Overthink nəticəsi🎀 kitap kapağı

2. bölüm / 2

Manifest-Outro

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 2Şu an: Manifest-Outro

Mövzu özünü tapmaq idi əslində amma özünü anlatmaqdan başlamaq
istəyirəm.Uşaqlığımdan bəri yaşadığım o şey.Bəlkə də hamımıza tanış o hiss..Qışqıra qışqıra danışsaq bir şeyi beş yüz dəfə desek belə özünü anlata bilməmək,mən elə biri deyiləm axı mən onu demək istəmədim axı niye elə anlatdım niyə elə dedim deye özünü günahlandırmaq.Niye beləyəm özümü ifadə edə bilmirəm axı niyə deyə haykırmaq.Amma səsini sadəcə özünün eşitməyi.Kaş ağzımdan çıxanları yox beynimdən keçenləri eşitsələr amma olmaz.
Amma dostlar,bəzən özünüzü ən yaxşı şəkildə anlatsanızda dəfələrlə açıqlasanız da özünüzü,səhv olan siz olmursuz onlar olurlar.Ya da konu heç açılmamalı birşeydir bəlkə də.
Ya da mən elə biri deyiləm axı məni elə tanımasınlar deye özünüzü ispat etməyə çalışarsız.Addım belə atanda yüz dəfə düşünərsiz,özünüzü öz gözünzdən yox onların, içində nə olduğunu bilmədiyiniz gözlərdən görərsiz,üstün tutarsız onların fikrini özünüzdən.
Çox tanış hissdi çox.Bir dəfə yaşadığım şey deyil,bəlkə də min dəfə fhhdhd.Niyə say deyirəm çünki bunu oxuyan varsa ya da gələcəkdəki mən bunların hamsını atlatmış mən ya da..oxuyanda xatırlasın özünü,bəzi şeylərin üstəsindən nece gəldiyini.19yaşım var indi bəzi yüklərdən qurtulmuşamki, dəfələrlə o ən dibə enib çıxmışamki,çölə gülüb içimdə ən pis ehtimalı düşünmüşəmki və ən önəmlisi dərslərimi almışamki indi bunları yazıram.Mən artıq evdən çölə çəxanda titrəyən,unidə qorxaraq gəzən gözləri axtaran ya qaçan əlləri əsən ifadə ede bilmədiklərini gülərək geçiştirən qız deyiləm olmaq da istəmirəm.Düzdü o qızə çox yaxşı tanıyıram,bunu yazan da odu bəlkə də amma mən artıq onun böyük bacısı,hər şeydən qoruyanı sakitləşdirəniyəm.O qız çox gözlədi ki başqası qorusun onu,hamıya asanlıqla verilən ona da verilsin,düşünməsin heç o konuları,olmamış kimi yaşasım gülsün keçsin.Amma Allahım bunları istəmirmiş bəlkə də.Mən …istəyirəm dedim o vermədi amma onu,…olsun dedim dözəmmirəm uje dedim olmadı,…olsa nə edərəm mən dedim olduu,her şeyi saldım vaxtımı sadece düşünməklə saaniyə saymaqla keçirdim yatağımdan günlərcə durmadığım oldu,gözümn yaşı qurumadı günlərlə həftələrlə,her şeyə əsəbləşdim sorğuladım bu olsun sonra düzələcəm dedim olmadı o şey.
Amma nə vaxtki mən artıq özümü tapmaq istəyirəm dedim mən bir şeyləri həqiqətən dəyişdirmək istəyirəm bu konfor alanından çıxmalıyaç dedim her şey zamanla düzəldi.Qabağıma fırsatlar sunulmadı bəlkə ən böyük xəyallarım o vaxt da gerçəkləşmədi bəlkə də amma nə ki mənim içimdə beynimdə ürəyimdə həll edəcəyim şey idi zamanla hamsı oldu,dəyişdi.Durub durub püskürən vulkan axar suya dönüşdü qaranlıq gecələrin sonunda yenə ən parlaq gün doğdu.Mən bu hissi aşa bilməyəcəm dedim,ağladım yenə sorğuladım necə dəyişəcəm dedim,çox ağladım amma sonra…Durduq yerə ağlıma düşən bir söz ürəyimi elə sakitləşdirdiki,beynimi elə sakitləşdirdiki,sadəcə özümü qucaqlayıb həyatım üçün gözəl bir addım atdım.
Bu dediklərim 1-2gündə olmadı haa aylarımı illərimi aldı.Saysız dərəcədə fso mən düzəldim dediyim oldu,fso bu olacaq və hər şey geridə qalacaq dedim,bu son idi artıq daha pisi olmaz dedim amma oldu.Bu konuyu düşünmüyəcəm dedim başımı divarlara vurmaq istədim amma düşündüm(vurmadım narahat olmagxhsgs).Görməzdən gələcəm dedim amma gördüm.Bu dəfə içimdə saxlamıyacam danışacam rahatlaycam dedim amma sadəcə gülüb keçə bildim.Ha arada gözəl dostlarıma danışdım tabi buna özüm de daxildi dyekxbssjsj,amma bəs olmadı tam anlata bilmədim özümü,bilirisiz birşeyi nə qədər çox düşünende anlatmaq o qedrr de çətin olur.Cümlələr bir birinə girir,fikrin yayınır,ürəyin çıxacaqmış kimi olur,için daralır,nəfəsin çatmir,kaş bu dəq beynimi yerindən çıxartsam da görsünlər əslində nə düşünürəm nə demək istəyirəm amma olmiyi tabi.
Uf çox uzatmıyım yenə yazacam onsuz amma bunu deyim.Belə bi şey varki. Heyatda yaşadıqlarmz sadəcə 10 faizdi,90faizi isə bizim tepkilərmizdi.Mən bu 90-ın hər rəqəminn hakkını verirəm deyəsən dggdgs.Amma mən buyam yəni məni mən edən xarakterlərimdən biridi və bunu çox az insan bilir hətta bəlkə də təkcə mən.Dostlarımn ya da normal insann elə bele dediyi ,yaşadığı şey mənim beynimdə dəfələrlə fırlanır ,yer edir.Random bi anda yenə ağlıma gəlir,dərinə enirəm nəsə öyrənirəm,o insana nəyi necə nə deye bilirəm deyə düşünürəm.Günlərlə özüm üçün heçnə ,yaxınlarmn həyatı üçün isə nə edə bilərəm onlara etdiyi səhvləri necə deyə bilərəm bu həssas konuyu necə danışa bilərəm,ya da genel görəsən nə düşünür nə hiss edir deye yata bilmədiyim zamanlar olub.Bəlkə onlara bunu hiss elətdirməmişəm ya istədiyim deyə eliyə bilməmişəm amma mən buyam dostlar.Bilmirəm bu xarakterim dəyişər mi ya azalarmı etkisi amma 19yaşndakı Zaza özünü belə tanıyır🎀
Amma mənfisini də çox gördüm təbiki,düşünməkdən yata bilmədiyim gecələr,yaşaya bilmədiyim anlar günlər,tez solan gülüşlər,danışmaq istəyib düğümlənən boğaz,bir birne girən cümlələr hərşeeeyy çoox.Mən buyam ay dostlar mənim beynmden bunlar çıxmır kömək edin mənə deyə haykırmaq iatəyib sadəcə susub görünməyi gözləmək.Bu gülüşüm sahtedi mən əslndə yaralıyam danışmaq istəyirəm saatlarla ehtitacm var görün məni,sizin heyatinizi düşündüyüm qədər siz də düçünün məni ya göstərin kiçik bi şeylə.Çox ehtiyacm var…idi…O ehtiyacı ki özünüz qarşıladızee bax özünü sevmek kilidi onda açılır.Özünə dürüst olanda,açıq açıq danışanda,yeri gələndə gözün ciyərin çıxana qədər ağlıyanda, ən pis ehtimalı düşünüb o olsa da olmasa da həll yolunu özündə tapanda özünə ayağa qalxacam deyə söz verib qalxmaq üçün çabalayanda vareee işte həyat onda başlayır,dünyaya yenidən gəlir adam,öz adını deyende daha hissli deyə bilir,tək qalmağı daha çox sevir..
Amma dostlar əgər sarı saçınız varsa və biri gəlib yaşıl saçların çox pisdi deyirsə də,ya da qırmızı saçların çox qəşəngdi deyirsə də siz heç biri olmursuz.Əsas özünüzü öz gözlərinzlə necə gördüyünz necə hiss etdiyinizdir.Dimi zazaaaaa🌻.Fərqli və çoox dəyərli olduğunu heç vaxt unutma.Fərqli,dərin olduğunu göstərəndə səthi baxan çox insan olub olacaq da etməli oldugun şey onlarin gözündən səthiliyndən baxmaq yoxx,öz dərinliyinə daha da enib anın tadını çıxarmaqdı.
Bəzən düşünməkdən patlıyacaq kimi olan beynimi de sevirəm,gərəksiz anlarda tetikləyən ürəyimi də ,bəzən qarışan bəzən dinləməyi unutduğum amma öyrənmək istədiyim amma həmişə düz deyən iç səsimi də sevirəm.Hər zerremii seviyommm.
Və bi də…
Mənə sadəcə istədiyim,gözlədiyim şeyləri o an vermediyin,gözlətdiyin üçün, içimə qayıtmağım özümü tanımağım tək yaşamağı öyrənməyim üçün məni o mühitlərə saldığın, o anları yaşatdığın üçün Sonsuz Şükürlər Allahım sənə 🤲🏻

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

5okunma 0beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…