1. bölüm · Elementin Varisləri

1 Ci Bölüm Sirrli Yuxu

Lisa demirzade

Səhər günəşi şəhərin üzərinə qızılı işıqlar səpərkən, 16 yaşlı Lina yatağında narahat halda çevrilirdi.
O gecə yenə eyni yuxunu görmüşdü.
Qaranlıq bir səma...
Sonsuz görünən bir dəniz...
Və dənizin ortasında üzən parlaq mavi bir kristal.
Kristalın içindən qəribə bir qadın səsi gəlirdi:
"Vaxt yaxınlaşır... Su səni seçdi..."
Lina birdən gözlərini açdı.
Ürəyi sürətlə döyünürdü.
"Yenə həmin yuxu..." deyə pıçıldadı.
O yatağından qalxıb pəncərəyə yaxınlaşdı. Çöldə hər şey adi görünürdü.
Amma o bilmirdi ki, həmin anda dünyanın başqa yerlərində daha üç qız da eyni yuxudan oyanmışdı.
Min kilometrlərlə uzaqda, Sara adlı qız yuxusunda alovların içində dayanmışdı.
Alovlar ona toxunmurdu.
Əksinə, onu qoruyurdu.
Və eyni səs ona demişdi:
"Od səni seçdi..."
Başqa bir şəhərdə Aylin yuxusunda buludların üzərində uçurdu.
Külək onun saçlarını havalandırırdı.
"İndi sən Havanın varisisən..."
Dağların yaxınlığında yaşayan Nigar isə torpağın dərinliklərindən gələn güclü bir səs eşitmişdi.
"Torpaq səni çağırır..."
Həmin gecə yalnız qızlar seçilməmişdi.
Dünyanın ən qaranlıq yerində...
Köhnə xarabalıqların altında...
Dörd qara kristal parıldamağa başladı.
Birinci kristalın içindən qara tüstü çıxdı.
"Kölgə öz sahibini tapdı..."
İkinci kristal zəhərli yaşıl işıq saçdı.
"Qaranlıq oyandı..."
Üçüncü kristalın içində qara ay simvolu görünürdü.
Dördüncü kristal isə ildırım kimi çatlayaraq parçalandı.
Dünyanın dörd fərqli yerində yaşayan dörd oğlan həmin anda qəribə ağrı hiss etdilər.
Onlar hələ bilmirdilər ki, qədim qaranlıq onları seçmişdi.
Gecənin sonunda göydə görünməyən bir qapı açıldı.
Qədim Element Şurasının son üzvü olan ağsaçlı qadın ulduzlara baxdı.
Onun gözlərində qorxu vardı.
"Onlar oyandı..." dedi.
"İşıq da, qaranlıq da..."
Və min illər əvvəl başlayan müharibənin ikinci hissəsi başlamaq üzrə idi...