Habil Yaşar Vaveyla’da kitap yayımlayan bir yazardır. Bu profilde yazarın yayımladığı eserleri, güncel kitap istatistiklerini ve Vaveyla’daki herkese açık profil bilgilerini inceleyebilirsin.
Nəbiyev Habil Yaşar oğlu (Habil Yaşar) 1983-cü il 26 fevralda (Xocalı soyqırımı ilə bağlı olaraq doğum günü qeyd eləmir) Bakı şəhərində anadan olub. 271 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi, daha sonra Roma Biznes Universtetinin İnsan resursları fakültəsində magistr (2015) təhsili almışdır. “N” saylı hərbi hissədə xidmətdən sonra “Bakı Neft Energetika Kolleci”ndə bir neçə il müəllim olaraq calışmaqla yanaşı, jurnalist, redaktor, menecer, tərcüməçi, aparıcı kimi də fəaliyyət göstərmişdir. Bir sıra təşkilatların üzvü, eyni zamanda bir neçə təşkilatda da idarə heyətinin üzvü seçilmişdir. Azəraycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 5 kitab müəllifidir-“Səni sevdim sevəcəyəm” (2001-şeirlər), “Məni sevgi yaratdı” (2003 şeirlər), “Yoxluğumun Varlığı” (2012 şeir və hekayələr), “Yeddinci ayın yeddisi” (Roman), “Yuxuya bənzər şəhər” (Şeir, esse və hekayələr)
Gizli sirrlərin pərdəsi aralanır! Habil Yaşarın "Yeddinci ayın yedisi" adlı sevgidən bəhs edən romanı, mistik və sirli hadisələrin içində itmək üçün mükəmməl bir seçimdir. Bu əsərdə, qədim inanclardan və sirli hadisələrdən bəhs edən maraqlı hekayələr sizi gözləyir. Həyatın qaranlıq guşələrinə səyahət edərək, gizli sirləri və fərqli dünyaları kəşf edin...