Gizli dosluq kitap kapağı

1. bölüm / 1

Gizli dosluq

2Dost dəyişən 2sevgi

Vaveyla Yazarı: SAMİR İlqarli

Uygulamada Aç
Bölümü paylaş
Bu sayfayı paylaş
WhatsApp

Kitap sayfası
Bölümler 1Şu an: 2Dost dəyişən 2sevgi
  1. 1 2Dost dəyişən 2sevgi309 kelime · Okuduğun bölüm

I Fəsil — Yağışlı gün
Payızın ilk günləri idi. Şəhərin küçələrində yağışın qoxusu vardı. Aylin məktəbdən çıxıb çantasını çiyninə ataraq evə doğru gedirdi. Onun 16 yaşı vardı. Sakit, mehriban və bir az da utancaq qız idi.
Evdə onu anası gözləyirdi.

— Aylin, gecikmə. Atan yenə əsəbiləşəcək, — anası narahat səslə dedi.

— Narahat olma, ana. İndi evdəyəm.

Aylin atasının onun həyatına həddindən artıq qarışdığını bilirdi. Atası qızının heç kimlə yaxın münasibət qurmasını istəmirdi. Onun fikrincə, Aylin hələ çox balaca idi və əsas işi dərsləri olmalı idi.

Həmin gün isə Aylinin həyatında hər şey dəyişəcəkdi.

Ertəsi gün məktəbdə yeni bir oğlan göründü.

Adı Emin idi. 17 yaşında idi. Sinfə daxil olanda müəllim onu hamıya təqdim etdi.

— Uşaqlar, bu gündən Emin sizin sinifdə oxuyacaq.

Emin arxa tərəfdə boş olan partaya keçdi.

Tənəffüsdə Aylin kitabını çantasına qoyarkən Emin yaxınlaşdı.

— Salam. Sən Aylinsən, elə deyil?

Aylin təəccüblə ona baxdı.

— Hə... sən bunu haradan bilirsən?

Emin gülümsədi.

— Müəllim adını çəkdi.

Aylin də istər-istəməz gülümsədi.

Bu, onların ilk söhbəti idi.

Heç biri bilmirdi ki, bir neçə ay sonra bu sadə salam onların həyatında böyük bir sevgiyə çevriləcək.

Amma onların qarşısında böyük bir problem vardı.

Aylinin atası Emin haqqında eşidəndə qəti şəkildə dedi:

— Mən qızımın o oğlanla görüşməsinə icazə verməyəcəyəm!

Anası sakitcə ərinə baxdı.

— Axı onlar hələ sadəcə dostdurlar...

— Mən nə dediyimi bilirəm. Aylin hələ uşaqdır.

Eminin ailəsində də vəziyyət fərqli deyildi. Onun atası oğlunun Aylinlə yaxınlaşdığını biləndə ciddi şəkildə xəbərdarlıq etdi:

— Emin, dərslərinə fikir ver. Mən sənin bu yaşda sevgili söhbətləri ilə məşğul olmağını istəmirəm.

Emin başını aşağı saldı.

— Ata, mən sadəcə onunla danışıram.

— Mən sənə xəbərdarlıq etdim.

Emin otağına keçdi. Telefonunu əlinə aldı.

Ekranda Aylindən mesaj vardı:

“Sabah məktəbdə görüşərik. Gecən xeyrə ❤️”

Emin gülümsədi.

Amma bilmirdi ki, onların sevgisi hələ başlamamış, qarşısında böyük bir mübarizə dayanmışdı...

Davamı — II fəsil: “Gizli dostluq” 💕

Bölüm etkileşimi

Okurlar bu bölümle etkileşime geçti

28okunma 5beğeni 0yorum
Bu iki tercih yalnızca bu tarayıcıda saklanır; yukarıdaki Vaveyla sayaçları gerçek uygulama verisidir.

Kategoriler ve Temalar

Okumak istediğin dünyayı bul.

Kitap Kategorileri 36

Kitap Temaları 152

abiabilerabilerimabimin arkadaşıabiminarkadasiacıAileAile SırlarıajanAkademi / OkulaksiyonAnlaşmalı Evlilikanneanonimarkadaş grubuArkadaşlıkArkadaştan Aşkaaskeraskerîaskeri kurguaskerikurguaşiretAşkAşk/ Romantikaşk üçgeniAvukatayrılıkb×bbabaBerdelBilim KurgubilimkurguBiyografiblBüyübüyücücadıCinayetçocukluk arkadaşıÇocukluk Aşkıdark romancedarkromanceDistopyadoğaüstüdoktorDostluk#DramDuygusaldüşmanDüşmandan Aşkaeğlenceejderhaenemies to loversFantastik#felsefefutbolGeçmişgenckurguGenç edebiyatgenç kurgugençlikgerçek ailegerçek ailemgerçekailemgerilimgizemGizli KimlikgüchayatHayran KurguhukukHuysuz x NeşeliHüzünihanetİkinci Şansİlk görüşte aşkimkansızintikamİsFadİş Yeri AşkıKaderKaradenizKardeşlikkatilKehanetkomediKomşudan AşkakorkuKraliyetkrallıkkurgukurtadamKüçük KasabaLanetliselise aşkılise kurgusumaceraMafyamahalleMahalle KurgusuMardinmektupmitolojimizahmutluluknefretNefretten AşkaOkulölümörgüt#özlemPatron x ÇalışanpolisPolisiyePolitik EntrikaPsikolojiPsikolojikPsikolojik GerilimromantikRomantik komediromantizmSahte SevgililikSaraysavaşSeçilmiş KişiSenkul Hobi Yazar:MaviduslersokagimSenKul:Maviduslersokagimsevda#sevgisırSırlarslowburnSporsuç#Şiir#takıntıteodenTers KöşetextingtravmaTutkuüniversiteVampirwattpadyalnızlıkYasak AşkyetimhaneZıt KutuplarzorbalıkZorunlu Yakınlık+18