatırlayıb başını buladı. Telman isə heç nə olmamış kimi gülürdü:
— Əşşi, nəsən ala? Hər şey qaydasındadır da! Qızı almışam, vəssalam. İndi gedək o kostyumu seçək, görüm nə geyinirəm.
Həsən arxadan sakitcə dilləndi:
— Telman, əsas odur ki, verdiyimiz sözü yerə vurmayasan. Qızın anası bizə güvənib razı oldu. Bir də görüm, sabah o kostyumda düz-əməlli adam kimi dura biləcəksən?
Telman güzgüdən Həsənə baxıb göz vurdu:
— Narahat olma, müəllim, sabah elə bir geyim geyinəcəyəm ki, qaynanamın gözləri yaşaracaq!
Pərviz bərkdən güldü:
— Sağ əlin bizim başımıza, Telman! — deyə kinayə ilə gülümsədi.
Telman maşını səliqə ilə kənara çəkib saxladı, rahat nəfəs alaraq arxaya söykəndi:
— Qaqa, elə rahatam ki... Quş kimi, dərdim-sərim yoxdur elə bil. Canım qurtarır!
Həsən önə doğru əyilib maraqla Pərvizə baxdı:
— Pərviz, bu Rövşən məsələsi nədir belə? Başa düşmədim ki... Menə bir izah et görək.
Pərviz cibindən yeni bir siqaret çıxarıb dodaqlarının arasına qoydu, alışqanı yandırıb tüstünü çölə üfürdü. Səsi bir az sərtləşmişdi:
— Rövşən gedib kimsəyə pul borc verib. O qoşunluqda olan o oğraş... nədir onun adı, bilmirəm. Elə bilib ki, mənim adımdan istifadə edib pulu verməyəcək. Amma elə şey yoxdur. Mənim adımdan borc alıb qaytarmırlarsa, dalına düşəcəyəm. Tapşırmışam ki, o pul tezliklə geri verilsin.
Telman başını bulayıb sükanı barmaqları ilə döyəclədi:
— Hə, bilirsən, amma çox da möhkəm sürətdə xəbərdarlıq etmisən axı...
Həsən ciddi görkəmlə təsdiqlədi:
— Bilirəm, xəbəri gəlib çatıb qulağıma. Məhəllədə yenə səs-küy olub.
Pərviz qaşlarını çatdı:
— Rövşən özü gedib deyə bilməzdi. Ona görə mən dedim ki, get xəbərdarlıq et, mənim pulumu versinlər.
Həsən isə məsələnin digər tərəfini qabartdı:
— Rövşən güya özü gedib deyə bilməzdi də, qorxur...
Telman gülərək gözünü yoldan çəkdi, amma simasında şübhəli bir ifadə vardı:
— Nəsə bu işdə bir əsmə var, xəbərin olsun, Mirağa. Bir də görərsən o biri dünyadasan, heç xəbərin də olmaz. Ehtiyatlı ol!
Pərviz Telmanın bu sözünə əsəbiləşdi, amma yenə də özünü saxlayıb sərt şəkildə kəsdirib atdı:
— Mən bilirəm nə elədiyimi, ala! Mənim işimə qarışmayın, öz işinizlə məşğul olun.
İnci əlindəki kiçik qutunu açıb içindəki tibbi kitabları və iş ləvazimatlarını rəfə düzməyə başladı. Pəncərədən içəri daxil olan bürkü otaqdakı ağır havanı daha da qatılaşdırırdı.
Kəmalə xanım isə mətbəx tərəfdən əlində toz bezi, deyinə-deyinə içəri keçdi:
— İnci, qızım, mənə bir bax... Sən doğrudanmı düşünürsən ki, biz bu evdə bir il dözə bilərik? Bax bir çölə, adamın ürəyi sıxılır e burada!
İnci başını qaldırmadan, həmişəki soyuqqanlı səsi ilə cavab verdi:
— Ana, neçənci dəfədir deyirəm... Xəstəxanaya yaxındır, işimə rahat gedib-gələcəyəm. Bir il tez keçib gedəcək, nə qədər deyinəcəksən?
— Necə deyinməyim, İnci?! — Kəmalə xanım əlindəki bezi stolun üstünə çırpdı. — Bayaq aşağıda gördün də o uşaqları? Pəncərədən baxanda görünürdü necə adamlar olduğu. Biri qapıda qışqırır, o biri küçənin ortasında maşın saxlayır... Burada başımıza bir iş gəlsə, səsimizi eşidən olacaq?
İnci dərindən nəfəs alıb əlindəki qutunu masaya qoydu. Anasına tərəf dönərkən gözlərindəki o məsafəli ifadə daha da dərinləşdi:
— Ana, biz buraya qonşularla dost olmağa gəlməmişik ki. Mənim işim gücüm başımdan aşır. Kim nə edir etsin, bizə dəxli yoxdur. Özümüzə baxarıq, olar bitər.
Kəmalə xanım qızının bu soyuqqanlılığına başını buladı, acı-acı gülümsədi:
— Həmişə kəsib-atısan zaten... Allah eləməsin, amma bu cür məhəllələrdə adamı sakit buraxmırlar, qızım. Ehtiyatlı olmaq lazımdır.
İnci heç nə demədi. Gözləri yenidən otağın küncünə, az əvvəl pəncərədən baxıb o sərt baxışlı gənci — Pərvizi gördüyü istiqamətə sataşdı. Daxilində qəribə, izah edə bilmədiyi bir hiss vardı, amma bunu anasına büruzə vermək niyyətində deyil idi.
— Mən gedib çamadanları açım, ana. Sən də özünü bu qədər yorma, — deyib sakit addımlarla otaqdan çıxdı.
.............................................
ilk dəfədi belə bir şey yazıram bəyənirsizə ikinci bölüm yazacam
Bölüm etkileşimi
