3. bölüm · Görünməyən sərhəd

Zirvədəki Tənhalıq

Aysss Biryolçuu

Bir çoxları zirvəyə çatmağı hamının səni alqışlaması sanır. Amma yanılırlar. Əsl zirvə o nöqtədir ki, ora çatanda ətrafındakı bütün süni səslər kəsilir və sən ilk dəfə öz nəfəsini eşidirsən.
Bu hissədə mən artıq sübut etmək mərhələsini geridə qoymuşam. Kiməsə nəyisə izah etmək, haqlı olduğunu göstərmək, kiminsə razılığını gözləmək... Bunlar aşağıda, o dumanlı vadidə qaldı. Mən bura dırnaqlarımla deyil, düşüncələrimlə dırmandım. Və bura çox sakindir.
Bəzən mənə deyirlər: "Sən çox dəyişmisən, çox soyumusan." Onlar anlamırlar ki, mən soyumamışam, sadəcə lazımsız yanğınları söndürmüşəm. Artıq enerjimi hər gələnə, hər soruşana xərcləmirəm. Çünki daxili sülh, ən böyük sərvətdir və mən bu sərvəti qorumağı öyrənmişəm.
Zirvədə olmaq həm də tək qalmaqdır. Amma bu, o qorxulu tənhalıqdan deyil. Bu, seçilmiş bir təkliydir. Hamının getdiyi o izdihamlı yoldansa, öz açdığın cığırla tək getmək daha qürurvericidir. Çünki bu yolda hər iz mənimdir, hər büdrəmə mənə məxsusdur və hər zəfər mənim ruhumun imzasını daşıyır.
İndi aşağıya baxanda qaçanları, qışqıranları, bir-birini əzib keçənləri görürəm. Amma mən artıq o qaçışın bir parçası deyiləm. Mən kadrın kənarındakı o müşahidəçi deyil, artıq kadrın özüyəm.
Mənim hekayəm burada bitmir, əksinə, əsl mənada buradan başlayır. Çünki artıq maskalar yoxdur, sərhədlər mənə aid deyil, mən sərhədin özüyəm.
Və unutma: Əgər sən zirvədə məni görə bilmirsənsə, deməli, hələ kifayət qədər yuxarı baxmırsan.