Gizli iş kitap kapağı

2. bölüm / 2

Gizli iş

Bu İş bunla Bitməyəcək!

Yazar: G1z6xx Sirrli🤫

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 2Şu an: Bu İş bunla Bitməyəcək!

Bu vaxt Arif dayı əsəblə ayağa qalxdı.Gülnur isə əlini ayağına döyə-döyə car çəkirdi.Onların kəndində bir dənə xəstəxana var idi oda yaxşı deyildi əhali neçə dəfə şikayət etdisə də geri dönüş olmamışdı.Arif həmin xəstəxanada təmizləyick kimi işləyirdi amma indi onu bir şey maraqlandırırdı " Necə dolanacaqları?" İsmayıl isə bu işlə maraqlanmaq istədi və Ariflə sağollaşıb yola düşdü.O hasarın yanına çatmışdıki, Kamil babanı gördü.Onun gözləri zəyif görürdü deyə eynək taxırdı.O qazetdəki yazını oxuyub qaşalarını çatıb durmuşdu.Və öz-özünə deyinirdi.
-Bu nə cür işdir?! Bəs bu camaat neyləsin?
İsmayıl isə gözucu ona baxıb dediklərini təstiqləyirdi.Kamil babanın kənddə böyük hörməti var idi.Bu isə İsmayıla yeni bir fikir verdi.O, Kamil babanın yanına gedib dedi: -Hər vaxtın xeyr Kamil baba.
Kamil babanın isə İsmayılı görcək birazda olsa əsəbi yatdı çünki İsmayıl şəhərdən yeni gəlmişdi və hamı ondan ötrü darıxmışdı
-Sənində hər vaxtın xeyir Oğul.Necəsən?Evdəkilər necədi?
-Sağol baba yaxşıyam.Onlarda yaxşıdılar Baba sənə bir söz demək istəyirəm.
-De bala nəsə olub?
- Bu xəbəri bilirsəndə xəstəxana məsələsini
Kamil baba qaşalrını çatdı İsmayıl isə sözə davam etdi.
-Mən deyirəm bəlkə şöbəyə gedib bu iş barede şikayet edek?Nə deyirsən?Gedək?
Kamil baba fikrə getdi sonra gülümsünüb dedi:
- Afərin oğlum çox yaxşı fikirləşmisən gəl gedək bəlkə alındı.Onlar yola çıxdılar.Biraz sonra şöbəyə çatdılar şöbə məktəblə üzbəüz yerləşirdi.Onlar ora çatanda isə artıq dərs bitmiş uşaqlar məktəbdən çıxırdılar.İsmayılın isə ağlına məktəb illəri gəlmişdi.Kamil baba həm onun qonşusu həmdə müəllimi olmuşdu Kamil baba tarixi çox yaxşı bilirdi.Onlar məktəbin qarşısında dayandılar Kamil baba:-İsmayıl yadınsadırmı sən dərsə hazır gəlməmişdin və məndə səni küncdə saxlamışdım.İsmayıl biraz utandı və gülümsəyib dedi:- Heç yadımdan çıxarmı?Hətta sizin dərsinizə görə əlaçılıqdan qalmışdım.O güldü. Kamil baba onun belinə vurub dedi:-Nəsə oğul gedək şöbəyə burda çox vaxt itirdik.Onlar şöbəyə çatıb qapının ağzında dayandılar üst- başalarını düzəldib içəri girdilər.Orada nəzarətçi Nəriman əmi var idi:
-Bıy kimləri görürəm? Xoş gəlmisiz! Sizi bura gətirən nədir?
Onlar salamlaşdılar Kamil baba isə dedi:
Heç xoş gəlməmişik!
Nəriman:-Niyə ay dayı? Nəsə olub?
-Güyə bilmirsən nə olub?- Kamil baba əsəbi-əsəbi dedi.
Nəriman:-Y-oox.
İsmayıl araya girdi.
-Sən Kamil babaya fikri vermə.Biraz əsəbidir xəstəxanalar bağalanacağına görə.
Nəriman əmi artıq söhbəti başa düşdü:-Həə.Buna görə gəlmisiz?
İsmayıl aydınlıq verdi:-Bəli əmi dedik əlimizdən nə gəlirsə edək.
Nəriman Əmi:- Hə müdür içəridədir gedim gəldiyiniz xəbər verim.
İsmayıl isə onu saxladı:-Yox əmi lazım deyil onsuzda gedirik yanına
-Baş üstə necə məsləhətdi.
Onlar liftlə müdürün otağına qalxdılar.İçəri girdilər müdür telefonla dınışırdı onları görcək tez söndürdü onun üzündə azca olsada qorxu var idi.
Müdürün adı Samir bəy idi.O qarayanız arıq kişi idi.Və xasiyyətindəndə danışsaq kobud və çox şor göz idi.Və otağa girər girməz İsmayıl dedi:-Salam Samir bəy.
Samir bəy:- Salam salam xoş gəlmisiz.Keçin oturun.Onlar hərəsi bir stulda əyləşdilər.
Samir bəy sözə başladı:-Sizi bura gətirən nədir?Nə mətləbdir?
İsmayıl dedi:- Biz bura xəstəxanalar barede danışmağa gəlmişik.Eşitdik bağlanacaq.
Samir bəy rahatlıqla cavab verdi:- Bəli düz eşitmisiz! Bağlanacaq!
Kamil baba lap əsəbləşdi əsəbi idi amma müdürün bu rahatlığını görüb dahada qızdı.
-Siz nə danışırsız? Heç ağzınızdan çıxanı qulağınız eçidir?
İsmayıl həmişə araya girsədə bu səfər sakit dayandı çünki Kamil baba haqlı idi.
Kamil baba sözünə davam etdi:- Bəs bu camaat neyləyəcək?İşsiz gücsüz qalsınlar?Xəstələrimiz hara getsin? Samir biraz narahat olsada büruzə vermədi və dedi:- Belə məsləhət görmüşük belədə edəcəyik!
Amma o bu sözləri əminliklə yox qorxaraq deyirdi.İsmayıl ondan şübhələnmişdi.Onun onlar içəri girən kimi telefonu söndürməyi,belə danışmağı qəribə idi.Onlar nə qədər danışdılarsada müdür sözündən dönmədi.Elə bil kimsə onu zorla danışdırırdı.Onlar əsəblə ayağa qalxıb otaqdan çıxdılar İsmayılın isə axırıncı sözü bu olmuşdu
BU İŞ BUNLA BİTMƏYƏCƏK!!

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

55okunma 0beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Kategoriler ve temalar yükleniyor…