1. bölüm / 1
Balaca Kellinin hekayəsiBalaca Kellinin hekayəsi
Bölümler 1Şu an: Balaca Kellinin hekayəsi
Bu aramayla eşleşen bölüm bulunamadı.
2020-ci il 12 dekabr Qışın oğlan çağı idi. Kelli adında balaca bir qız uşağı var idi. O, yoxsul bir ailədə dünyaya gəlmişdi. Bir gün Kelli anası ilə otururdu birdən onun ağlına kitab yazmaq gəldi o, otağına keçdi və öz ağlından rahat gözəl bir hekayə yazdı. Kelli əsasən nağıl oxumağı sevərdi bu nağıl sevdası onun kitab yazmaq həvəsini oyatmışdı. Kelli kitab yazmağa başladı o, ilk cümləsini yazdı və çox bəyəndi bu balaca Kellinin ilk əsəri idi bunun üçün o çox həyəcanlıydı. O, nağılını bitirib anasına dedi. Anacan olar bu yazdığım mətni kitab elətdirək? Anası bir az düşündü və icazə verdi onlar kitab çıxartmağa getdilər. Kelli çox həyəcanlanmışdı o, istəyirdi ki, hamı onun bu nağılını bəyənsin və o, məşhur bir yazıçı olsun sonunda Kellinin nağılı çapa basıldı və Kelli öz əsərini ilk dəfə kitabda oxudu o, özü haqqında da bir az məlumat yazmışdı. Evdəkilər hətda Kelli belə öz əsərini çox bəyənmişdi. Bir gün Kelli anası ilə birlikdə gəzməyə çıxmışdı onun gözünə birdən bir kitab sataşdı o, öz kitabını görmüşdü anasına dedi və onlar kitaba baxdılar Kelli bildi ki, o bunun kitabıdır o, anasına çox sinirləndi o, elə zənn etdi ki, anası onun kitabını satışa çıxardıb lakin o, məsələni tamamən səhv başa düşmüşdü. Anası onun kitabını satışa çıxartmamışdı. Kelli satıcıdan bu kitabı hardan aldığını soruşdu. Satıcı da ona mən bu kitabı çap yerindən almışam istəyirsiz sizə sata bilərəm dedi. Kelli bir az düşündükdən sonra anasından üzr istədi. Axı o, anasını kitabını satdığı üçün günahlandırmışdı. Onlar eve getdilər Kelli boş vaxtlarında kitab yazır bəzəndə tamamlamağa az qalmış kitabını tamamlıyırdı. Sonunda Kelli öz arzusuna çata bilmişdi. O yazıçı olmuşdu.Bəli düz eşitdiniz. Kelli artıq məşhur bir yazıçı idi. O, nağıl yazmamazlıq etmirdi o, bəzən nağıl yazar öz əsərlərini oxuyar, çox sevinərdi. Bir gün yenə Kelli nağıl yazmağa başladı artıq bu onun 30-cu əsəri idi. Kelli bu dəfə səyahət haqqında nağıl yazmağa qərar verdi o, səyyahət etməyin insana həm xeyri həmdə ziyanı olacağını yazdı. Bu əsər nədənsə bütün ölkələrdə yayılmışdı beləliklə, Kelli yalnız öz ölkəsində deyil bütün dünyada məşhurlaşdı. Kellini həyətdə görən turistlər onunla şəkil çəkdirmək istəyir,Kellinin kitablarını alıb imza atmalarını istəyirdilər. Kelli belə hadisələrdən heç bir zaman narahat olmurdu, əksinə daha da özü ilə qürur duyurdu. Kelli buna baxmayaraq heç bir zaman kitab yazmağını dayandırmaq, istəmirdi Lakin işləri çox olurdu bunun üçün də o, kitab yazmağı da dayandırmışdı əsərlərini oxuyan insanlar qoxmağa başlayırdılar ki, birdən Kelli kitab yazmağı tamamilə dayandırar. Lakin bu belə olmur Kelli yenidən kitab yazmağa başlayır və insanlar da yenidən sevinməyə başlayırdılar. Kelli ilk əsərinə 11 yaşında başlamışdı. Kelli hamının sevgisini qazandığı üçün Tarixə adını yazdırmışdı. . Hamı onunla qürur duyurdu anası, ailəsi hətda özü belə.
Kelli artıq böyümüşdü və onun bir qızı olmuşdu qızının adı isə Victoria idi. Victoria anasının kitab yazdığını gördükdə marağı açılırdı o,da kitab yazmaq qərarına gəldi bir neçə dəfə şansını yoxladı lakin istədiyi kimi gözəl bir kitab yaza bilmədi məhz bunun üçündə onun həvəsi qırılmışdı.
Anasından soruçdu:Anacan sən necə gözəl mətnlər, nağıllar, hekayələr yaza bilirsən?
Kelli:Qızım sənə düzünü deyim. İnsan yalnız gözəl yazmaqdan deyil gözəl fikirləşməkdən kitab, nağıl, hekayə yaza bilər yoxsa da elə belə yazsaq bunu hamı edə bilər əsas olan şey beyninin daha çox işləməsi, daha çox fikirləşməkdir.
Victoria: Deməli belə... Başa düşdüm anacan çox sağ ol mənə belə məsləhətlər verdiyin üçün. Bu dəfə Kellinin qızının yəni Victorianın kitabı hamını ürəyindən oldu.Victoria da buna çox sevinmişdi o, ilk dəfə idi ki, kitab çap etdirmişdi. O, da Kellinin ilk əsəri çıxdıqda sevindiyi kimi SEVİNMİŞDİ.Kelli qızı Victorianın necə sevindiyinə baxdıqda əvvəlki günləri yadına düşür gözləri dolurdu.Sonunda Böyük yazıçı Kellinin qızı Victoriada Böyük bir yazıçıya çevrilmişdi. Artıq hamı onun kitabını çox bəyənirdi Victoria anası kimi böyük bir yazıçıya çevriləcəyini heç bir zaman düşünməmişdi.^_^
Müəllif:Məmmədzadə Aylin (^_-)
Bölüm etkileşimi
